Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Sentyabr 2015

Şəhid Sədr Vəliyyi-Fəqihin səlahiyyətləri haqqında

Ayətullah Əşkuri ilə söhbət
Şəhid Ayətullah Seyid Məhəmməd Baqir Sədr bir istedad, elm hövzəsində parlaq ulduz adlandırıla bilər. Cənab Rəhbər Ayətullah Xamenei buyurur ki, o xariqüladə ustedada, misilsiz təlaşa malik idi. Bu xüsusiyyətlər ondan dərinbaxışlı bir mütəxəssis ərsəyə gətirmişdi. Nüfuzlu baxışı, axtarışda olan düşüncəsi hövzədə müxtəlif elm sahələrini əhatə edirdi. Bugünki rəngarəng dünyada böyük din mərcə alimi üçün lazım olan bütün xüsusiyyətlər onda vardı. Sözün yeni, düşüncəsi saf, əsəri qalarlı idi... Buna görə də Cənab Rəhbər onu nümunə adlandırır. Xüsusi ilə elm hövzələri, tələbə və alimlər üçün bir meyar göstərir. Khamenei.ir informasiya agentliyi şəhid Sədrin düşüncələrinə bir nəzər salıb. Bu məqsədlə Ayətullah Nurəddin Əşkuriyə müraciət edilib. O böyük şəhidin şagirdlərindəndir. Ayətullah Nurəddin Əşkuri hazırda şəhid Sədr araşdırma mərkəzinin rəisidir.

Sual: Şəhid Ayətullah Seyid Məhəmməd Baqir Sədrlə tanışlığınız və onun elmi baxışları barədə nə deyərdiniz?

Cavab: Bizim onunla tanışlığımız əvvəlcə təsadüf, sonra şəhid Sədrin böyük cazibəsi üzərində qurulub. Mən Nəcəf hövzəsində böyük ustad mərhum Ayətullah Şeyx Müctəba Lənkəraninin hüzurunda təhsilə məşğul idim. O ali səthli bir ustad idi. Mən Kifayə dərsləri oxuyurdum. Livanlı və səmimi dostlarımdan biri məndən xahiş etdi ki, mən Kifayə dərslərini fövqəladə xüsusiyyətlərə malik bir ustadın hüzurunda oxuyum. Mən ona dedim ki, Kifayə dərslərində çox yaxşı ustadım var. Başqa bir ustad sorağında olmadığımı söylədim. Cənab Müsəvinin həmin ustad barədə söylədikləri məni həmin ustadın dərslərinə rəğbətləndirmək üçün idi. Amma mən müqavimət göstərirdim. Cənab Müsəvi mənə dedi ki, əvvəllər həmin ustaddan Kifayə dərsi alırmış, sonra dərsi yarımçıq saxlayıb. Ona görə də hazırda yenidən həmin ustada müraciət edə bilmir. Məndən xahiş etdi ki, birlikdə ustada müraciət edək. Dedi sonra sən yenidən əvvəlki ustadının yanına qayıda bilərsən. Cənab Müsəvi ilə yaxın dost olduğumuzdan onun sözünü yerə salmadım, birlikdə mərhum şəhid Sədrin hüzuruna getdik. Onun hüzurunda dərs oxumaq istədiyimizi dedik. Mənim məqsədim sadəcə cənab Müsəvinin istəyini yerinə yetirmək idi. Dərsə qəbul olunandan sonra öz ustadımın yanına qayıtmaq fikrində idim. Amma elə ilk dərsdə Kifayənin ikinci cildinin tədrisində ustad məni elə cəzb etdi ki, çox böyük ustadları yadımdan çıxardım. Artıq kiminsə ondan üstün olmağı barədə düşünmürdüm. Düşünmürdüm ki, cənab Lənkərani, yoxsa Sədrin dərsi üstündür? Beləcə onunla tanış oldum. Bir qədər Kifayə oxuyandan sonra xaric kursu dərslərində iştirak etmək istədiyimi söylədim. Ayətullah Seyid Məhəmməd Baqir Həkim və başqa qardaşlarla birlikdə xaric kursu dərslərinə başladıq.

Sual: Şəhid Sədrin əxlaqi xüsusiyyətləri necə idi?

Cavab: Mənim onun xüsusiyyətləri haqqında deyəcəklərim həqiqət yox, dəryadan bir damla olacaq. Qeyd etmək istədiyim ilk xüsusiyyət onun fövqəladə istedadı idi. İstedadı başqa bir istedadla müqayisə etmək olmaz. O hansı sahəyə üz tuturdusa yenilik yaradırdı, təmin olunmayan ehtiyaclara cavab verirdi. Kəmiyyət baxımından o daha çox fiqh və üsul sahəsində çalışmışdı. Amma fəlsəfə sahəsində də fəaliyyətləri vardı. Cavabsız qalmış bir sıra sualları cavablandırmışdı. Təəssüf ki, onun fəlsəfi baxışları bir o qədər də yayılmayıb. Baxışlarının kiçik bir hissəsi fəlsəfə barədə kitabında yer alıb. Kəlam elmində də yenilikləri vardı. Onun bu sahədəki əsərlərini təkcə qərb dünyası yox, elm hövzələrində sonadək araşdırılmamış əsərlərdən hesab edirəm.
Onun şagirdlərlə rəftarı ayrıca bir mövzudur. Bu bir kiçik söhbətə yerləşdirmək çətindir. Bəzi nöqtələrə işarə edib keçirəm. Şəhid Sədr bütün vücudu ilə sevgi idi. Onun bütün fərdlərə, xalqın müxtəlif təbəqələrinə məhəbbəti vəsfə gəlməz. Vücudunda bir gerçəklik vardı. Bu süni bir xüsusiyyət deyildi. Şəhid Sədrin ikinci xüsusiyyəti təvazökarlığı idi. Bu onun zatına hopmuş bir xüsusiyyət idi. Təvazökarlığında sünilik yox idi. Sadə fəhlə, hətta uşağa elə hörmət göstərərdi ki, bunun hədd-hüdudu yox idi. Təvazökarlığı o qədər çox idi ki, biz adətən onun təvazökarlığına irad tutardıq. Biz ona çox yaxın idik. Təəssüf ki, onun böyük ruhunu dərk edə bilmirdik. Buna görə bəzən tənqid edirdik. Müxtəlif əxlaqi xüsusiyyətləri xariqüladə idi. Heç vaxt hiss etməzdin ki, şəhid Sədr özünü dahi sayır. Bu ilahi nemətə görə özünü başqalarından üstün saymırdı. Biz bu əxlaqi xüsusiyyəti İmam Xomeynidə (r) də görmüşdük. Doğrudan da bu böyük insanlar necə də sadə idilər.

Sual: Şəhid Sədrin məsum imamların həyatı barədə araşdırmaları haqqında nə deyə bilərsiniz? Onun nəsə yeni bir sözü vardı?

Cavab: Bildiyiniz kimi, məsum imamların dövrləri fərqlidir. Əmirəlmöminin (ə) Həzrət Peyğəmbərin (s) dövründə şücaətli və fədakar bir insan kimi tanınırdı. Xəlifələrin dövründə o boğazında sümük qalmış bir şəxs kimi səbr edir. Öz xəlifəliyi dövründə ədalətli bir hakimdir. Biz deyə bilərik ki, üç əmirəlmöminin olub? İmam Həsən (ə) Müaviyə ilə sülh etdi, İmam Hüseyn (ə) Yezidə qarşı qiyam qaldırdı. Onlar arasında fərq var? Əgər onları fərqli saysaq Peyğəmbərin (s) Həsən (ə) və Hüseyn (ə) haqqında buyuruqlarına zidd olar. Aydın olur ki, böyük imamlar sadəcə fərqli cilvələrə malik olublar. Zahirə baxdıqda onların rəftarları arasında fərq görünür. Təəssüf ki, bu günə qədərki araşdırmalar bütün imamların fərqli dövrlərini kompleks şəkildə əhatə etməyib. Yalnız şəhid Sədr bu mövzuda dəyərli araşdırmalar aparıb. Xüsusi ilə bizim dövrümüzdə bu araşdırmalar dəyərli olub.
Sual: Onun baxışları barədə xülasə nə deyə bilərsiniz?
Cavab: Sualınızı cavablandırmazdan öncə bir nöqtəni yada salım. Şəhid Sədrin bu mövzüda 9 söhbəti “Əhli-Beyt (ə), müxtəlif dövrlər və vahid məqsəd” adı altında çap olunub. Şəhid Sədrin nəzərincə, Həzrət Peyğəmbərin (s) 23 illik risalət dövründə İslam mədəniyyətini hakim etmək imkanı olmayıb. Peyğəmbər (s) belə bir imkana malik olmayıb ki, seyr-süluk, əxlaq baxımından bir nəsil tərbiyə etsin. Bu 23 ildən 13 ilini Məkkədə ağır şəraitdə keçirib, Mədinədə olduğu 10 ildə daha çox müharibələr, münafiqlərin fitnələri ilə mübarizə aparıb. Buna görə də Həzrət Peyğəmbər (s) dünyasını dəyişəndən sonra insanlar risalət yolundan çıxdılar, azsaylı insan bu yolda qaldı. Şəhid Sədr bu şəraiti nəzərə almaqla imamların rəftarlarını araşdırır.
O İslam tarixi üçün 4 mərhələ qeyd edir. Yalnız üçüncü mərhələdə İmam Sadiq (ə) məzhəbin bünövrəsini qoyur. İmam Sadiqin (ə) dövründə İslamın gəlişindən 1 əsrə yaxın vaxt ötmüşdü. Amma necə namaz qılmaq, necə dəstəmaz almağın əlifbası öyrədilirdi. Görün imamlar nə qədər çətinlik çəkib! İş olduqca mürəkkəb olub. Hər dövrün öz çətinlikləri olub. Dördüncü dövr isə qeybə hazırlıq dövrüdür.

Sual: Şəhid Sədr iqtisadiyyatdan danışarkən sabit və dəyişkən olmaqla iki mövzuda söhbət açır. Bu barədə nə deyə bilərsiniz?

Cavab: O iqtisadiyyat kitabında sabit və dəyişkən olmaqla iki ehtiyacdan danışır. Məskən, ailə qurmaq, nəslin davamı bəşəriyyətin sabit ehtiyaclarındandır. Təbii ki, İslam şəriətində bu ehtiyacların hüdudları və xüsusiyyətlərini müəyyənləşdirən hökmlər olmalıdır. Demək hökmlər həm sabit, həm dəyişkən ola bilər. Sabit hökmlər məşhur rəvayətlərdə açıqlanıb. Rəvayətlərdə bildirilir ki, qiyamət gününə qədər Həzrət Məhəmmədin (s) halalı halaldır, haramı da haramdır. Dəyişkən hökmlər isə insanların dəyişkən ehtiyaclarının təmini üçündür. Sual oluna bilər ki, əgər dəyişirsə, necə hökm adlandırılır? Şəhid Sədr cavab verir ki, dəyişkən hökmlərin təyinini şəriət Vəliyyi-Fəqihin ixtiyarına verib. Vəliyyi-Fəqih bəşəriyyətin ehtiyaclarının təmini üçün dəyişkən hökmlər verir. Burada iki nöqtə araşdırılmalıdır. Biri Vilayəti-Fəqihin çevrəsi, onun hansı çərçivədə hökm çıxarmasıdır. Onun hökmü fiqhi yox,