Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Sentyabr 2015

Səbir və təmkinliyin faydaları

İnsan vücudunda olan müxtəlif hissləri tərbiyə etməyə çalışmalı və onların ifrat və təfritə yönəlmələrinin qarşısını almalıdır
İnsanın əsrarəngiz vücudu "ağıl və iradə" adlı iki böyük qüdrətlə təchiz olunmuşdur. Ruhun təcəllisi olan ağıl insanın müqəddəratını müəyyən edir və eyni zamanda hər bir insanın şəxsiyyətindən xəbər verir. Ağıl elə bir nurlu çıraqdır ki, həyatın zülmət səhnəsinə işıq saçır onun enişli-yoxuşlu mərhələlərində bizə yol göstərir.
İnsan vücudunda olan müxtəlif hissləri tərbiyə etməyə çalışmalı və onların ifrat və təfritə yönəlmələrinin qarşısını almalıdır. Ağıl və şüurumuz bizi istedad və bacarıqlarımızdan düzgün şəkildə istifadə etməyə və qəzəb hissini bizi öz tabeliyinə vadar etməkdən yaxa qurtarmağa köməklik edir. Mehr-məhəbbət və səmimiyyət mühiti sağlam şüurdan bəhrələndikdə həyat səmasında səadət və xoşbəxtlik ulduzu doğulur. İnsan nəfsani istəklərinin əsirinə çevrildikdə isə azadlıq və şəxsiyyətini əldən verib həyatda ağır məğlubiyyətlə üzləşməli olur.
Ən böyük əxlaqi amil olan və insanı arzu və məqsədlərinə çatdıran iradə insanın səadət və xoşbəxtliyində ən başlıca rol oynayır. İradə insanın ruh və şəxsiyyətini bütün xoşagəlməz xüsusiyyətlər və ünsürlərdən qoruyub öz əhatə dairəsində saxlayır. İnsanın həyatdan kam almasına, öz istək və arzularına səbəb yetişməsinə olan ən başlıca amil də elə onun güclü iradəyə yiyələnməsindədir. İnsan həyatda baş verən hadisələrin və onu öz təsiri altına amillərin qarşısında nə qədər ciddi müqavimət göstərərsə, bir o qədər də yüksək əxlaqi dəyərlərə yiyələnməyə və ruhunun tənəzzülə uğramasının qarşısına almağa nail olar.
Qərb mütəfəkkirlərindən biri deyir:
"Münəzzəm edici qüvvə" adlı əqli (ideoloji) bərabərliyə də şamil olan gözəl bir tərif vardır. Belə bir qüvvə - istər kişi üçün olsun, istərsə də qadın - "təhlükədən qoruyucu hissə" rolunu oynayır. Bu günlər bir çox bahalı maşınlar sərnişinlərin rahatlığının təmin olunması üçün belə hissələrlə təchiz olunmuşdur. Mə