Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Sentyabr 2015

Niyə sübh namazı aydın səslə qılınır?

Başqalarının yuxusunu pozmamaq üçün astadan qılmağın nə eybi var?
Çox vaxt bu məsələdə tez-tez belə sualların şahidi oluruq: Sübh namazını hündürdən qılmaq nə deməkdir və nə qədər yuxarı olmalıdır? Başqalarının yuxusunu pozmamaq üçün astadan qılmağın nə eybi var? Ümumiyyətlə, hündürdən qılmaq vacibdirmi? Mən istəyirəm ki, başqaları mənim namaz qıldığımı hiss etməsinlər. Bu, fikrimi toplamağa kömək edir…

Qısa cavab:


Namazda vacib olan məsələlərdən biri sübh, məğrib və işa namazlarının həmd və surələrinin yüksəkdən deyilməsidir. Əlbəttə, səsin tonu o qədər yüksək olmamalıdır ki, qışqırıq həddinə gedib çıxsın. Burada səs tonunun aydın şəkildə eşidilməsi nəzərdə tutulur və bunun başqalarına əziyyət verəcəyini demək olmaz.
Geniş cavab:
Yuxarıda qeyd edildiyi kimi, adı çəkilən namazlarda birinci və ikinci rəkətlərdə həmd və surələr yüksəkdən deyilməlidir. Fəqihlər və mərcə təqlidləri bu məsələdə qeyd edirlər ki, sübh, məğrib və işa namazlarının həmd və surələrinin yüksək tonla deyilməsi kişiyə vacib, zöhr və əsr namazlarının həmd və surələrinin alçaq tonla (pıçıltıya bənzər qulaq eşidəsi həddə) deyilməsi isə həm kişiyə, həm də, qadına vacib sayılır. Bu hökmü nəzərə alaraq, deməli, həmin namazlarda bu göstərişlər qəti və vacib şəriət buyruğu sayılır. Odur ki, təqlid edən şəxsin hökmü bilmədən və ya səhvən onu düzgün yerinə yetirməməyinə güzəşt edilərək namazı səhih sayılır, hətta hələ qiraətini qurtarmayıb, öz səhvini anladığı surətdə də, geri qayıdıb, təkrar etməyinə ehtiyac olmadığı və ardını düzgün qayda üzrə riayət etməyi bildirilir. Amma hökmü bilərək hər iki halda (yüksək tonla, yaxud aşağı tonla deyilməli olan hallar) qəsdən pozanların isə namazları batil hesab edilir.
Səsin uca miqdarı:
Səsin alçaq tonu bir qayda olaraq hamıya rahat anlaşılan məsələdir və bu səsin aydın ifadə olunmamağına deyilir. Amma yüksək tona gəldikdə isə onun normal danışıq həddə aydın ifadəsi və eşidilməsi nəzərdə tutulur və bu da, qışqırıq formasına qalxmamalıdır ki, o zaman yenə batil hökmünü daşıyacaqdır. Buna əsasən, namaz qılan şəxs onu heç kəsin diqqətini cəlb etmədiyi hər hansı məkanda qıla bilər və bu səs tonu, adətən, kiminsə əziyyət və narahatçılığına səbəb olmur.
Sonda onu da qeyd edək ki, dinin hər bir hökm və ayini üçün müəyyən ölçü çərçivəsindəki hikmət və fəlsəfəsi idrakımızdan xaric olsa da, gərək bəndəlik vəzifələrini hiss edərək olduğu kimi riayət edilsin.
Mətndə qeyd edilən hökm və şəri göstərişlər mərhum İmam Xomeyninin “Tozih əl-məsail” əsərindən iqtibas edilib.
Nur-az.com abna.ir-a istinadən:
Suriyadan əldə edilən son məlumatda bu gün səhər terroristlərin İdlib vilayətindəki Kəfərya və əl-Fuə məntəqələrinə hücumu böyük məğlubiyyətlə başa çatıb. Aralarında çeçen və özbək vətəndaşları olan bu qruplar ağır raket və minaatanlarla Müqavimət qüvvələrinin bu məntəqədəki sıralarını parçalamaq niyyətində olsalar da, şiddətli müqavimətlə qarşılaşıblar. Bu hücumun, nəhayət, terrorist qruplara böyük xəsarətlə nəticələndiyi – 100-ə yaxın üzvünü itirdiyi, çoxlu sayda yaralıya məruz qaldığı və geri çəkildikləri bildirilir. Əl-Məyadin kanalının yaydığı məlumatda dövlət qoşunları və Müqavimət qüvvələri bundan sonra onlara daha ağır zərbələr endirəcəklərini qeyd ediblər. Halbuki ötən cümə axşamından başlanaraq 400-dən çox raket və mina zərbələrinə məruz qalan bu məntəqələr terrorist qrupları üçün heç bir müvəffəqiyyət kəsb etməyib.
40 mindən çox şiə sakini olan bu məntəqələr altı aya yaxındır ki, təkfirçi-terrorist qüvvələrin mühasirəsindədir və ora azuqə, yanacaq və dərman məmulatı çatdırılmasına böyük maneə törədirlər.


2219 بازدید
در حال ارسال اطلاعات...