Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Sentyabr 2015

Allah və Onun Peyğəmbəri müşriklərdən üz çevirmişlər!

Daxili amillərin və xarici düşmənlərin təhdidlərini dəf edən amil
Həcc daim axan çay və böyük ilahi nemətdir. Müsəlmanlar üzərlərindəki əziyyət və məşəqqət tozunu, çirkab və xəstəliklərini həmişə onda təmizləyə və bu əbədi ehtiyatın köməyi ilə sözügedən iki zəif cəhəti hər zaman özlərindən uzaqlaşdıra bilərlər. Həcdə təqva, zikr, qəlbin hüzuru və Haqq-Taalaya diqqət və təzim elementi birinci təhdidlə mübarizəni, böyük İslam ümmətinin birliyi, əzəmət və qüdrət hissi isə ikinci təhdidlə mübarizəni öhdəsinə götürür. Həcdə bu iki cəhət nə qədər gücləndirilsə, müsəlmanların və İslam cəmiyyətlərinin həmin iki təhdid qarşısında duruşu və mühafizəsi də güclənəcək. Bu iki cəhətdən biri, yaxud hər ikisi nə qədər zəifləsə və ya sıradan çıxsa, İslam ümməti - istər fərdlər, istər xalqlar və ölkələr bir o qədər ziyan görəcəklər.
İslamın müqəddəs şəriətində və Qurani-kərimdə həccin hər iki cəhətinə toxunulmuş, görən gözlər və insaflı qəlblər üçün şübhə yeri saxlanmamışdır. "Həcc mərasimini tamamlayıb qurtardıqda ata-babalarınızı yada saldığınız kimi, ondan da artıq Allahı yad edin!" fərmanının kənarında "Allahdan və Onun Peyğəmbərindən böyük həcc günü insanlara bir bildiriş: Allah və Onun Peyğəmbəri müşriklərdən üz çevirmişlər" əmri gəlmiş və "Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır. Allah sizi doğru yola yönəltdiyi üçün Onu uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Məhəmməd!) Yaxşılıq (ehsan) edənlərə müjdə ver!" hikmətli və şərafətli cümləsinə uyğun olaraq ümidverici "Belə ki, öz mənfəətlərinin şahidi olsunlar" nəğməsi nazil olmuşdur.
Bu iki cəhətin hər hansı birini zəiflətmək, yaxud kənara qoymaq məqsədi ilə edilən hər bir tövsiyə, təbliğat və səy Qurani-kərimin ayə və fərmanlarına qarşı çıxmaqdır.
İslam ümməti üçün heç bir ziyan müsəlmanların və bütün bəşəriyyətin əbədi həyat ehtiyatı olan İslam təlimlərinin onların dini və siyasi rəhbərləri tərəfindən unudulmasından və xalqın ondan istifadə imkanının alınmasından ağır ola bilməz.
Həcc bu əbədi ehtiyatlardan biridir. Onu yaxşı tanımaq və İslam ümmətinə ondan daha çox istifadə imkanı yaratmaq bütün müsəlmanların borcudur.

Ayətullah Xamenei

Vilayet.nur-az.com


2164 بازدید
در حال ارسال اطلاعات...