Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2014

Möminə hörmətsilik

Məhəmməd ibn Sənan deyir: İmam Rizanın (ə) hüzurunda idim, İmam mənə buyurdu: Ey Məhəmməd, Bəni-İsrail tayfasında  4 mömin vardı. Bir gün onlardan biri o birinin evinə gedir, o biri iki nəfər də orada idi. Evin qapısını döyür. Qapı səsinə qulam qapıya gəlir. Ağasının harada olduğunu ondan soruşur.
Qulam deyir: Evdə yoxdur. Mömin evinə qayıdır.
Qulamın sahibi onun yalan danışmasına göz yumur və onu məzəmmət etmir. Evdə olan iki nəfər də bu hadisədən narahat olmadan söhbətlərinə davam edirlər.
Həmin günün səhərisi həmin mömin o üç nəfərin yanına gedir. Onlardan birinin bağına getmək istəyirdilər. Salam verib deyir: “Mən də istəyirəm sizinlə gəlim.”
Beləliklə, onlarla birlikdə bağa gedirlər. Bu mömin kişi ehtiyaclı və aciz olduğundan üç nəfər keçən günki hadisəyə görə ondan üzürxahlıq etmirlər. <