Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Sentyabr 2015

İmam Əli (ə) Cənnət və Cəhənnəmi ayırandır

Əlinin dostu Allahın dostu, düşməni isə Allahın düşmənidir
Əmirəlmömininin (ə) on üç fəziləti

Cabir ibn Əbdüllah Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Əlidə (ə) bir sıra fəzilətlər var ki, əgər onların biri sair insanlarda olsa onlara bəs edər. Bunlar aşağıdakılardır:

1. Hər kəsin rəhbəri mənəmsə Əli də onun rəhbəridir.
2. Əlinin mənə nisbəti Harunun Musaya olan nisbəti kimidir.
3. Əli məndəndir, Mən də Əlidən.
4. Şəxsən mənim öz yerimdədir–ona itaət mənə itaətdir, ona itaətsizlik mənə itaətsizlikdir.
5. Əli ilə müharibə Allahla müharibə, onunla sülh Allahla sülh deməkdir.
6. Əlinin dostu Allahın dostu, düşməni isə Allahın düşmənidir.
7. Əli Allahın höccəti və bəndələri arasında Onun canişinidir