Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2014

Möminə hörmətsilik

Məhəmməd ibn Sənan deyir: İmam Rizanın (ə) hüzurunda idim, İmam mənə buyurdu: Ey Məhəmməd, Bəni-İsrail tayfasında  4 mömin vardı. Bir gün onlardan biri o birinin evinə gedir, o biri iki nəfər də orada idi. Evin qapısını döyür. Qapı səsinə qulam qapıya gəlir. Ağasının harada olduğunu ondan soruşur.
Qulam deyir: Evdə yoxdur. Mömin evinə qayıdır.
Qulamın sahibi onun yalan danışmasına göz yumur və onu məzəmmət etmir. Evdə olan iki nəfər də bu hadisədən narahat olmadan söhbətlərinə davam edirlər.
Həmin günün səhərisi həmin mömin o üç nəfərin yanına gedir. Onlardan birinin bağına getmək istəyirdilər. Salam verib deyir: “Mən də istəyirəm sizinlə gəlim.”
Beləliklə, onlarla birlikdə bağa gedirlər. Bu mömin kişi ehtiyaclı və aciz olduğundan üç nəfər keçən günki hadisəyə görə ondan üzürxahlıq etmirlər.
Bir az yol getdikdən sonra bulud başlarının üstünü alır. Elə bilirlər ki, yağış yağacaq. Elə bu vaxt bir səs eşidilir: Ey atəş, bunları öz ağuşuna al. Mən Allahın göndərdiyi Cəbrailəm. Bundan sonra alov o üç nəfəri bürüyür. Kamil mömin isə alovdan kənarda qalır və bu hadisəyə təəccüblə baxır.
Bu hadisədən sonra mömin kişi şəhərə qayıdır və o zamanın peyğəmbəri olan həzrət Yuşə ibn Nunun yanına gedir və hadisəni ona danışır!
Peyğəmbər buyurur: “Məgər bilmirdin ki, Allah onlardan razı idi, amma sonradan onlara qəzəbləndi. Onların başına gələnlərin hamısı sənə etdikləri əməlin cəzası idi.”
Ərz edir: “Məgər onlar mənə qarşı nə pis əməl ediblər?”
Yuşə peyğəmbər hadisəni ona danışır.
Mömin deyir: “Mən onları bağışlayıram.”
Buyurdu: “Bu əfv və bağışlama əzabdan qabaq olsaydı onlara faydası olardı. Əzabdan sonra faydası yoxdur. Ola bilsin bundan sonra bağışlanalar.”

Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov


1484 بازدید
در حال ارسال اطلاعات...