Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Sentyabr 2015

Bu gün İmam Məhəmməd Təqinin (ə) şəhadət günüdür

İmam Cavadı (ə) elmi mübarizə meydanında məğlub edəcəklərini düşünüb, o Həzrətə çətin və dolaşıq suallar verirdilər
Doqquzuncu İmamın adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavad olmuş, hicrətin yüz doxsan beşinci ilində Mədinə şəhərində dünyaya gəlmişdir. Peyğəmbərin həyat yoldaşı olmuş Mariya Qibtiyyənin nəslindən hesab olunan Səbikə xanım əxlaqi dəyərlər baxımından yüksək mərtəbədə durur və öz dövrünün qadınlarının ən üstünü hesab olunurdu. İmam Cavadın (ə) atası vəfat edərkən təxminən səkkiz yaşı olmuş, iyirmi beş yaşında olarkən şəhadətə yetişmiş və Bağdadın Qüreyş qəbristanlığında babası İmam Kazimin (ə) məzarının yanında dəfn olunmuşdur. İmam Məhəmməd Təqi (ə) (İmam Cavad) İmam olduğu müddət ərzində iki Abbasi xəlifəsi ilə, yəni Məmun (193-218 h.q) və Mötəsimlə (218-227 h.q) bir dövrdə yaşamışdır. Adı çəkilən xəlifələrin hər ikisi o Həzrəti məcburi şəkildə Mədinədən Bağdada gətizdirmiş və Məmunun İmam Riza (ə) barədə icra etdiyi siyasəti davam etdirərək onu paytaxtda saxlamaqla nəzarət altına almışlar. Xeyir-bərəkətli bir təvəllüd İmam Riza əleyhissəlamın ailəsində və eləcə də, şiələr arasında İmam Cavad (ə) xeyir-bərəkətli bir uşaq kimi adlandırılmışdır. Bu barədə Əbu Yəhya Sənani deyir: “Bir gün İmam Riza əleyhissəlamın yanında idim. Bu vaxt o Həzrətin azyaşlı uşağı Cavad (ə) bizim yanımıza gəldi. İmam Riza (ə) buyurdu ki, şiələrimiz üçün ondan xeyir-bərəkətli bir uşaq dünyaya gəlməmişdir.” Qeyd etdiyimiz kimi İmam Cavad (ə) uşaq ikən İmamət məqamına yetişmiş ilk İmam olduğundan, o Həzrət bir sıra elmi müzakirələr təşkil etmiş və bəzi vaxtlar da həmin müzakirələr çox təntənəli şəkildə keçirilmişdir. Bu m