Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Sentyabr 2015

Allah və Onun Peyğəmbəri müşriklərdən üz çevirmişlər!

Daxili amillərin və xarici düşmənlərin təhdidlərini dəf edən amil
Həcc daim axan çay və böyük ilahi nemətdir. Müsəlmanlar üzərlərindəki əziyyət və məşəqqət tozunu, çirkab və xəstəliklərini həmişə onda təmizləyə və bu əbədi ehtiyatın köməyi ilə sözügedən iki zəif cəhəti hər zaman özlərindən uzaqlaşdıra bilərlər. Həcdə təqva, zikr, qəlbin hüzuru və Haqq-Taalaya diqqət və təzim elementi birinci təhdidlə mübarizəni, böyük İslam ümmətinin birliyi, əzəmət və qüdrət hissi isə ikinci təhdidlə mübarizəni öhdəsinə götürür. Həcdə bu iki cəhət nə qədər gücləndirilsə, müsəlmanların və İslam cəmiyyətlərinin həmin iki təhdid qarşısında duruşu və mühafizəsi də güclənəcək. Bu iki cəhətdən biri, yaxud hər ikisi nə qədər zəi