Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2015

Dünya axirətə keçid yeridir

Maddi quruculuq adamı həm də yaranmışların ən zahididir
Siz görürsünüz ki, İslamda maddi quruculuq adamı olan şəxs həm də yaranmışların ən zahididir. Əmirəlmöminin öz əli ilə quyu qazdı, su dəvə boynu yoğunluğunda fəvvarə vuranda quyudan çıxdı. Elə palçıqlı paltarı ilə quyunun yanında oturdu və yazdı ki, bu suyu yoxsullara vəqf etdim. Yəni maddi abadlıqla məşğul oldu və o saat da onu Allah yolunda ehsan etdi; ən çox ehsan edən, ən qurucu, ən çox maddi işlə çalışan və mənəvi cəhətdən ən üstün, ən uca. Bu, İslam tərbiyəsinin nəticəsi, İslamın maddi və mənəvi proqramının göstəricisidir.
İslamın gözündə dünya axirətə keçid yeridir. İslam dünyanı inkar etmir, dünyəvi bəhrələri mənfur saymır, insanın həyatda bütün istedadları ilə çalışmasını istəyir. Amma bunların hamısı mənəvi inki