Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Sentyabr 2015

Ağ Ev İranı istədiyi istiqamətə yönəldə bilmir

Amerikasayağı Yaxın Şərq; Nizamdan anarxizmə qədər
Qərblilər Qərbi-Asiya geosiyasətinin dəyərini başa düşdüyü vaxtdan və ona Yaxın-Şərq adını verdiyi gündən bu məntəqə müharibələr, qarşıdurmalar, rəqabətlər səhnəsinə çevirilib. Dünyanın bütün böyük gücləri tarixin müxtəlif dövlərində bu məntəqiyə siyasi və iqtisadi baxımdan nəzarət imkanı əldə etməyə çalışır. Qərbi-Asiyada ən mühüm siyasi və dolaşıq təbəddülatlarda böyük güclərin bu məntəqəyə müdaxiləsi, iqtisadiyyat və siyasət sahəsində ardıcıl təlaşları olub. Amerika Birləşmiş Ştatları da bu sıradadır. Region müxtəlif baxımlardan Amerikanın diqqətini özünə çəkir. Amerika üçün Qərbi-Asiyanın iki fövqəladə əhəmiyyəti var: Qərb sivilizasiyasının ideoloji rəqibi olaraq İslam dünyasının böyük bir hissəsinin bu regionda yerləşməsi; dünyanın böyük neft-qaz yataqlarının bu regiona məxsus olması.
İran İslam İnqilabının qələbəsinə qədər Amerika üçün regionda ən mühüm məsələ bu regionun neft-qaz yaratlarına sahib olması idi. İran İslam İnqilabının qələbəsindən və İranın regionda siyasi baxımdan gücə cevirilməsindən sonra regionda yeni bir qüvvənin meydana çıxması Amerikanı narahat etdi. İngiltərəli mütəfəkkir Arnold Toynbi 1945-ci ildə, yəni ikinci dünya müharibəsinin sonlarında deyirdi ki, bəşər tarixində prinsipcə 15 sivilizasiya olub; bu sivilizasiyalar başa çatıb və bu gün mövcud deyil; amma İslama baxsaq İslam başa çatası sivilizasiya deyil; o hələ ki, qəfəsə salınmış şir vəziyyətindədir; əgər bu vəziyyətdə qalsa Qərb rahat ola bilər; amma bu şir oyansa, azad olsa Qərbi ağır günlər gözləyir.
Bu nigarançılıqlar Sovetlər Birliyi dağılandan sonra miladi 90-cı ilin əvvəllərində yeni dünya nizamının yaradılmasına cəhdlə müşayiət olundu. Təbii ki, yeni dünya nizamı yaratmağa çalışan başda Amerika idi. Yeni dünya nizamında əsas məqsədlərdən biri də Qərbi-Asiyanı nəzarətə götürmək idi. Məntəqədə İslam oyanışı, o cümlədən 8 il İrana qarşı davam edən təcavüzkar müharibəyə baxmayaraq bu ölkənin qüdrət sahibi olması Amerikanı narahat etməyə bilməzdi. İrana qarşı sanksiyalar tətbiq olunurdu. Bu dövrdə inqilab rəhbəri dünyasını dəyişdi, birinci və ikinci neft şoku hadisələri yaşandı. Bütün bunlar Amerikanı regiona münasibətdə həssaslaşdırırdı. Beləcə 1990-cı ildə İraqın Küveytə hücumunu bəhanə edən Amerika BMT-nin rəsmi qətnaməsi əsasında məntəqəyə ordu yeritdi. Miladi 2001-ci il, 11 sentyabrda Nyu-Yorkda ekizlər adlanan göydələnlər partladılandan sonra Amerika terrorizmlə mübarizə bəhanəsi ilə Qərbi-Asiyaya ikinci dəfə hərbi təcavüzə əl atdı. Əfqanistana hücum edildi. 2003-cü ildə Amerika İraqa ordu yeritdi. Bu müdaxilə BMT-nin qətnaməsi olmadan baş tutdu. Təbii ki, Amerika bu müdaxilələrdə nəzərdə tutduğu məqsədə çata bilmədi. Amerika işğalçılıq tarixində ilk dəfə işğal etdiyi ölkə ilə heç bir hərbi müqavilə bağlamadan bu ölkədən çıxmalı oldu. 2015-ci ildə Amerika strateji təhlükəsizlik proqramı verən sənədə baxdıqda aydın olur ki, Amerika Qərbi-Asiyada siyasətlərinə yenidən baxır. Sənəddə deyilir: “Biz hazırda ağırlıq mərkəzini Asiya və Okeaniyyaya tərəf dəyişməkdəyik.” Bu hadisə Amerikanın Şərqə üz tutması adı ilə məşhurdur. Bu dəyişikliklərin arxasında Amerikanın Çin iqtisadiyyatından qorxması amili də rol oynayır. İqtisadiyyat Amerika sivilizasiyasının ən möhkəm sütunudur. Ona görə də Ağ Ev Atlantik hövzəsində hüzurunu dəyişmək istiqamətində təlaş göstərir. Bu işdə əsas məqsələrdən biri Asiyada siyasi üstünlüyü rəqiblərə nümayiş etdirməkdir. Təbii ki, Amerikanı öz siyasətlərinə yenidən baxmağa vadar edən amillərdən biri də Putin Rusiyasının manevrləridir.
Çin öz iqtisadi inkişafı ilə Amerika üçün təhlükə yox, bir rəqib sayıla bilər. Çünki Çinin maraqları iqtisadi maraqlardır. Çin regionda və dünyada baş verən hadisələrdən öz iqtisadi mənafeləri üçün ustalıqla istifadə edir. Hər halda Amerikanın elan olunmuş strateji planı qarşıdakı dəyişikliklərdən danışır.
Qərbi-Asiyanın tarixi, siyasi və iqtisadi rolu nəzərə alsaq şübhə yeri qalmır ki, Amerika bu regionu azad buraxası deyil. Bəli, Amerika son illərdə Qərbi-Asiya neft və qazından asılılığı qismən azaltmışdır. Amerika Milli Təhlükəsizlik sənədində deyilir: “Dünya enerji bazarı diqqəti çəkəcək dərəcədə dəyişməkdədir. Amerika hazırda dünyanın ən böyük neft-qaz istehsalçılarındandır. Bizim xarici neftdən asılılığımız son 20 ild ən aşağı səviyyəyə endirilib. Bu ehtiyac yenə də eniş xətti ilə gedir. Biz yeni növ pak enerji sorağındayıq.” Aydın məsələdir ki, Amerikanın diqqətini Qərbi-Asiyaya yönəldən təkcə enerji məsələsi deyil. Üç materikin birləşdiyi bu məntəqədə ən böyük nəqliyyat yolları mövcuddur. Regionda siyasi İslam inkişaf edir, artıq işğalçı sionist rejimin təhlükəsizliyini qorumaq çətinləşib. İslam Oyanışı və İranın hərbi və siyasi gücə çevirilməsi regionda vəziyyəti tam dəyişib. Nəticədə Obamanın fərqli siyasəti ilə üzləşirik və bu siyasət Amerikada ciddi tənqid olunur.
Obama beynəlxalq siyasət istiqamətini Şərqə doğru dəyişsə də Qərbi-Asiyanın əhəmiyyəti öz gücündə qalır. Amerika bu regionda nüfuzunu artırmaq istiqamətində təlaşlarını davam etdirəcək. Amerika bu meydanı rəqibləri üçün boş buraxa bilməz. Hazırda İran bu regionu tam nəzarətə götürmək üçün ən perspektivli ölkədir. Belə bir halda Amerika İranla sazişə getməyə məcburdur. Amerika İranla sazişə gedib ya məntəqəni bu ölkənin nəzarətinə verməli, ya da heç bir gücə nəzarət imkanı verməyən xaosla razılaşmalıdır. Təbii ki, belə bir şəraitdə Amerikanın xərcləri də artır. Amerika artıq arzuladığı nizamın məntəqədə yaradacağından ümidini üzüb. Artıq o məntəqədəki anarxizmi himayə edir.
Amerika təhlükəsizlik proqramında deyilir: “Bir-biri ilə əlaqəli böhranların aradan qaldırılması, uzunmüddətli sabitlik əldə olunması üçün Amerika ordusunun məntəqədə mövcudluğuna ehtiyac var. Regionda sabitlik üçün özünü müdafiə edən həmkarlarımız olmalıdır. Buna görə də biz hazırda İsrail, İordaniya və başqa həmkarlarımızın güclənməsi üçün sərmayə yatırırıq.” Amma mövcud vəziyyət göstərir ki, Amerikanın təmsilçi müharibələri, yəni başqa ölkələrin əli ilə iş görmə planları uğursuz olub. Məntəqədəki son vəziyyəti, İranla nüvə müzakirələrini bu prizmadan təhlil etmək olar.
Araşdırmalardan görünür ki, Amerika Qərbi-Asiya regionuna nəzarət üçün iki ümumi plana malikdir:
1. Yaxşı oğul, yoxsa strateji divar?
İranla müzakirələrdən aydın oldu ki, bu müzakirələrdə Amerikanın məqsədi nüvə mövzusu deyil. Amerikanın müqavimət qüvvələrini himayəsi, raket sənayesi, Yəmən və Suriya hadisələri kimi mövzuların müzakirəyə çıxarılmasından aydın olur ki, Amerika ya İran ətrafında strateji divar yaratmaq, ya da bu ölkəni öz siyasətləri istiqamətində qlobal bir dünyanın yaxşı oğlanına çevirmək istəyir.
Amerika bir tərəfdən çalışır ki, İranın strateji nüfuzunu azaltmaqla bu ölkə ətrafında strateji divar yaratsın və onun müqavimət qüvvələri ilə əlaqələrini məhdudlaşdırsın. Cənan Rəhbər Ayətullah Xamenei beynəlxalq Əhli-Beyt (ə) cəmiyyətinin üzvləri ilə görüşdə buyurdu: “Onlar məntəqədə nüfuz qazanmaq istəyir. Özlərinə yer edib məqsədlərini həyata keçirmək istəyirlər. Biz Allahın yardımı ilə bacardığımız qədər bu hadisəyə yol verməyəcəyik. Bizim regiondakı siyasətlərimiz Amerika siyasətlərinə qarşıdır.”
Amerika digər tərəfdən səy göstərir ki, İranı öz sərhədləri daxilində lokallaşdırsın. Bəziləri bilərəkdən və ya bilməyərəkdən bu oyunda iştirak edir. Amerikanın ən böyük istəklərindən biri budur ki, müqavimət bayraqdarı olan İran qloballaşan dünya nizamına qatılaraq Amerikanın mənafeləri istiqamətində hərəkət etsin. Buna görə də İrana nüfuz üçün əlindən gələni edir. Cənab Rəhbər Ayətullah Xamenei bu barədə buyurur: “Nüvə razılaşmasının nəticəsi nə İranda, nə də Amerikada məlumdur. Məlum deyil ki, İranda və ya Amerikada qəbul ediləcək, yoxsa rədd olunacaq. Amma onlar bu müzakirələrdən İrana nüfuz üçün faydalanmağa çalışırlar. Biz bu yolu bağlamışıq, həmişə də belə olacaq. Biz Amerikanın ölkəmizdə iqtisadi nüfuz qazanmasına da yol verməyəcəyik. Siyasi nüfuz da bu qəbildəndir. İdeoloji nüfuza da yol verilməyəcək. Həmd olsun Allaha bu günə qədər bunu bacarmışıq, bundan sonra da çalışacağıq ki, yol verməyək.”
Amerika nüvə müzakirələrini özü istədiyi səmtə yönəltməklə İranı lokallaşdırmağa, müqavimət hərəkatına maneə yaratmağa səy göstərir.
2. Məntəqədəki güclərə maliyyə yardımı
Amerika nəzərdə tutduğu yollarla İranın iqtidarına mane ola bilməsə məntəqədəki əlaltılarına maliyyə yardımını artıracaq. Amerika məntəqədə xaos, qeyri-sabitlik yaratmaqla İranın nüfuzunu əngəlləməyə çalışır. Hansı ki, İran hazırda İslam dünyasının birliyi üçün ciddi addımlar atmaqdadır. Regionda təkfirçi qrupların yaradılması, himayəsi, onlara hərbi yardımlar İslam Respublikasının siyasətlərinə qarşı yönəlib. İraq kimi ölkələrin parçalanması da müqavimətin qarşısını almağa xidmət edir. Amerika bu yolla regionda öz siyasi çəkisini artırmağa çalışır. Belə bir vəziyyətdə müsəlman dövlətləri əl-ələ verib regiondakı sabitliyi qorumalıdır.
Göründüyü kimi Amerikanın siyasətləri regionda ciddi problemlərlə üzləşib.
Əvvəla Ağ Ev İranı istədiyi istiqamətdə yönəldə bilmir. Digər tərəfdən regiondakı qarşıdurmalarda hadisələr Amerikanın öz zərərinə inkişaf edir. Amerikanın işğalçı siyasətlərinin qarşısını almaq üçün əsas yollardan biri müsəlmanların ittifaqıdır. Bu gün Amerika Şərqə daha çox diqqət ayırmağa məcburdur. Amma Qərbi-Asiyadan da geri çəkilmək fikrində deyil. Bir gün müsəlmanlar cirkin ingilis siyasətlərini yaddan çıxarıb aralarındakı təfriqəni davam etdirdilər. Bu gün isə həmin siyasətlər tam aydındır və birləşərək Amerikanın yaratdığı anarxizmə qarşı çıxmaqdan başqa yol yoxdur.

Vilayet.nur-az.com


1144 بازدید