Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2015

Xalq irəli gəldi, atəş açın - Amerika budur!

Xalqın müxtəlif zümrələri ilə görüşdə bəyanat
Bismillahir-Rəhmanir-Rəhim
Vəlhəmdulillahi rəbbil-aləmin, vəssəlatu vəssəlamu əla səyyidina əbil-qasimil-mustəfa muhəmməd və əla alihil-ətyəbinəl-əthərinəl-müntəcəbin siyyəma bəqiyyətillahi fil-ərzin.

Bütün əziz qardaşlar və bacılara xoş gəldin deyirəm. Müxtəlif şəhərlərdən zəhmət çəkib təşrif gətiriblər, bizim hüseyniyyənin fəzasını öz hüzurları, hissləri ilə bərəkətləndiriblər. Xüsusi ilə uzaq yol gəlmiş qardaş və bacılar səfər ağırlığına səbr ediblər. Ümid edirik ki, Allahın rəhmət və fəzlindən qardaşlar və bacıların hər biri təkbətək bəhrələnəcək.
Bu günlər müxtəlif hadisələrlə yadda qalıb. Zilqədə ayının mübarək günləri, xatirə dolu şəhrivər günləri bu günlərə təsadüf edir.
Zilqədə ayının da böyük bərəkətləri var. Şəhrivər ayının xatirələri mənalı və dəyərlidir. Mübarək zilqədə ayı haram ayların başlanğıcıdır. Bu ayın 11-i İmam Rizanın (ə) mübarək viladət günüdür, kəramət on günlüyünə təsadüf edir. Ayın 23-ü İmam Rizanın (ə) məxsus ziyarət günüdür. Ayın 25-i dəhrul-ərz günüdür. Bu da bərəkətli gündür. Zilqədə ayının orta gününün gecəsi bərəkətli gecələrdəndir, həmin gecənin öz əməlləri var. Zilqədə ayının şənbəsəhəri (yekşənbə) günləri tövbə günləridir. Bu günlərin də əməlləri var, mərhum arif hacı Mirza Cavad Ağa Məliki Təbrizi “Əl-Müraqibat” kitabında nəql edir ki, Həzrət Peyğəmbər (s) səhabələrinə xutabən buyurub: “Hansınız tövbə etmək istəyirsiniz?” Hamı bir ağızdan cavab verdirir ki, tövbə etmək istəyirlər. Zahirən zilqədə ayı olub. Rəvayətdə nəql olunur ki, Peyğəmbər (s) buyurub: “Zilqədə ayının şənbəsəhəri (yekşənbə) günləri bu namazı qılın (namazın öz qaydası var).” Zilqədə ayı ilə başlayan üç haram ayda bərəkətli günlər və gecələr var. Bu günlərdən istifadə etmək lazımdır.
Şəhrivər ayı da xatirələrlə zəngin aydır. Şəmsi 1357-ci il, 17 şəhrivər, İslam İnqilabının qələbəsinə bir neçə ay qalmış Tehranın Şühəda meydanında zalım rejimin məmurları himayəsiz insanları atəşə tutub, onların böyük əksəriyyəti qətlə yetirilib. Şəhrivər ayında ölkənin prezidenti və baş naziri olmuş mərhum şəhid Rəcai, mərhum şəhid Bahünər terror edilib. Ölkənin baş prokuroru şəhid Ayətullah Qüddusinin, terroru da bu aya təsadüf edir. Şəhrivər ayında Təbrizin imam-cüməsi Ayətullah Seyid Əsədullah Mədəni münafiqlər tərəfindən terror edilib. Şəhrivər ayının son günlərində Səddamın Bəəs rejimi ölkəmizə hərbi təcavüz edib. Bütün bunlar mənalı, dəyərli xatirələrdir. Bütün bu hadisələrin arxasında Amerika rejimi dayanıb. Amerikalılar birbaşa və ya dolayısı ilə, kimlərisə təşviq etməklə və ya bu cinayətlərə göz yummaqla hadisələrlə əlaqəlidirlər.
Gənclərimiz bu xatirələri unutmamalıdırlar. Məni nigaran edən məsələlərdən biri budur ki, bizim agah və bəsirətli, coşqun gənc nəsil bu mühüm hadisələri, bu böyük ibrətləri tədricən yaddan çıxaralar. Bu inqilabi gənclər meydandadır, həmişə hazırdır. Biz, məsuliyyət daşıyan orqanlar səhlənkarlıq etmişik, bu hadisələr aktuallığını itirməməlidir. Bir millətin tarixi yaddaşı zəifləməməlidir. Əgər gənclərimiz ölkə boyu bu hadisələrdən xəbərsiz qalıb, həmin hadisələri təhlil etməsələr, onun dərinliyinə varmasalar, ölkələrini və gələcəyi tanımaqda səhvə yol verəcəklər. Gənclər bu hadisələri düzgün qiymətləndirməlidir. Bilməlidirlər ki, nə baş verib, kimlər iştirak edib. Gənclərimiz bütün bunları bilməlidir.
17 şəhrivər qətliamına bənzər bir qətliam 8 bəhməndə həmin bu inqilab meydanında baş verib. Çox vaxt buna diqqət yetirilmir. O zaman rejimin məmurları xalqa hücum edib. Amerikalı general Robert Hayzerin xatirələrində bu hadisələrdən danışılır. Amerikalı general sabiq rejimin ömrünün son günlərində onu xilas etmək üçün Tehrana gəlmişdi. Deyir ki, şahın generallarını bir yerə topladım, onlara dedim ki, silahlarınızı qaldırın, yəni şah rejiminin silahlıları xalqa qarşı idi. Çox vaxt havaya atəş açıb xalqı qorxudurdular. Bu cənab şahın generallarına tövsiyə verir, deyir ki, silahlarınızı qaldırın, xalqa atəş açın. Onlar da İnqilab meydanında bu göstərişi yerinə yetiriblər. Silahlarını xalqa tuşlayırlar, xalqa atəş açıb, çoxlarını şəhadətə çatdırıblar. Amma bunun təsiri olmadı, xalq geri çəkilmədi, meydanda dayandı. Sonra şah ordusunun komandanlarından olan Qarabaği gəlib, Hayzerə deyir ki, sənin göstərişinin faydası olmadı, xalq geri çəkilmir. Hayzer xatirələrində yazır ki, bunların necə də uşaqsayağı təhlilləri var! Bu nə deməkdir? Yəni Qarabaği gözləyirmiş ki, bir dəfə xalqa atəş açmaqla hadisə başa çatsın. Xeyr, bunu davam etdirmək lazımdır, harada xalqı görürsünüzsə, atəş açın. Amerika budur! Amerika 25 il bu ölkədə mütləq hakimiyyətə malik olub. Şahın generallarına belə göstərişlər veriblər. İqtisadiyyat, siyasət, təhlükəsizlik, xarici siyasət sahəsində İranın sözü Amerikanın sözü olub. Şah rejimi dövründə Amerika İranda mütləq hakimiyyət sahibi olub. Ölkəmizə elə bir rejim hakim olub ki, onun zabitləri Amerikaya tabe olublar. Maliyyə naziri də, müdafiə naziri də, baş naziri də, şahın özü də Amerikanın əmrinə itaət edib. Qeyd-şərtsiz tabe olublar. Bəli, bu ölkəyə belə bir rejim hakim olub.
Amerikalılar ölkəmizdə fironluq ediblər. Qəsəs surəsinin 4-cü ayəsində oxuyuruq: “Həqiqətən Firon yer üzündə baş qaldırıb əhalini zümrələrə bölmüşdü; onların arasında olan bir tayfanı gücsüz görüb onların oğlan uşaqlarını öldürür, qızlarını isə sağ buraxırdı...” Bizim də xalqa belə rəftar edirdilər. Dövrün Musası gəldi, fironun taxtını çevirdi, onu məhv etdi. İnqilab budur. Şəhrivər hadisələrindən 1 il 2 ay sonra, 1358-ci il, aban ayında böyük İmamın tərəfdarı olan gənclər Amerikanın casus yuvası olan səfirliyini fəth etdilər. Ameriklıları qolları, gözləri bağlı əsir götürdülər. Musa Fironu bu dəfə bu sayağı məğlub etdi. İndi bəziləri soruşur ki, nə üçün Amerika İranla düşməndir? Aydındır, səbəbi budur. İran Amerikanın ovcunda idi. Ölkənin bütün əsas strukturları Amerikanın iradəsi ilə hərəkət edirdi. İmam gəldi, bu xalqın vasitəsi ilə Amerikanı ölkədən çıxardı. Təbii ki, düşmən olmalıdırlar. İndi də düşmənçiliklərini davam etdirirlər.
Böyük İmam buyurdu ki, Amerika böyük şeytandır. Böyük şeytan ifadəsi dərin mənalı ifadədir. Aləmdəki şeytanların rəisi İblisdir. Amma Quranın buyuruğuna əsasən İblisin görə biləcəyi yeganə iş insanları şəkk-şübhə, vəsvəsə yaratmaqla yoldan çıxarmaqdır. Bundan başqa bir şey bacarmır. Vəsvəsə edir, aldadır, yoldan azdırır. Amma Amerika həm vəsvəsə edir, həm qətlə yetirir, sanksiya qoyur, həm aldadır, həm riyakarlıq edir. İnsan haqları bayrağı qaldırıblar, bəşər hüquqlarına tərəfdar olduqlarını iddia edirlər. Amma hər gün Amerika şəhərlərinin küçələrində günahsız, silahsız insanlar Amerika polisi tərəfindən qətlə yetirilir. Bu onların bütün cinayətlərindən əlavə bir cinayətdir. Bu onların şah rejimi dövründəki cinayətləridir. İraqda, Suriyada, başqa yerlərdə müharibə alovu qızışdırırlar. Təxribatla məşğuldurlar. Amerikanın işi budur. İndi bəziləri İblisdən çirkin xüsusiyyətlərə malik olan bu şeytanı bəzəyib mələk sifətində göstərmək istəyir. Nə üçün? Tutaq ki, dini, inqilabı kənara qoyduq, bəs ölkənin mənafelərinə sədaqət nə olsun? Ağıl nə olsun? Hansı ağıl və vicdan icazə verir ki, insan Amerika kimi birini dost seçsin, ona etimad göstərsin, xilasedici mələk kimi tanısın? Həqiqət budur. Bəli, özlərini zinətləndirirlər. Ütülənmiş vəziyyətdə, qalstukla, ətirlənməklə, zahirən diqqəti cəzb etməklə sadəlövh insanların gözündə özlərini başqa şəkildə göstərməyə çalışırlar. Amma Amerika rejiminin mahiyyəti budur. Bizə qarşı necə olublar dedik. Başqa ölkələrə qarşı da belədirlər. Böyük İran xalqı böyük şeytanı öz ölkəsindən çıxardı. Yol vermək olmaz ki, ikinci dəfə geri qayıtsın. İmkan verməməliyik ki, qapıdan çıxıb pəncərədən girsin. Nüfuzuna yol vermək olmaz. Onların düşmənçiliyi başa çatan deyil.
Nüvə razılaşması, burda və orda aqibəti məlum olmayan bir razılaşmadan sonra Amerika konqresində İran əleyhinə fitnəkarlıqla məşğuldurlar. Bizə çatan məlumatlardan aydın olur ki, hazırda Amerika konqresində bir qrup İran İslam Respublikasına problemlər yaratmaq üçün qətnamə üzərində işləyir. Onların düşmənçiliyi belədir, bitib-tükənmir.
Bu düşmənçiliklər davam edir. Nə vaxta qədər davam edəcək? O zamana qədər ki, siz güclü olasınız. İran xalqı elə güclü olmalıdır ki, düşmən ümidini üzsün, siyasi və hərbi təcavüz fikrindən daşınsın, iqtisadi sanksiyalar, təhlükəsizlik baxımından hücumlardan ümidini üzsün. Biz güclənməliyik. Daxildən özümüzü gücləndirməliyik. Mən dəfələrlə demişəm ki, ölkənin ehtiyacı olan iqtidar necə əldə olunmalıdır. Əvvəla, güclü iqtisadiyyat yolu ilə. Müqavimət İqtisadiyyatının siyasətləri bəyan olundu. Əməli, icrayi baxımdan vaxt itirmədən bütün imkanlar işə salınmalıdır. Dövlətdə dostlarımız bir qism işləri icra edirlər, həmd olsun Allaha. Biri budur ki, ölkənin iqtisadiyyatı güclənsin. Ölkədəki gənclik işsiz qalmasın. Gənclərin yaradıcılığı yerdə qalmasın. Yollardan biri budur.
Başqa bir məsələ elmi inkişafdır. Elm karvanı öz sürətini aşağı salmasın. Elmdə inkişaf edək hər şey elmə bağlıdır. Bu da güclənməyin bir yoludur.
Daxildən güclənmə yollarından biri xalqın inqilabi ruhiyyəni hifz etməsidir. Xüsusi ilə gənclərə aiddir. Düşmənlər çalışırlar ki, bizim gənclərimizi məsuliyyətsizliyə sövq etsinlər. Onlar inqilaba biganə olsun, qəlblərində inqilabi ruhiyyə öldürülsün. Bunun qarşısını almaq lazımdır. Gənc inqilabçı ruhiyyəni hifz etməlidir. Ölkə məsulları inqilabçı gəncləri əziz tutsunlar. Hizbullah və inqilabçı gəncləri bəzi natiqlər, yazıçılar ifratçı və bu kimi adlarla vurmasınlar. İnqilabçı gənclər əzizlənməlidir. Gənclər inqilabi ruhiyyəyə təşviq olunmalıdır. Ölkəni hifz edən bu ruhiyyədir. Bu ruhiyyə ölkəni müdafiə edir. Təhlükə zamanı ölkənin harayına çatan bu ruhiyyədir. Milli iqtidarın üç əsas amili bunlardır: Güclü və möhkəm iqtisadiyyat, inkişaf etmiş və tərəqqi edən elm, hamıda, xüsusi ilə gənclərdə inqilabi ruhiyyənin qorunması. Bunlar ölkəni qoruya bilər. Bu zaman düşmən məyus olacaq.
Amerika öz düşmənçiliyini gizlətmir. Bəli, vəzifə bölgüsü aparır. Biri təbəssüm göstərir, başqa biri İslam Respublikasına qarşı qətnamə hazırlayır. Bu bir növ vəzifə bölgüsüdür. İranla müzakirə adlı bir istəyin ardıncadırlar. Amma müzakirə bəhanədir. Müzakirə ölkəyə nüfuz üçün bir vasitədir. Öz istəklərini qəbul etdirmək üçün müzakirəni vasitəyə çevirirlər. Biz yalnız nüvə məsələsi ilə bağlı dəfələrlə qeyd etdyimiz kimi razılaşdıq ki, müzakirəyə getsinlər. Müzakirə apardılar. Həmd olsun Allaha, bizim müzakirə heyəti bu səhnədə özünü yaxşı göstərdi. Biz başqa mövzuların müzakirəsinə icazə verməmişik. Razılıq verilməyib ki, Amerika ilə başqa mövzularda müzakirə aparılsın. Biz bütün dünya ilə müzakirə aparırıq. Amma Amerika ilə yox. Biz müzakirə, qarşılıqlı anlaşma əhliyik. Dövlətlər səviyyəsində, millətlər səviyyəsində, dinlər səviyyəsində müzakirə aparırıq. Amerikadan başqa hamı ilə müzakirə aparırıq. Təbii ki, bu sahədə sionist rejimə münasibət aydındır. Sionist rejimin mövcudluğu legitim deyil, bu saxta bir quruluşdur.
Sionist rejim haqqında bir söz deyim. Nüvə müzakirələri başa çatandan sonra eşitdim sionistlər işğal olunmuş Fələstində deyiblər ki, bu müzakirələrdən sonra 25 il İran tərəfindən arxayın ola bilərik. Deyirlər 25 ildən sonranı fikirləşmək lazımdır. Mən cavab olaraq deyirəm ki, əvvəla, siz qarşıdakı 25 ili görməyəcəksiniz. İnşallah, qarşıdakı 25 ilə qədər Allahın yardımı və fəzli ilə regionda sionist rejim adında bir qurum qalmayacaq. İkincisi, həmin bu müddətdə (25 ildə) mübariz İslam ruhiyyəsi bir an olsun sionist rejimi rahat buraxmayacaq. Bunu bilsinlər. Millətlər oyanıb, düşməni tanıyırlar. İndi dövlətlər və təbliğat ruporları çalışaraq dostla düşmənin yerini dəyişməyə müvəffəq olmaq istəyirlər. Amma bu məqsədə çatmayacaqlar. Millətlər, müsəlman xalqlar, xüsusi ilə region xalqları diqqətlidir, həqiqəti görürlər. Bu sionist rejimin vəziyyətidir, o da Amerikanın.
Seçki mövzusunda bir neçə söz deyim. Seçki məsələsi bizim bugünki aktual məsələlərimizdəndir. Təəssüf ki, bəziləri il yarım, 2 il qabaqdan seçki barədə danışmağa başlayırlar. Düşünürəm ki, belə məsləhət deyil. Vaxtı çatmamış ölkədə seçki atmosveri yaratmaq lazım deyil. Seçiyə il yarım, 2 il qalmış mətbuatda və başqa sahələrdə seçki barədə danışılır. Ölkədə seçki atmosveri yarananda bir çox zəruri məsələlər yaddan çıxır, haşiyəyə çevirilir. Seçki fəzası rəqabət fəzasıdır. Nə üçün biz vaxtı çatmamış, 1 il, 2 il öncədən ölkədə rəqabət fəzası yaradaq? Vaxtı çatmamış bu işi görmək məncə məsləhət deyil. Amma indi seçkilərə 3-4 ay qalıb. Artıq seçkilər haqqında danışmaq olar. Mən bu gün bəzi nöqtələri qeyd etmək istəyirəm. Əgər gələcəkdə də fürsət olsa bu mövzuda danışacağıq.
Seçki məsələsi ölkə üçün mühüm məsələdir. Seçkilər xalqın tam hüzur səhnəsidir. Xalq seçki səhnəsinə çıxmaqla, istər prezident seçkilərində, istər parlament seçkilərində, istər Xibrə Məclisinə seçkilərdə həqiqi demokratiyanı formalaşdırırlar. Bu çox mühümdür. Biz bu prosesi inqilabdan ötən 36-37 ildə dayanmağa qoymamışıq. Bəzi ölkələrdə müharibə olanda, bir hadisə baş verəndə seçkini təxirə salırlar. Amma İranda seçki nəzərdə tutulan gündən bir gün olsun belə sonraya saxlanılmayıb. Heç bir dövrdə buna yol verilməyib. Tehran, Xuzistan, İlam, Kermanşah, başqa yerlər bombalananda seçki keçirildi. Ölkənin bütün yerlərində belə olub. Kəndlərdə, gediş-gəliş çətin olan yerlərdə də seçki dayandırılmayıb. Bəziləri istəyirdilər ki, seçkiləri təxirə salsınlar. Bəzi dövrlərdə bəzi siyasətbazlar seçkini saxlamaq, ya təxirə salmaq istəyiblər. Amma Allahın yardımı ilə bunun qarşısı alınıb, seçkilər təyin olunduğu gündə keçirilib. Bu seçkinin əhəmiyyətidir. Buna görə də həmd olsun Allaha seçkilərimiz həqiqi demokratiyanın özünü göstərdiyi səhnədir.
İran İslam Respublikası sözün həqiqi mənasında demokratik respublikadır. Əlbəttə ki, düşmən danışır. Amerikalılar, onların təbliğat vasitələri daim seçkilərimizə qarşı müxtəlif təxribatlar aparır. Amerikalılar şah dövründə 25 il İranda olub. O dövrün yuxarıdan təyin olunan şuraları, istehsa doğuran məclisləri bir dəfə olsun Amerika tərəfindən tənqid edilməyib. Əgər tarixə müraciət etsək, Məhəmmədriza dövrünün seçkilərini nəzərdən keçirsək, ondan da pis Riza Şah dövrünün, ingilislərin hakim olduğu dövrün seçkilərinə baxsaq görərik ki, amerikalılar bu oyunbazlığa bir dəfə də etiraz etməyib. Bu gün də məntəqədəki müstəbid, diktator, vərəsəliklə ötürülən rejimlərə etiraz etmirlər. Amma İran ardıcıl şəkildə seçkilər keçirir, rəhbər, prezidentdən tutmuş parlament nümayəndəsi, xibrə məclisi üzvünə qədər, hətta şəhər şuralarına nümayəndələr xalq tərəfindən seçilir. Buna Amerika daim etiraz edir, irad tutur. Bütün bunlar yalan iradlardır. Bizim seçkilərimiz həmd olsun Allaha bu müddətdə sağlam seçki olub. Mənim qeyd etmək istədiyim nöqtə budur ki, seçkilərimiz beynəlxalq normalara uyğun olub, xalqın iştirakı səviyyəsi baxımından ən üstün seçkilərdəndir. Təəssüf ki, daxildə pis bir vərdiş var. Hər dəfə seçkilərin düzgünlüyünə zərbə vurmaq istəyənlər olur. Seçkilərdən qabaq saxtakarlıqdan danışırlar. Bu çox səhv işdir. Ötən 37-ci ildə keçmiş dövlətlərə etimad göstərən, seçkilərdə izdihamla iştirak edən xalq həmin etimada görə seçki məntəqəsinə gəlir. Nə üçün bəziləri bu etimadı zərbə altında qoymaq istəyir? Xalq respublikaya inanır. Seçki keçiriləndə məntəqəyə gəlib səs verirlər. Nə üçün bu etimada zərbə vurulmalıdır? Heç bir əsas olmadan seçkilərdə saxtakarlıq ola bilər deyib şübhə yaradırlar. Buna yol verilməyəcək. Ciddi nəzarət tədbirləri görüləcək. Nəzarət şurasının ən böyük faydalarından biri elə bu nəzarətdir. Səhvlərə, xətalara, seçki pozuntusuna yol verilməyəcək. Digər qurumlar da bu işi görəcək. Bəzən bizə məlumat verirlər ki, seçkilərdə irad olub. Göstərişimizlə gedib yoxlayırlar, məlum olur ki, heç bir saxtakarlıq yoxdur. Ola bilər ki, haradasa seçki pozuntusuna yol verilsin. Amma bu elə bir səviyyədədir ki, seçkinin ümumi nəticələrinə təsir göstərmir. Ümumi götürdükdə bütün seçkilərimiz sağlam olub.
Xalqın səsi sözün həqiqi mənasında həqqünnasdır (xalqın haqqıdır). İranlı qardaş və bacılar seçki məntəqəsinə gəlib səs verir. Bu onun dini hüququdur, bu əmanətə xəyanət etmək olmaz. Doğrudan da bu həqqünnasdır. Seçkinin nəticəsi nədirsə ona riayət olunmalıdır. Biz 88-ci ildə seçkinin nəticələrini ləğv etməkdə israrlı olanlara qarşı dayandıq. Biz həqqünnası müdafiə edirdik. 40 milyon nəfər seçkilərə qatılmışdı. Bunun nəticəsi vardı. Biz bu səslərin müdafiəsində dayandıq. Mən həqqünnası, xalqın haqqını müdafiə etdim. Bundan sonra da nə vaxt xalq səs verəcəksə mən xalqın rəyini müdafiə edəcəyəm. Xalqın arxasında dayancağam. Onların səsi həqqünnasdır. Xalqın nizama olan etimadını boş sözlərlə zərbə altında qoymayaq. Bəzən Daxili İşlər Nazirliyinə, bəzən Nəzarət Şurasına irad tuturlar.
Nəzarət Şurası seçkilərdə nizamın gözüdür. Bütün dünyada belə bir qurum var. Adı başqa ola bilər. Burada adı Nəzarət Şurasıdır. Onlar nəzarət edirlər, seçkiyə qatılanlara, namizədlərə, səlahiyyətlərə diqqət yetirirlər. Səlahiyyəti olmayanın seçkiyə qatılmasının qarşısını almalıdırlar. Bu onların haqqıdır. Qanuni haqqıdır. Əqli və məntiqi bir haqdır. Yersiz irad tuturlar. həqqünnasın bir hissəsi elə Nəzarət Şurasının rəy haqqıdır. Nəzarət Şurasının nəzarət haqqı var. Bu da həqqünnasdır. Buna riayət olunmalıdır. Seçki mühümdür, dediyimiz sözlər seçki ilə bağlı idi. Mən xalqın izdihamlı iştirakına inanıram. İnanıram ki, ölkəni bu iştirak hifz edir. Əgər sağ olsaq bu barədə yenə də danışacam.
Siz əziz qardaş və bacılara təkidlə bildirirəm ki, İran İslam Respublikası bu xalq, bu məntiq, bu konstitusiya ilə bütün düşmənlərinə qalib gələcək. Şərti budur ki, Allaha təvəkkül edək, əl-ələ verib birliyimizi göstərək, ölkədə parçalanmaya yol verməyək, bir-birimizi zəiflətməyək. Əgər buna riayət etsək Allah-Taala da nəzərə alacaq. Kim İslama yardım etsə, Allah da ona yardım edəcək.
Pərvərdigara! Böyük İmamın pak ruhunu övliyalarınla məhşur et. Əziz şəhidlərin ruhunu övliyalarınla məhşur et.
Pərvərdigara! Öz bərəkət və lütfünü davamlı şəkildə bu mömin və saleh millətə nazil et.
Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatuh

Vilayet.nur-az.com


1438 بازدید
در حال ارسال اطلاعات...