Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2015

Səudiyyə Ərəbistanı Yəmənə təcavüzü altında hansı mənafe güdür?

Ərəbistanın kənarında öz eynəyi altından bu ölkənin neft sərvətinə göz dikən ikinci alternativi – Amerikanı da, nəzərdən qaçırmaq olmaz
Səudiyyə Ərəbistanının Yəmənə təcavüzü hələ keçən əsrin birinci yarısına qayıdır. Onlar 1934-cü ildə bu ölkəyə ilk hücumlarında Cizan, Əsir və Nəcran vilayətlərini ələ keçirərək sonralar 70-ci illərdəki müharibələrdə daha iki – Vədiə və Şərurə məntəqələrini də, öz ərazilərinə əlavə etmişlər. Hal-hazırkı müharibədən də, məqsəd olduqca əhəmiyyətli Həzrəmut vilayətini ələ keçirməkdir.
Yəmənin bir çox məntəqələri, o cümlədən, Məarib, Cuf və Həzrəmut vilayətləri böyük neft yataqlarına malikdir. Neftçıxarma üzrə beynəlxalq tədqiqat mərkəzləri fars körfəzi ölkələri arasında ən çox Yəmənin neft sərvətinə sahib olduğunu bildirirlər. Ərəbistanın bu arada özünü Yəmənin mütləq qəyyumu sanmağı, indiyədək belə sərvətli ölkəni iqtisadi və mədəni inkişafdan geri saxlaması da, əbəs deyilmiş. Ərəbistanın Amerika ilə birgə bu ölkənin statusu, ərazi bütövlüyü və səlahiyyətlərinə dair təyin etdiyi hüdudlar bais olub ki, Yəmən xalqın ibtidai tələblərini təmin etməkdən başqa heç bir sahədə tərəqqi üzünü görməsin və heç bir halda Ərəbistanı təhdid edə biləcək bir maneəyə çevrilməsin.
Hələ 1979-cu ildə Yəmənin şərqində, xüsusi olaraq Həzrəmut məntəqəsində neft qazıntıları ilə fəaliyyətə dair konsessiya müqaviləsini bağlayan İtaliyanın “AGİP” şirkəti bu ərazilərdə müəyyən qazıntılardan sonra 1982-ci ildə rəsmi surətdə bu ölkənin böyük neft yataqlarına sahib olduğunu elan edir. Amma çox keçməmiş bu şirkət naməlum səbəblər üzündən öz fəaliyyətlərini dayandırmalı olur. Sonralar məlum olur ki, şirkətin öz mövqe və mənafeyindən geri çəkilməyi ciddi regional və beynəlxalq təzyiqlər üzündən imiş. Daha bunun şərhinə isə ehtiyac qalmır! Çünki İtaliya əsas neft xammalını Ərəbistandan təmin edir və o zamana qədər həmin şirkətin neft xammalı üzrə Ərəbistanla böyük kontraktları qüvvədə idi.
Son vaxtlar internet saytlarında faş edilən Ərəbistanın xarici işlər nazirliyinin gizli fəaliyyətləri, o cümlədən, bu ölkənin Yəmənə təcavüzündən başlayaraq indiyədək izlədiyi missiya daha çox Həzrəmut üzərində manevr edir. Elə əvvəldən Ərəbistanın bu məntəqəyə əl-Qaidənin qüvvələrini göndərməsi, həmçinin xəbərlərdə yayılan fərari prezident Mənsur Hadinin həmin məntəqəni onlara bəxşiş etməsi məsələyə daha gözəl aydınlıq gətirir. Ərəbistanın idarəsi altında əl-Qaidənin, o cümlədən, İxvan əl-Musliminə mənsub İslah partiyasının sələfi cərəyanları ilə birgə bu şəhərə (Həzrəmut) hakim kəsilməyi faktiki olaraq həmin missiyaya xitam verir. Odur ki, bu qrupların tutduğu ərazilər qətiyyən Ərəbistanın və ya Amerikanın hərbi təyyarələrinin hücumlarına məruz qalmır və ya qalanlar da ki, onlara tabe olmayanlarıdır.
Maraqlısı odur ki, əsli Həzrəmutdan olan Cəddənin böyük tacirləri iki həftə əvvəl bu məntəqənin Ərəbistan ərazilərinə əlavə edilməsinə dair böyük bir siyahını imzalayaraq Səud Səlman şaha təqdim ediblər və o ərəfədən etibarən Həzrəmutun sərhədyanı ərazilərində yerləşən qəbilə sakinlərinə Ərəbistanın vətəndaşlığının cəlbi işi sürətlə icraya qoyulub. Bu münasibətlə Ərəbistanın yəmənli tərəfdarlarından sayılan Heydər Əbu Bəkr əl-İtas və Əbdürrəhman Cəfri kimiləri utanmadan Ərəbistanın bu ölkənin sabiq “qanuni” rejimini himayə etdiyinə görə, mükafata layiq görülməyini belə elan ediblər. Onlar açıq qeyd ediblər ki, bu mükafatı Həzrəmutun yerli rəsmiləri öz mövqelərindən geri çəkilməklə nümayiş etdirə bilərlər. Hətta bu arada Həzrəmutdan ötərək Ərəbistanı Ədən körfəzinə birləşdirəcək boru kəmərinin salınmasına və bir milyona yaxın yəmənlinin işlə təmininə dair yeni kampaniyanın təbliğatına da, start verilib.
Ərəbistanın kənarında öz eynəyi altından bu ölkənin neft sərvətinə göz dikən ikinci alternativi – Amerikanı da, nəzərdən qaçırmaq olmaz. Hələ onların 1980-ci illərində Yəmənlə neft kontraktlarına dair müqavilələri, 1986-cı ildə Məaribdə təsis etdiyi neftayırma zavodunun açılışında sabiq prezident Corc Buşun (ata) müavininin şəxsən iştirakı, Sənada yenidən səfirliyin bünövrəsi, eləcə də, o zaman Corc Buşun aşkar surətdə daim təhlükə altında olan fars körfəzindəki neftin ixracının yerinə Vaşinqton üçün daha əlverişli ikinci bir neft mənbəyinin tapıntısının elanı bu ölkəyə olan xüsusi maraqların nümunələridir. Amerika neft şirkətlərinin bu ölkədə böyük neft yataqlarını kəşf etməsinə rəğmən, hələlik onların birbaşa geniş miqyasda neft ixracına əl qatmamağı Ərəbistan kimi müttəfiqini əldən verməmək qəsdindən irəli gəlir. Son zamanlar tədqiqat mərkəzlərinin, o cümlədən, 2013-cü ildə Amerikanın Sky News kanalının verdiyi məlumata əsasən, hal-hazırda dünya üzrə neft mənbəyinin 34%-i Yəmənin ərazilərinə düşür və ölkə üzrə ən böyük neft yataqları Ərəbistanla həmsərhəd olan Cuf vilayətində yerləşir. Həmçinin Yəmənin neft sənayesi üzrə son statistik məlumatlarında bu ölkənin geniş miqyaslı neft və qaz yataqlarına malik olduğu bildirilir.
Son neçə illərdə Ərəbistanın ölkə daxilində olan Yəmən vətəndaşlarına ağır təzyiqi, Yəmənlə sərhədyanı zonalardakı qəbilələrin təhriki, daxildə törədilən iğtişaşlar, Məaribdə əsas boru kəmərinin partladılması və bununla da, ölkənin şimal bölgələrini təmin edən elektrik enerjisindən məhrum etməsi, bir çox dövlət nümayəndələrini rüşvətlə ələ alması və sairin hamısı hal-hazırkı təcavüz üçün böyük tədarük idi...

Nur-az.com/alalam


1198 بازدید
در حال ارسال اطلاعات...