Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Sentyabr 2015

İmam Cavadın (ə) vüqar və mətanəti

Həqiqətən sən Rizanın oğlusan! Onlardan bu sayaq qeyri-adi işlər görmək təəccüblü deyil!
Deyirlər ki, imam Rizanın (ə) şəhadətindən sonra Məmun özünü paka çıxarmaq üçün imam Məhəmməd Təqiyə (ə) məktub yazıb ehtiram göstərərək yanına dəvət etdi. İmam Bağdada gəldi. İmam onunla görüşməmiş ova çıxdı. Yolda bir dəstə uşaqla rastlaşdı. Onlar yolun ortasında dayanmışdılar, imam Cavad (ə) da onlarla idi. Uşaqlar Məmunun dəstəsini görüb pərən-pərən düşdülər. İmam isə hərəkətsiz dayanmışdı. Nəhayət Məmun gəlib çatdı. O qarşısında dayanmış uşağın mətanətinə heyran qalıb soruşdu: “Nə üçün o birilər kimi yoldan çəkilmirsən?” İmam buyurdu: “Ey xəlifə! Yol dar deyil ki, kənara çəkilim! Günahım da yoxdur ki, səndən qaçım. Güman etmirəm ki, günahsızı cəzaland