Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2015

Axirət səfərinə hazırlıq

Mən müsafirəm, mən müsafirəm! Taliqaninin ruhu gedib, cəsədi qalıb
Rəhmətlik həkim Əllamə Cəfəri buyurur: “Şeyx Mürtəza Taliqaninin yanında “Əsfar” dərsi oxuduğum vaxtlar idi. Məhərrəm ayının başlanmasına hələ iki gün qalmışdı. Yenə dərs almaq üçün onun (Şeyx Taliqaninin) yanına getdim. Şeyx mənə dedi: “Durun gedin. Nə üçün gəlmisiniz?” Mən dərsə görə gəldiyimi ona bildirəndə, dedi: “Ağa dərs qurtardı!”
Öz-özümə fikirləşdim ki, bəlkə Şeyx Məhərrəm ayına görə dərsləri tətil edib. Ona görə də dedim: Dini-elmi hövzələrdə dərslər tətil olmayıb. Axı məhərrəm ayının başlanmasına hələ iki gün qalır. Şeyx Mürtəza buyurdu: “Bilirəm. Amma mən müsafirəm, mən müsafirəm! Taliqaninin ruhu gedib, cəsədi qalıb. La ilahə illəllah.” Bunu deyəndə gözləri yaşardı.
Mən bu sözlərin onun tezliklə rəhmətə gedəcəyindən xəbər verməsini başa düşdüm. Baxmayaraq ki, onun ruhi-cismi cəhətdən heç bir dərdi yox idi. Şeyx Mürtəza Taliqanidən mənim üçün nəsihətamiz bir söz deməsini xahiş etdim. O belə dedi: “Afərin, ağa! İndi başa düşdünüz.” Sonra bu şeri oxudu:

Vaxt varikən belləyib çatdır başa
Qocalıb bükülərkən döyərsən başa


Yenə də La ilahə illəllah kəlməsini təkrar etdikdə, çöhrəsi daha da nurlandı.
Biz iki gün sonra, yəni məhərrəm ayının əvvəlində Şeyx Mürtəza Taliqaninin vəfat etdiyini eşitdik.


2208 بازدید
در حال ارسال اطلاعات...