Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Sentyabr 2015

İmam Cavadın (ə) vüqar və mətanəti

Həqiqətən sən Rizanın oğlusan! Onlardan bu sayaq qeyri-adi işlər görmək təəccüblü deyil!
Deyirlər ki, imam Rizanın (ə) şəhadətindən sonra Məmun özünü paka çıxarmaq üçün imam Məhəmməd Təqiyə (ə) məktub yazıb ehtiram göstərərək yanına dəvət etdi. İmam Bağdada gəldi. İmam onunla görüşməmiş ova çıxdı. Yolda bir dəstə uşaqla rastlaşdı. Onlar yolun ortasında dayanmışdılar, imam Cavad (ə) da onlarla idi. Uşaqlar Məmunun dəstəsini görüb pərən-pərən düşdülər. İmam isə hərəkətsiz dayanmışdı. Nəhayət Məmun gəlib çatdı. O qarşısında dayanmış uşağın mətanətinə heyran qalıb soruşdu: “Nə üçün o birilər kimi yoldan çəkilmirsən?” İmam buyurdu: “Ey xəlifə! Yol dar deyil ki, kənara çəkilim! Günahım da yoxdur ki, səndən qaçım. Güman etmirəm ki, günahsızı cəzalandırasınız!” Uşağın sözləri Məmunu təəccübləndirdi. Uşağın hüsn-cəmalı onu özünə cəzb etdi. Soruşdu: “Adın nədir?” Həzrət buyurdu: “Adım Məhəmməddir!” Məmun soruşdu: “Kimin oğlusan?” Həzrət buyurdu: “Əli ibn Musa Rizanın oğlu!” İmamın adını eşidən Məmunun təəccübü bir anda aradan götürüldü. Öz əməlinə görə xəcalət çəkdi. İmamın pak ruhuna salam göndərib yoluna davam etdi. Səhraya çatanda bir quş görüb onun ardınca qızılquş uçurdular. Qızılquş bir müddət gözə dəymədi. O geri qayıdanda caynağında hələ də diri olan kiçik bir balıq vardı. Məmun gördüyü səhnədən təəccübləndi. Balığı əlinə alıb geri döndü. İmam Cavadla rastlaşdığı yerə çatdıqda yenə uşaqların pərən-pərən düşdüyünü gördü. İmam isə əvvəlki kimi yerində dayanmışdı. Məmun dedi: “Məhəmməd, əlimdəki nədir?” Həzrət buyurdu: “Allah bir çox dənizlər yaradıb. Buludlar həmin dəryalardan qalxır və özü ilə kiçik balıqları qaldırır. Padşahların qızılquşları onları ovlayır. Onlar həmin balığı əllərində tutub peyğəmbər ailəsini imtahana çəkirlər!” İmamın cavabından heyrətə gəlmiş Məmun dedi: “Həqiqətən sən Rizanın oğlusan! Onlardan bu sayaq qeyri-adi işlər görmək təəccüblü deyil!” (“Biharul-ənvar”, 5-91, bab 5, hədis 6)


1753 بازدید