Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2014

İmam Zamana (əc) nə cavab verərəm?

Şeyx Ənsarinin şagirdlərindən olan Şeyx Zeynəlabidin Mazandarani Kərbəlada yaşayırdı. Onun necə səxavətli və xeyriyyəçi olduğundan yazırlar: “Bacardığı qədər borc alardı və ehtiyacı olanlara verərdi. Hərdən bir hindistanlı zəvvarlar Kərbəlaya gələndə onun borclarını ödəyərdilər.”
Günlərin birində bir yoxsul onun evinə gedib ondan bir şey istəyir. Şeyxin pulu olmadığından evdə olan mis kasanı götürüb ona verib dedi: “Bunu apar sat.”
İki üç gündən sonra evdəkilər görürlər ki, mis kasa yoxdur. Hay-küy saldılar ki, mis kasanı oğru aparıb. Evdəkilərin səsini kitabxanada mütaliə edən Şeyx eşidir. Şeyx kitabxanadan onlara səslənir ki, oğrunu müttəhim etməyin, kasanı mən aparmışam.
Şeyx səfərlərinin birində Samirraya gedir və orada bərk xəstələnir. Mirza Şirazi ona dəyməyə gəlir v