Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Sentyabr 2015

Məkkəyə daxil olan kimi ümumi sülh elan etdi!

Peyğəmbər (s) müsəlmanların arasında azca düşmənçilik olmasını istəmir
Əziz Peyğəmbər (s) İslam cəmiyyətində və müsəlmanların arasında azca kin, ədavət və düşmənçiliyin olmasını da istəmir. O, xalq arasında sevgi və səmimilik yaratmağa çalışırdı. Hətta İslamın dairəsi genişləndikdə və əziz Peyğəmbər (s) Məkkəni tutduqda da o şəhərin əhalisini əfv etdi. Məkkə əhalisi Peyğəmbəri (s) öz şəhərlərindən qovan şəxslər idilər. Peyğəmbər (s) həmin Məkkə əhalisinə görə on üç il narahatlığa və əziyyət çəkmişdi, sonra da onlarla bir neçə müharibə aparmışdı. Nə qədər müsəlman öldürmüşdülər və qarşılığında müsəlmanlar da onlardan öldürmüşdülər. Əgər onların bu vəziyyətdə Allah Rəsulunun (s) qalib ordusuna ev sahibliyi etmələri qərarı alınsaydı, uzun illərə qədər bunların arasında sülhün yaranma imkanı mövcud olmayacaqdı. Buna görə Peyğəmbər (s) Məkkəyə daxil olan kimi ümumi sülh elan etdi. Buyurdu ki, mən sizin hamınızı azad və əfv etdim. O, Qüreyşi əfv etdi və məsələ bitdi.

Ayətullah Xamenei

Vilayet.nur-az.com


720 بازدید
در حال ارسال اطلاعات...