Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2015

Əsl mömin kimdir?

“Peyğəmbərlərin silahıyla silahlanın!” Həzrətdən “O nədir?” – deyə soruşulanda, deyərmiş: “Dua!”
Möminin imanının saflığı haqda imam Rizadan (ə) neçə hədis:

1. “Müsəlman şəxs Allahın, Peyğəmbərin (s) və İmamının sünnəsinin hər birindən bir xislət kəsb etməyincə, imanı kamil olmaz: Allahın sünnəsindən sirlərini gizlətməyi, Peyğəmbərin (s) sünnəsindən xalqla mehriban dolanmağı, İmamının sünnəsindən isə çətin zamanlarda dözməyi mənimsəməlidir.” (Üsuli-Kafi, c. 3, səh. 339)

2. “Müsəlman şəxsin ağlı bu on xislətsiz kamil olmaz: ondan xeyirxahlıq intizarı güdülsün, ondan kimsə ziyan görməsin, başqalarının kiçik yaxşılığını böyük sansın, özünün böyük yaxşılıqlarını isə kiçik hesab etsin, ondan hər hansı xahiş zamanı narazılıq hissi keçirməsin, həyatda ikən elm və təhsil