Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Sentyabr 2015

Səbir və təmkinliyin faydaları

İnsan vücudunda olan müxtəlif hissləri tərbiyə etməyə çalışmalı və onların ifrat və təfritə yönəlmələrinin qarşısını almalıdır
İnsanın əsrarəngiz vücudu "ağıl və iradə" adlı iki böyük qüdrətlə təchiz olunmuşdur. Ruhun təcəllisi olan ağıl insanın müqəddəratını müəyyən edir və eyni zamanda hər bir insanın şəxsiyyətindən xəbər verir. Ağıl elə bir nurlu çıraqdır ki, həyatın zülmət səhnəsinə işıq saçır onun enişli-yoxuşlu mərhələlərində bizə yol göstərir.
İnsan vücudunda olan müxtəlif hissləri tərbiyə etməyə çalışmalı və onların ifrat və təfritə yönəlmələrinin qarşısını almalıdır. Ağıl və şüurumuz bizi istedad və bacarıqlarımızdan düzgün şəkildə istifadə etməyə və qəzəb hissini bizi öz tabeliyinə vadar etməkdən yaxa qurtarmağa köməklik edir. Mehr-m