Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2015

Əsl mömin kimdir?

“Peyğəmbərlərin silahıyla silahlanın!” Həzrətdən “O nədir?” – deyə soruşulanda, deyərmiş: “Dua!”
Möminin imanının saflığı haqda imam Rizadan (ə) neçə hədis:

1. “Müsəlman şəxs Allahın, Peyğəmbərin (s) və İmamının sünnəsinin hər birindən bir xislət kəsb etməyincə, imanı kamil olmaz: Allahın sünnəsindən sirlərini gizlətməyi, Peyğəmbərin (s) sünnəsindən xalqla mehriban dolanmağı, İmamının sünnəsindən isə çətin zamanlarda dözməyi mənimsəməlidir.” (Üsuli-Kafi, c. 3, səh. 339)

2. “Müsəlman şəxsin ağlı bu on xislətsiz kamil olmaz: ondan xeyirxahlıq intizarı güdülsün, ondan kimsə ziyan görməsin, başqalarının kiçik yaxşılığını böyük sansın, özünün böyük yaxşılıqlarını isə kiçik hesab etsin, ondan hər hansı xahiş zamanı narazılıq hissi keçirməsin, həyatda ikən elm və təhsildən doymasın, Allah yolunda qıtlıq ona varlıqdan şirin olsun, Allah yolunda əzilmək və təhqir ona düşmən kənarında izzətdən dəyərli olsun, adının hallanmamağını şöhrətdən üstün bilsin,” – deyib, buyurdu: “Onuncu nədir, onuncu nədir?” Daha sonra belə söylədi: “Hər bir müsəlman qardaşını görüb, ürəyində onun özündən üstün və təqvalı olduğunu güman etsin.” (Tühəful-üqul, səh. 467)

3. “İman müsəlmanlıqdan bir dərəcə üstün, təqva imandan bir dərəcə üstündür və yer üzündə Adəm övladına yəqindən yüksək bir şey verilməyib!” (Tühəful-üqul, 469)

4. İmam Riza (ə) öz səhabələrinə belə buyurarmış: “Peyğəmbərlərin silahıyla silahlanın!” Həzrətdən “O nədir?” – deyə soruşulanda, deyərmiş: “Dua!” (Üsuli-Kafi, c. 4, səh. 214)

5. “Elə bir zaman gələr ki, afiyət və əmin-amanlıq on şeydə toplanar: onun doqquzu xalqdan aralanmaqda, biri isə sükutdadır.” (Tühəful-üqul, səh. 470)

6. “Allaha xoş niyyət bəslə ki, Allah da, ona belə ürək bağlayana mərhəmətli olar, az ruziyə qənaətbəxş olanın Allah da, kiçik əməlini bəyənər, az halal ruziyə qane olanın yükü yüngül, ailəsi nemət içində olar, dərdi və davasını ona göstərər, onu bu dünyadan sağ-salamat behiştə yola salar.” (Tühəful-üqul, səh. 472)

Nur-az.com/shia-news


1650 بازدید