Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Sentyabr 2015

Həzrət Əlidən (ə) nəsihətli kəlamlar

Camaatla düşmənçilik etməkdən çəkinin. Əgər düşmən ağıllı olsa məkr və hiyləyə əl atar. Yox əgər nadan olsa ləyaqətsiz işlərə əl atar
İmam Əli (ə) buyurur: “İnsanların amanda qalmasının iki yolu var; biri Peyğəmbərdir (s) ki, əldən çıxıb, digəri isə tövbə və istiğfardır ki, hələ də əldədir.”

Əmirəlmöminin Əli (ə) buyurub: “Peyğəmbər (s) sünnəsi iki növdür. Biri dinin vacibatlarıdır ki, hər kəs onlara əməl etsə hidayət olar və hər kəs də onlardan əl çəksə zəlalətə uğrayıb yolunu azar. Digəri isə müstəhəbbi əməllərdir ki, onlara əməl etmək savabdır. Lakin tərk olunması günah deyil.”

İmam Məhəmməd Baqir (ə) buyurub: “Bəsrə şəhərindən bir nəfər həzrət Əlinin (ə) hüzuruna gəlib ondan mömin dostlar və qardaşların hüquqları barədə soruşdu. Həzrət (ə) buyurdu: “Dost iki cürdür; xalis və həqiqi, səthi və zahiri. Həqiqi və xalis dost müxtəlif hadisələr müqabilində möhkəm bir pəncəyə bənzəyir. Belə adamlar insandan ötrü qol, qanad, ailə, var-dövlətdir. Əgər hər hansı bir dosta etibar edib ona arxayın oldun, öz can və malından onun yolunda fəda etməkdən çəkinmə. Dostluq elədiyi kəslərlə sən də dost ol, düşmən olduğu kəslərlə də düşmən ol. Eyiblərini və sirlərini gizli saxla. Gözəllik və yaxşılıqlarını zahir et. Lakin, bil ki, belə insanlar qırmızı yaqut kimi nadirdirlər.
Səthi və zahiri dosta gəldikdə isə ondan uzaq gəzmə. Lakin, öz daxilində olan gizli sirləri də onun üçün açma. Sən də ondan ötrü onun sənin üçün olduğu kimi şirindil və gülərüzlü ol.”

Həzrət Əli (ə) buyurub: “İki şey insanları həlak edib; yoxsulluqdan qorxmaq, fəxr və öyünmək arzusu.”

Əmirəlmömini (ə) yenə buyurub: “İki kəs mənim belimi qırıb: Fasiq və dilli-dilavər alim, işi-peşəsi ibadət olan cahil. Biri dili ilə günahının üzərini örtür, digəri isə ibadəti ilə cəhalətinin. Alimlər arasında olduğunuz zaman fasiqdən, abidlər arasında cahildən uzaq gəzin. Lakin təəssüf ki, qafil insanlar bunlara tez aldanırlar. Peyğəmbər (s) buyurub: “Ey Əli! Bu ümmətin məhvi dilli-dilavər münafiqlərin əli ilə olacaq!”

İmam Əli (ə) öz övladlarına buyurub: “Camaatla düşmənçilik etməkdən çəkinin. Əgər düşmən ağıllı olsa məkr və hiyləyə əl atar. Yox əgər nadan olsa ləyaqətsiz işlərə əl atar. Axmaq insanlarla ağız-ağıza verməyin. Çünki onların danışığı erkək, onlara verilən cavab isə dişidir. Elə ki, bir-birinə yetişdilər, ədavət və kin doğular.


2037 بازدید
در حال ارسال اطلاعات...