Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Sentyabr 2015

Müharibə veteranları ilə görüş

Cənab Rəhbər əlil veteranların xanımlarının səbrini fədakarlıq, cihad adlandırdı
Məqəddəs Müdafiə həftəsinin yaxınlaşdığı bu günlərdə, bu gün səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei onurğa sütununun zədələnməsi nəticəsində iflic olmuş, eyni vaxtda iki gözünü və ətraflarından bir, yaxud ikisini itirərək sağlamlığının 70 faizindən məhrum olmuş müharibə veteranları, həmçinin onların ailə üzvləri ilə yaxından görüşüb, səmimi bir atmosferdə onlardan hal-əhval tutdu. Görüş iki saat yarıma yaxın müddət ərzində davam etdi.

Veteranlar və onların ilə üzvləri ilə görüşdükdən sonra qısaca nitq söyləyən Ali Məqamlı Rəhbər veteranların çəkdiyi fiziki ağrı-əzablara toxunaraq bildirdi ki, bu çətin sınağa görə onların əcri ikiqat artıqdır və günü-gündən artır. O, əlavə etdi: “Əlil veteranlar İran xalqının Müqəddəs Müdafiə dövründə üzləşdiyi böyük imtahanın mənzərəsini göz önündə canlandırırlar. Onların cəmiyyət arasında varlığı əslində bir çox dini, tarixi, siyasi və beynəlxalq həqiqətlərin carçısıdır”.

O vurğuladı: “Əlil veteranlar bir yandan Səddam Hüseynə dəstək vermiş böyük dövlətlərin cinayətlərini bəyan edir, digər tərəfdən isə belə aliməqam insanları yetişdirərək cəbhələrə göndərməyi bacarmış İmam Xomeyninin (r.ə) və İslam İnqilabının əzəmətini çatdırır”.

Ali Məqamlı Rəhbər bildirdi ki, əlil olmuş müharibə veteranlarının xanımlarının səbri, onların öz əlil həyat yoldaşlarının xidmətində durmağın çətinlik və əziyyətinə dözməsi həqiqi fədakarlıq, cihad və qəhrəmanlıqdır. O, veteranların xanımlarına, övladlarına və yaxınlarına bu böyük mənəvi sərvəti qoruyub ondan muğayat olmağı tövsiyə etdi.

Ali Məqamlı Rəhbərin çıxışından öncə vəli-fəqihin nümayəndəsi, Şəhid və Veteranlar Fondunun direktoru Höccətül-İslam vəl-muslimin Şəhidi Məhəllati rəhbərlik etdiyi qurumun veteranlara və şəhid ailələrinə göstərdiyi xidmətlər haqda məlumat verərək dedi: “Müharibə veteranlarını yüksək qiymətləndirmək cəmiyyətə nümunə olmuş, beynəlxalq arenadakı hegemon qüvvələrə qarşı mübarizəni mücahidlərə öyrətmiş qəhrəmanları yüksək qiymətləndirmək deməkdir”.

Həmçinin Keşikçi Korpusun baş komandanı general-mayor Cəfəri də müharibə veteranlarına həsr olunmuş ikinci ümummilli konqresin keçirildiyini qeyd edərək aşağıdakıları vurğuladı: “Müharibə veteranı adı qazanmaq şərəfinə nail olmuş fədakar döyüşçülər İslam İnqilabının və onun nailiyyətlərinin keşiyində durmaq kimi mühüm və həssas bir məsuliyyətə heç vaxt başa çatmış bir iş kimi baxmamışlar və müxtəlif sferalarda böyük əzmlə öz missiyalarını yerinə yetirirlər”.

Leader.ir


1100 بازدید
در حال ارسال اطلاعات...