Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Sentyabr 2015

Sabiq Ərəbistan kralı Corc Vaşinqtonun məzarı üstə təbərrük ardıncadır!

Mübarək “Bəqi” qəbristanlığını müsəlmanların üzünə bağlayan vəhabilər Corc Vaşinqtonun qəbrini görün necə ziyarət edirlər
Bu yaxınlarda Amerika tədqiqat mərkəzlərindən biri tərəfindən yayılan məlumatda Ərəbistanın sabiq kralı Məlik Səudun (Məlik Salmanın qardaşı) vəliəhd olduğu vaxt 1947-ci ildə Amerikaya səfərində heyətilə bərabər böyük təvazökarlıqla Corc Vaşinqtonun məzarını ziyarət edərək üzərinə gül buketi təqdim etdiyi ifşa edilib.
Maraqlıdır, təkfir və terrorizmin banilərindən olan Məlik Səudun bu rəftarı 22 il əvvəl (1925) Ərəbistanın saray müftiləri tərəfindən “Bəqi” qəbiristanlığında məsum İmamların, Peyğəmbərin (s) əmisi və digər böyük səhabələrin ziyarətgahlarının uçurulması və onlara yaxınlaşmağın qadağan edilməsinə dair fətvaları ilə necə də, üst-üstə düşür!? Bu hökm Ali-Səud tərəfindən hələ də, böyük qətiyyətlə qüvvədə qaldığı, heç bir müsəlmana Peyğəmbərin (s) müqəddəs qəbrinə yaxınlaşmağa, onun qarşısında durmağa icazə verilmədiyi, şirk və s. adlarla ittihamlandığı halda, bu mürtəce rejimin kralları və kral oğullarının İslamın ən qatı düşmənlərinin evində banilərini ziyarət etmələri, görüşləri, bu ölkədə qoyduqları milyardlara bərabər investisiyaları, banklarındakı saysız-hesabsız balanslarına dair fitnəkarlıqları haqda gərək böyük bir əsər yazılsın...
Cahil, nadan vəhhabiləri qandırmağa vaxtımız olmasa da, münsif insanları, obyektiv düşüncə sahiblərini qane etməyə dəyər.

Nur-az.com/shia-news


1933 بازدید