Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Sentyabr 2015

Şahın əsas zərbəsi “biz bacarmarıq” idi!

Doktor Rəhimpur Əzğədi günün məsələləri barədə danışır
Mədəniyyət İnqilabı Ali Şurasının üzvü Həsən Rəhimpur Əzğədi Əmirəlmömininin (ə) iqtisadi siyasətləri seminarında milli istehsalın himayəsi məsələsinə toxunub. O bu işdə İmam Hüseyn (ə) Universitetinin elm və mədəniyyət mərkəzi ilə həmkarlığını yada salıb. Əzğədi bildirib ki, keçmiş dövrdə beynəlxalq ticarət bugünkü mənasında, bugünki imkanlara malik deyildi. Qloballaşan dünyada ədalətin qorunmasını mühüm sayan doktor Əzğədi bildirib ki, biz qloballaşmanı qəbul etsək də, İmam Əsri (əc) onun rəhbəri sayırıq. O deyib ki, ədalətli qloballaşma imamın zühuru ilə baş tutacaq.
Cənab Əzğədi deyib:
Daxili və xarici istehsal məfhumu bir zaman bugünki xüsusiyyətlərə malik deyildi. Bir çox ayə və rəvayətlərdə istehsal mövzusunda söz açılır. Bir məmləkət, bir cəmiyyətin izzət və istiqlalından danışlanda bu məsələyə toxunulur. Xəbərdarlıq edilir ki, düşmən iqtisadiyyat sahəsində sizə zərbə vurmasın, sizə sanksiya qoymasın, sizi özündən asılı etməsin, sizə təzyiq göstərə bilməsin...
Quran təkcə siyasi və hərbi izzət və istiqlalı nəzərdə tutmur. Quranda həm də iqtisadi izzət və istiqlal nəzərdə tutulub. Allah icazə vermir ki, kafirlər İslam cəmiyyətinə nüfuz etsin. Burada həm siyasi, həm ideoloji, həm də iqtisadi nüfuz nəzərdə tutulur. Quran buyurur ki, düşmən qarşısında istənilən potensial imkanı işə salın, sizin və Allahın düşmənini qorxudun, onlar sizə hücuma cürət etməsinlər...
İqtidar təkcə hərbi olmur. İqtisadiyyatda, elmdə, mədəniyyətdə, mətbuatda da iqtidar olur. Hətta incəsənətdə, texnologiyada iqtidarlı olanda düşmən tamah salmır, bir cəmiyyətdə süvar olmaq fikrinə düşmür. Nümunə olaraq istehsal və məşğulluğa işarə edilir. Bu əsasla iş resurslarının, milli sərvətin, elmin inkişafı İslam cəmiyyəti və ümməti üçün vacib dini vəzifədir. Bu iş bir ibadət və cihad da sayılır...
Mücahid sözü iqtisadiyyatla bağlı Quranda və rəvayətlərdə xatırlanmış mövzudur. Bir fərdin öz həyatını, ailəsini təmin etmək üçün təlaşları iqtisadi cihaddır. Bu həm cihad, həm də ibadət sayılır. Kim halal yolla, başqalarından sui-istifadə etmədən ailəsinin ehtiyaclarını təmin edərsə sanki Bədr və Ühüddə, Peyğəmbərin (s) tərəfindən vuruşub və şəhadətə çatıb...
Kim istehsal sahəsində çalışıb iş görürsə, ailəsinə və cəmiyyətinə xidmət edirsə, onların alçalıb təhqir olunmaması üçün çalışırsa Allah yolunda qanı axıdılmış kimidir. Tam axirət prizmasından, mənəviyyat və ədalət prizmasından baxdıqda sərvət, elm, iqtidar, mənəviyyat, mədəniyyət istehsalı ibadət və cihaddır...
Bəzi rəvayətlərdə vurğulanır ki, insanların müəyyən günahları istiğfar və dua ilə bağışlanmaz, onların bağışlanması üçün iş görmək, tər axıtmaq lazımdır. Yəni bəzi günahların kəffarəsi işdir. İşsizlik bəyənilmir, hamı işləməlidir. Kimi fiziki, kimi elmi, kimi ideoloji işlə məşğul olur. Bəzilərinin işi müdiriyyət, administrativ tədbirlərdir. Harada işsizlik varsa fəsad və günah var. O insan məsuliyyətlidir ki, çalışır. Ona görə buyurulur ki, işləyən əl cəhənnəm odu görməz. İstifadəçilər ehtiyaclarından artıq sərf etsələr cəhənnəmə gedərlər, müftəxorlar və israfçıların yeri cəhənnəmdir...
Peyğəmbər (s) və Əhli-Beytdən (ə) rəvayət var ki, bəzi günahkarlar dünyada çox əziyyət çəkdiyinə, iş gördüyünə görə Allah onları bağışlayar. Buna görə imamlar işi ibadət sayır, insanları işə təşviq edir...
İmam Xomeyni (r) daxili istehsala böyük diqqət yetirirdi. O buyururdu: “Şahın əsas zərbəsi ölkədəki mütəxəssislərə vurduğu ruhi və mənəvi zərbə idi. Deyirdi siz heç bir iş görə bilməzsiniz.” Şah bizim həkimlərin ruhiyyəsinə böyük zərbə vurdu. Xalq kiçik bir xəstəliyin müalicəsi üçün xaricə getməli idi. Mütəxəssislərə təlqin olunurdu ki, siz heç bir iş bacarmırsınız. Bu işdə məqsəd mütəxəssislərin ruhiyyəsini zəiflətmək idi...
İmam bizə öyrətdi ki, inqilab “biz bacarırıq” deməkdir. İmam çağırırdı ki, müsəlmanlığı qorumaqla bütün sahələrdə irəli gedin. Xalqa harın varlılar rəhbərlik edəndə onu xaricilər və imperialistlər qarşısında alçaldırlar. Onlar öz xalqına münasibətdə quldur və soyğunçudurlar. Təbii ki, bir milləti alçaldanda o yaradıcılıq, ixtira, istehsal arxasınca getmir.
İmam buyururdu ki, əgər İslam hökuməti, Allah hökuməti qurmaq istəyirsinizsə, ölkədən imperializmin, Qərbin əlini kəsməlisiniz. Düşmən informasiya vasitələrinin bütün təlaşları buna yönəlib ki, xalqın ümidini qırsınlar, ona bir iş bacarmadığını təlqin etsinlər...
Xacə Nəsirəddin Tusinin iqtisadiyyat və iş barədə fikirlərini yada salaq. O öz qeydlərində neçə əsr bundan öncə iqtisadiyyat və işdən danışır. Yazır ki, hansı işin və nə qədər işin dəyərli olduğunu necə bilək? İş və istehsalın dəyərini necə öyrənək? O bu sualları 8 əsr öncə ortaya qoyub. Bu gün kapitalist dünyasının nəzəriyyəçiləri bu suallara cavab axtarır. Xacə Nəsirəddin deyir ki, iki əmtəənin dəyərini, məsələn qızılla libasın dəyərini necə müqayisə etmək olar? Onların dəyərini bərabər edən nədir? Onlar arasında bərabərlik yaradan nə var? Hansı səbəbdən bir əmtəə obirinə bərabər sayılır?
Xacə Nəsirəddin iki xidmətin dəyəri arasında bərabərlik nəzəriyyəsini araşdırır. Ortaya sual qoyur ki, iki xidmət və ya məhsul bərabər sayılırsa burada meyar nədir? Sonra düsturlar verir, deyir ki, hansı müqayisə ədalətlidir, hansı ədalətsizdir. Sonra əmtəə-pul münasibətlərindən danışır.
Bütün elmlərə tərif verilməlidir. Əgər bütün elmlərə, o cümlədən iqtisadiyyata tərif versək görərik ki, bütün elmlər məntiqi və dəyərlidir. Artıq kimsə deyə bilməz ki, əxlaqın iqtisadiyyata aidiyyatı yoxdur. Çünki bütün elmlərin məqsədi insanın xoşbəxtliyidir. Əgər bütün elmlər insanın tərbiyəsinə xidmət etsə, hamı onların mənfəətini anlayar...
Xacə Nəsirəddin deyir ki, mütəxəssisin işi ilə qeyri-mütəxəssisin işi bərabərdir? Məharət ölçüsü nədir? İş və pulun dəyərində məharətin rolu varmı? İş kəmiyyətinə görə dəyərləndirilir, yoxsa keyfiyyətinə görə? Dəyər yaradan işdir, yoxsa sərmayə? Nə üçün sərmayənin qazancı olmalıdır? Bütün bunlar iqtisadiyyat sahəsində ciddi suallardır və aktualdır. Bəziləri deyirlər ki, kapital sahibi əgər pulunu dövriyəyə daxil etməsə, pul qazanc gətirməsə dəyərdən düşər...
Xacə Nəsirəddin deyir ki, qazancın bir hissəsi xərclənməli, bir hissəsi yığılmalıdır. Bu əsasla yığdığımız pulu sərmayə kimi yatırmasaq, yalnız xərcləsək, ailə büdcəmiz, milli büdcəmiz olmasa, olanlarımız tədricən əlimizdən çıxacaq və cəmiyyət yoxsullaşacaq. Onlar əvvəlcə yoxsullaşdıqlarını hiss etməyəcəklər, sonradan bu yoxsulluq öz sözünü deyəcək. Birdən hamı təhlükəni görüb deyəcək ki, pul yoxdur!
Neoliberalizm bu barədə nə deyir? İmperializm iqtisadiyyatının nəzəriyyəçiləri deyirlər ki, biz yoxsulluğun qarşısını almaq üçün beynəlxalq iqtisadi nizam qururuq. Sərmayə sizdən müdiriyyət, iş bölgüsü bizdən. Belə bir vəziyyətdə biz qazanc əldə etsək də iqtisadiyyatını yaşadan siz olursunuz...
Onlar dünya üzrə iş bölgüsü adı altında özünütəminatı, iqtisadi müstəqilliyi sual altına alırlar. Təbii ki, hər bir ölkənin imtiyazı var. Bir-birinə nəzarət etmədən həmkarlıq yaxşıdır. Əslində bu İmam Əsrin (əc) görəcəyi işdir. Bu ədalətli bir qloballaşma olacaq. Biz dünya kəndi deyilən modeli qəbul edirik, amma bu kəndin rəhbəri İmam Əsr (əc) olsun...
Qərbin istədiyi budur ki, hər şey onların ixtiyarında olsun. Qloballaşmanın mahiyyətini təşkil edən dünya kəndinin kədxudası onlar olsunlar. Belə bir nəzəriyyə irəli sürürlər ki, müstəqillik və asılılıq yanaşıdır. Bunu kamunistlərdən öyrəniblər. Yersiz kəndxudaya ölüm şüarları ilə gərginlik yaratmayaq...
Ölkə daxilində ziyalılara irad var. Bəziləri belə bir fikir təlqin edirlər ki, Qərbin bayrağı altına girmədən inkişaf etmək olmaz. Çünki əsas sərmayə onların əlindədir. Onlar hansı müstəqillikdən danışır? Bu məsxərədir. Bu məntiqi bir söz deyil. Belələrinə sual veririk ki, özünütəminat nə deməkdir? Deyirlər ki, özünütəminat hazırda təcridolma, geri qalmaq deməkdir. Müstəqillik olan yerdə bərabər əsaslı həmkarlıq var. Bir tərəf hökm etsə, o birisi itaət etsə, bu həmkarlıq deyil. Burada milli mənafe əsas götürülür. Biz deyirik ki, ixtiyarımız öz əlimizdə olmalıdır, kimsəyə qul olmamalıyıq...
Müstəqilliyin həqiqi tərifində dünya ilə barışıq şüarı heç bir məna daşımır. Biz dünyadan küsməmişik ki, onunla barışaq. Bu bir neçə imperialist ölkə dünya birliyi demək deyil. Əslində onlar dünya birliyinə, beynəlxalq əməkdaşlığa mane olurlar, böyük problem yaradırlar...
Kapitalis quruluşu təkcə iqtisadi bir quruluş deyil. Onun ideoloji, ictimai-siyasi məqsədləri var. İranla Qərb arasındakı nüvə müzakirələrində düşmən daim çalışırdı ki, bu razılaşmanı təkcə nüvə razılaşması adlandırmayaq. Bunu böyük bir hadisəyə çevirmək istəyirdilər. Dünyaya demək istəyirlər ki, İran öz iedologiyasını, xəttini dəyişib. Güya İran Qərbə təslim olub...
Ardıcıl şəkildə dilə gətirirlər ki, mövzu təkcə nüvə razılaşması deyil, bütün sahələrdə, o cümlədən sionizmə münasibətdə dəyişikliklər baş verir. Hansı ki, Cənab Rəhbər dəfələrlə təkrarlayıb ki, biz yalnız nüvə məsələsini müzakirə edirik. Amma sanki bunu eşidən yoxdur...
Əgər yol versək ki, Qərb ölkəmizin iqtisadiyyatına, bank sisteminə, valyutasına nəzarət etsin, bu təkcə iqtisadiyyat sahəsində səhv olmayacaq. Əgər daxili bazarın nəbzini onların əlinə versək bunu təkcə iqtisadi xəyanət və ya axmaqlıq adlandırmaq olmaz. Bu işi görən bütün sahələrdə iqtisadiyyat, mədəniyyət, siyasət sahəsində xalqın haqqına xəyanət edib...
Əgər sən düşmənlə oturub-dursan, deyib-gülsən ona ölüm deyə bilərsənmi?! Onlar nə iş gördüklərini yaxşı bilirlər, sadə olan bizik. O bilir ki, yanaşı dayanıb təbəssümlə çəkdirdiyi qoşa şəkil dünyaya yayılanda bunun əks-sədası nə olacaq. İnqilabçıların gözü bu səhnələri görür...
Qloballaşma hazırda milli kimliyin məhvi deməkdir. Bunu qəbul etməliyik. Çünki bugünki qloballaşma milli mənafeyə ziddir. Onlar üçün milli mənafe xüsusi məqsədə xidmət edən blokların yaradılması və bu blokların mənafeidir...
Əgər mənim iqtisadiyyatım müstəqil, özünütəmin edən deyilsə, deyə bilmərək ki, müstəqil iqtisadi-siyasi quruluşum var. Bir müstəqil xalqın iqtisadiyyatı düşməndən necə asılı ola bilər?! Siyasi izzət iqtisadi izzətlə yanaşıdır. Əmirəlmöminin (ə) buyurur ki, səni yoxsullaşdıranlarla bir məqamda dayanmaq istəyirsənsə müstəqil ol...
Yəni əgər ehtiyacsız olmaq istəyirsənsə, sanksiyasların sənə təsirsiz ötüşməsini istəyirsənsə müstəqil ol. Əgər ona möhtacsansa onun danışıq tonu dəyişəcək. Cənab Rəhbər bu nöqtələrə işarə etdi. Bu gün amerikalılar İranla həmin tonda danışmağa cəhd edir. Yəni sənin iqtisadi gücün düşmənin səninlə danışıq tonunu təyin edir.

Vilayet.nur-az.com


1035 بازدید
در حال ارسال اطلاعات...