Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Sentyabr 2015

Ayətəl kürsi və onun təsirləri

Allahum-məhfəz hədəqəti bihəqqi hədəqətəy Əli ibn Əbi Talib!
Cənab Zahidi məktublarının birində belə nəql edirdi:
Kərəminijadın xahişinə əsasən, dostlardan birinin Ayətullah Behcət haqqında nəql etdiyi bir əhvalatı sizin üçün yazıram. Ümidvaram bu əhvalat möminlərin ürəyincə olsun, inşallah.

“Qum elmi hövzəsinin fazil şəxslərindən Urumiyə şəhərindən olan Mirzə Yusif başına gələn qəribə bir əhvalatı mənim üçün danışaraq dedi: Bir-iki il olardı ki, təhsil almaq üçün Qum elmi hövzəsinə gəlmişdim. Çoxlu dərs və mütaliə nəticəsində gözlərim ağrımağa başladı. Artıq üzbəüzdəki şeyləri görə bilirdim. Yavaş-yavaş ağrılarım şiddətlənməyə başladı. Qum şəhərindəki göz həkimlərinin əlindən bir şey gəlmədiyinə görə məni Tehrana göndərdilər. Tehrandakı