Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Sentyabr 2015

İmperialist müharibələr əsri

Ariel Şaron: Biz Amerikanın cilovunu çəkərik!
Qərb ölkələrinin darvazaları axrasında saxlanılmış qaçqınlar fəryad çəkir: “Bizim ölkəmizə gətirdiyiniz viranlıq səbəbindən buraya gəlmişik. İndi öz vətəninizdə bizim vəziyyətimizə çarə qılmalısınz!”
Fars informasiya agentliyi Ceyms Pyatrasın “İmperialist müharibələri əsri” məqaləsini təqdim edir.
2015-ci il təhlükəli bir həyat ilinə çevirildi. Bütün dünya boyu müharibələr genişlənməkdədir. Zaman ötdükcə daha çox ölkələr müharibə coğrafiyasına daxil olur, bombalanır, əvvəlki müharibələr isə daha da şiddətlənir.
Nisbətən dinc həyata doğru dəyişikliklər yaşayan, son seçkilərdə sülhə doğru gedən ölkələr daxili müharibə astanasındadır. Bu müharibələrdə udan yoxdursa da, uduzanlar çoxdur. Bu müharibələr başa çatmır. Bu müharibələrdə imperialist işğalı uzunmüddətli müqavimətlə üzbəüzdür.
Müharibəyə görə ölkəsindən qaçqın düşənlər bütün dünyaya yayılmaqdadır. Onları buna vadar edən imperialist qüvvələrin amansız hücumlarında ev-eşiklərinin viran qalması, təhqir olunmaları, hətta cinayətkar adalandırılmalarıdır.
İndi Avropa və Asiyanın nüvə ölkələri baş-başa gəlib. NATO Rusiyaya qarşı, Amerika Çinə qarşı, bu qan dalğaları, ağılsız müharibələr dayandırılacaqmı?
Heç şübhəsiz ki, müharibələr və hərbi əməliyyatlar diplomatiyanın, müzakirələrin, demokratik seçkilərin yerini tutmuşdur. Bir növ problemlərin hərbi yolla həlli variantı seçilmişdir. 2015-ci ildə müharibələr sərhədlərə qədər uzanmış və şiddətlənmişdir.
NATO müttəfiqləri, Amerika, Türkiyə, Avropa Birliyi ölkələri açıq şəkildə Suriyanı bombalayır. Ölkənin viran qalmış şimal hissəsi işğal olunub. Elə bir vəziyyət yaradıblar ki, Ərdoğan rejimi həmin məntəqəni bufer məntəqəsi adlandırır. Əslində bu məntəqənin yaşayış məntəqələri boşalmışdır.
Türkiyə dövləti İŞİD-lə mübarizə bəhanəsi ilə dinc və özünü müdafiə edən kürdləri bombalayır. Eyni zamanda onların Suriyalı müttəfiqləri hədəfə alınır. Suriyanın cənub sərhəddində İordaniyada yerləşən Amerika qüvvələri əməliyyatlar aparır. Onların əməliyyatları muzdur terroristlərin xeyrinədir. Bu əməliyyatların xərcini Fars körfəzinin monarxları təmin edir.
4 milyon nəfərə yaxın suriyalı hazırda qaçqın vəziyyətindədir. Amerika avropalı və ərəb müttəfiqləri ilə ələlə verərək Turkiyəni də əməliyyatlara qatmaqla Suriya xalqına qarşı apardığı müharibədə 200 min nəfərə yaxın insanı qətlə yetirib.
Minlərlə terrorçu Suriya ərazisində möhkəmlənərək imeprialistlərin ardıcıl himayəsindən faydalanır. Onlar ölkənin infrastrukturlarını dağıdır, iqtisadiyyatını məhv edir, mədəniyyət abidələrini viran qoyurlar. Amerikanın Turkiyə və digər müttəfiqləri ilə qızışdırdığı müharibə alovu İraq, Livan ərazilərinə də keçib.
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri koalisiya yaradaraq Yəmənə hücum etdi. Havadan müdafiə sistemi olamayan bir ölkəni bombalamağa başladılar. Böyük və kiçik şəhərlər xaraba qoyuldu. Səudiyyə Ərəbistanının ordusu Yəməndə dinc əhalini hədəfə alır. Ölkə havadan bombalanır, dənizdən mühasirəyə alınıb. Ölkə ciddi böhran yaşayır. 10 milyon yəmənli acılıqla üzləşib. Bütün bu müharibənin əsas səbəbi ölkədən qaçmış əlaltı prezidentin yenidən hakimiyyətə qaytarılmasıdır.
Yəmən müqavimət qüvvələri ölkənin böyük şəhərlərindən çıxarılıb. Onlar Səudiyyə qüvvələri və onların marionet müttəfiqlərinə qarşı partizan müharibələri aparır. Artıq müqavimətin də əməliyyatları Yəmən sərhədlərini aşaraq Səudiyyə Ərəbistanına keçir.
İşğalçı və rəhimsiz İsrail əsgərləri işğal olunmuş ərazilərdə yerləşdirilmiş silahlı yəhudi sakinlərlə ələlə verərək fələstinlilərə təzyiqləri gücləndirir. Fələstində soyqırımı aparılır. Yerli əhali tədricən yaşadığı məntəqədən sıxıştırılıb çıxarılır, həmin ərazilərdə yəhudilər məskunlaşdırılır.
Yerdən, havadan, dənizdən mühasirəyə alınmış, böyük həbsxanaları xatırladan Qəzzədə viran qalmış evlərin, məktəblərin, xəstəxanaların, müəssisələrin bərpasına imkan verilmir. Qəzzə zolağı İsrailin ardıcıl hücumları nəticəsində xarabaya çevirilib.
Fələstin ərazilərinin işğalı, bu ərazilərin fələstinlilərdən təmizlənməsi problemlərin diplomatik həllinə heç bir yol qoymayıb. İmperialist müharibələr artıq İsrail və onun müttəfiqləri üçün bir strategiyaya çevirilib. İşğalçı İsrail rejimi öz ərəb qonşuları ilə yalnız hərb dilində danışır.
Amerika və onun müttəfiqlərinin müdaxilələri nəticəsində Afrikada qızışan müharibə alovu sönmək bilmir. Afrika hər gün daha çox zorakılığa məruz qalır. Amerikanın himayə etdiyi muzdur rejimlər Somali, Sudan, Kenya, Liviyanı dözülməz bir duruma gətirib. Hiyləgər siyasətlər nəticəsində müqavimət qüvvələri, milli qüvvələr parçalanaraq qarşı-qarşıya qoyulub.
Şimali Afrika, Səhra məntəqəsində Amerika və Avropa Birliyinin himayə etdiyi muzdur rejimlər bütün problemləri silahla həll edir. Liviya, Nigerya, Misir, Çad, Cənubi Sudan, Somali kimi ölkələrdə əhali minimum təhlükəsizlikdən məhrumdur.
Dünya imeperializminin Misir və Efiyopiyada hakimiyyətə gətirdiyi diktatorlar öz xalqı ilə silahla danışır.
İmperialist müharibələr bütün Cənubi Asiyanı əhatə edib. Bu gün Səddamdan qalmış BƏƏS rejiminin ordu zabitləri İŞİD ilə müştərək hədəflər ətrafında birləşərək İraq və Suriyanın strateji ərazilərinin üçdə birini nəzarət altına alıblar.
İraqda qanuni dövləti zəiflətmək üçün hər gün terror əməliyyatları keçirilir. İŞİD-ın taktiki əməliyyatları Amerikanın himayələri ilə müşayiət olunur. Amerikanın geri çəkilməsi ilə onların təlim verdiyi İraq ordusu ardıcıl məğlubiyyətlər yaşadı. BƏƏS-İŞİD birləşmələri İraq və Suriyada hərbi əməliyyatlarda üstünlüyü ələ aldılar. Türkiyənin İŞİD-ı vurmaq bəhanəsi ilə İraq ərazisinə girməsi təkfirçilərin xeyrinə işlədi, Türkiyə silahı kürdlərə doğru yönəltdi. İraqın Şimalında əməliyyatlar gücləndi və bu əməliyyatlar Türkiyənin Şərqinə nüfuz etdi.
Avropa Birliyi və Amerikanın himayələri ilə Ukraynada qərbpərəst oliqarxlar hakimiyyətə gəldi. Ölkədə daxili müharibə başladı. Əməliyyatlar nəticəsində Ukraynada böyük dağıntılar baş verdi. Ukraynada ABŞ və Avropanın himayə etdiyi qüvvələr Rusiyanın himayə etdiyi qüvvələrlə üzbəüz dayanıb.
Amerika, İngiltərə, Polşa və NATO-ya bağlı digər qüvvələr hərbi əməliyyatları Rusiya sərhədlərinə doğru genişləndirməyə cəhd göstərir. Ukraynanın daxili işlərinə müdaxilə bəhanəsi ilə Rusiyaya qarşı böyük sanksiyalar tətbiq olunub. Rusiyaya qarşı yeni soyuq müharibəyə start verilib. NATO-nun Ukraynada qızışdırdığı müharibə artıq ölkə sərhədlərini aşaraq dünya masştablı böhrana çevirilməkdədir. Bu müharibədə hətta nüvə qarşıdurmasından danışılır.
Amerikanın Əfqanistanda hakimiyyətə gətirdiyi qüvvə ölkə ərazisində nüfuzu genişlənən Talibanla üzbəüzdür. Əfqanistanda müharibə qızışır, Amerikanın himayə etdiyi rejim paytaxt Kabildə geri çəkilir. Amerika qüvvələri də hərbi əməliyyatlarda böyük itki verməkdən çəkinərək müşahidəçi mövqe tutur.
Amerika tərəfindən təpədən-dırnağa silahlandırılmış Pakistan sərhəd ixtilafları müstəvisində Hindistanla baş-başa gəlib. Sərhəd məntəqələrində hərbi əməliyyatlar ara vermir. Məntəqənin siyasi qüvvələri öz məqsədləri istiqamətində hərbi birləşmələri himayə edir. Əfqanistan və Pakistanda daha çox himayə olunan Taliban qüvvələridir.
Qərbi-Çin, Myanmar və Şimali Hindistanda irqi-dini qarşıdurmalar genişlənməkdədir. Taylandın Şimal-Şərqində silahlanmış xalq müqavimət qüvvələri hərbi diktatura ilə mübarizə aparır. 21 əsrdə Asiyanın Cənubi Cənub-Şərqində, eləcə də dünyanın başqa nöqtələrində milli, dini, ictimai-siyasi zəmində hərbi əməliyyatlar genişlənib. Problemlərin həllində diplomatik yol, demokratik seçkilər demək olar ki, təsirsizdir.
Dünyanı bürüyən gərginlik Latın-Amerikasından yan ötüşməyib. Bu regionda da gərginliklərin güclənəcəyi gözlənilir. Silahlı qruplaşmalar mərkəzi dövlətlə qarşıdurmaya keçməkdən çəkinmir və Latın Amerikasında bu bir ənənə şəkilini almaqdadır.
Amerikanın Ekvador, Venesuela, Braziliyada himayə etdiyi müxalifət mövcud qanuni hakimiyyətləri çevirmək istiqamətində bütün yollara əl atır. Ekvadorun qanuni prezidentini hakimiyyətdən uzaqlaşdırmaq üçün hətta tanınmış rəsmi təşkilatlar müxalifətin silahlı əməliyyatlarını himayə edir. Ultra çahçı oliqarxlar ölkənin 3 böyük şəhərində böyük müəssisələri nəzarətə götürüb. Əslində bu bir qiyamdır.
Regional müharibələr zaman ötdükcə nüvə müharibələri təhlükəsini gündəmə gətirir. Artıq məhəlli müharibələr bütün dünya miqyasında genişlənməkdədir. Amerika öz hərbi bazalarını Rusiya və Çin səhədlərinə yaxınlaşdırır. Amerikanın Hərbi Hava qüvvələrinin Rusiya və Çin sərhədləri yaxınlığında heç vaxt bu qədər qüvvəsi toplanmayıb. Bu bazalardan Rusiya şəhərlərinə avtomobillə bir neçə saata çatmaq olar. Hətta soyuq müharibə illərində Amerika Rusiyaya qarşı belə sanksiyalar tətbiq etməyib.
Vaşinqton Asiyada böyük iqtisadi, hərbi, siyasi müqavilələr üzərində işləyir. Əsas məqsədlərdən biri Çini rəqib olaraq səhnədən çıxarmaqdır. Yaponiyanın baykot olunması və mühasirəsi ilə Asiyada ikinci dünya müharibəsinin alovları şölənəndi. Bugünku addımlar isə daha təhlükəlidir.
Ukraynada Amerikanın himayəsi ilə aparılan müharibə Avropada üçüncü dünya müharibəsinin başlanğıcı sayıla bilər. Amerika və Avropa Birliyinin Ukraynada himayə etdiyi çeviriliş bu ölkənin qərb hissəsinin Rusiyaya birləşdirilməsi ilə nəticələndi. Əksəriyyəti rus əsilli olan Krım sakinlərinə qarşı təzyiqlər, Rusiyanın Qara dənizdəki bazanı əldən çıxarması Moskvanı Krımı Rusiya ərazisinə qatmağa vadar etdi.
İkinci dünya müharibəsində Almaniya Avstriyanı zəbt etdi. Bu dəfə Amerika və Avropa Birliyi öz əlaltısını Ukraynada hakimiyyətə gətirib. Onlar bir növ Mərkəzi Asiyada nüfuzu ələ almağa çalışırlar. Amerika Polşada ən böyük hərbi bazanı yaratmağı planlaşdırır.
Polşanın yeni seçilmiş prezidenti bu ölkənin Rusiyaya qarşı NATO-ya qoşulması istiqamətində addımlar atır.
Amerika və Avropa Birliyinin imperialist müharibələri nəticəsində Cənubi-Asiya, Şimali-Afrika, Səhra məntəqəsi, Mərkəzi Amerika, Mekzika, Balkan ölkələri, Ukraynadan milyonlarla insan evindən didərgin düşüb.
Milyonlarla əfqanlı, pakistanlı, iraqlı, yəmənli, somalili, liviyalı, fələstinli, sudanlı qaçqın ordusuna 4 milyon suriyalı qaçqın əlavə olunur. Onları bu ağırılı yolu seçməyə vadar edən imperialist qüvvələr tərəfindən vətənlərinin bombalanması, ölkənin xaraba qalmasıdır. Milyonlarla qaçqın rahat həyat arzusu ilə Qərbi Avropaya üz tutub. Onlar Latviya, Litva, Estoniya, Bolqaristan, Ruminiya, Polşa, Avropa ölkələrində sığınacaq axtaran qaçqınlar ordusuna qatılıb. Qərbi Avropanın dinc əhalisi bir qorxu keçirir. 100 minlərlə insan Aralıq dənizi, Egey dənizi, təhlükəli su yollarını keçib onların ölkəsinə üz tutur. Qeyri-qanuni yolla Avropaya çatmaq istəyənlərin əhəmiyyətli bir hissəsi yolda həlak olur. 10 minlərlə qaçqın Avropa ölkələrində xüsusi mərkəzlərdə yerləşdirilir. Amma bu mərkəzlərdə onların normal həyatı üçün lazımi şərait yoxdur. Qaçqınların üz tutduğu ölkələrdə onların sosial təminatı üçün zamənət verilmir.
Amerika narkotika qaçaqmalçılığında peşəkarlaşmış Mekzikadan gələn qaçqınlardan qorunmaq üçün divarlar çəkir, həbsxana tipli düşərgələr yaradır.
Bütün bunlara baxmayaraq Amerika və müttəfiqləri imperialist müharibələri dayandırmaq fikrində deyil. Müharibələr davam edirsə qaçqınlar da hər gün artır. Bu qaçqınlar öz ölümü ilə razılaşıb ağır yolları qət etdikdən sonra Avropa ölkələrində yerləşməyi özünə haqq sayır. Çünki öz ölkələrinin viran qalmasında bu ölkələri müqəssir bilirlər. Şübhəsiz ki, qaçqınlar ordusunun artması özünü mədəni sayan Avropa və Amerika cəmiyyətinə xoş gələcək vəd etmir. Bununla belə qarşıda daha böyük müharibələr proqnozlaşdırılır. Bu isə növbəti qaçqınlar ordusu deməkdir. Onları normal həyatından ayıran Amerika və Qərb ölkələrinin imperialist müharibələridir. Əfqanistan, İraq, Liviya, Yəmən, Ukrayna və digər qaynar nöqtələrdə dünya imperializminin layihələri icra olunur.
Artıq Amerika və Avropa ölkələri özü hərbi qalaya çevirilməkdədir. Amerika polisi öz əhalisi ilə işğalçı olduğu kimi rəftar edir. Əslində bu polis varlı təbəqənin mənafelərini müdafiə etmək üçün yoxsul təbəqəni gülləbaran etməkdən çəkinmir.
Bəli, bu gün hər yerdə müharibə var və həmin müharibələr genişlənməkdədir. Elə bir məntəqə yoxdur ki, orada qaynar nöqtə olmasın. Müharibələr dünya masştabında genişlənsə də onların həlli üçün dünya masştabında diplomatik müzakirələrə qapılar açıq deyil. Heç bir sülh müqaviləsi etirabarlı sayıla bilməz.
Bəzi təhlilçilər bildirirlər ki, dünyada gedən proseslərdə nikbin nöqtələr də var və bunlardan biri Amerika-Kuba yaxınlaşmasıdır. Bu təhlilçilər unudurlar ki, Amerika hələ də Kubanın ən yaxın müttəfiqi olan Venesuella ilə gərgin münasibətdədir. Amerika Kubanın Ekvador, Braziliya, Boliviya kimi müttəfiqlərində hakimiyyət dəyişikliyi aparmaqla öz əlaltılarını iş başına gətirməyə çalışır. Amerika həm də Kubanın Rusiya və Çindəki bazarlarını ələ keçirməyə çalışır. Amerikanın Havanada dalğalanan bayrağı Kubanın müttəfiqlərinə xoş bir gələcək vəd etmir.
Bəziləri Amerika ilə İran arasında nüvə razılaşmasını böyük müvəffəqiyyət adlandırır. Onlar unudurlar ki, Amerika Ərəbistanın Yəmənə hücumu və bu ölkədə şiələrin qətliamını himayə edir. Amerika İranın müdafiə sistemini işdən salmaq və İsrailə meydan açmaq üçün böyük planlar üzərində işləyir. Amerika və onun avropalı müttəfiqləri İranın strateji müttəfiqi olan Suriyanı rəhimsizliklə bombalayır.
Amerikanın Kuba və İranla müqavilələrini sadəcə taktiki gediş kimi dəyərləndirmək olar. Müharibə epidemiyası zəifləmir. Müharibə qaçqınları artmaqdadır. Yaşayış məntəqələri viran qalır və ölkəsini tərk edən insanlar bir gün geri gönmək üçün nəyəsə ümid etmir. Viran qalmış ölkələrdə heç bir bərpa işi görülmür, əksinə buna maneçilik törədilir.
Amerika hələ də bu fikirdədir ki, iki okean onu müdafiə edir. Onlar düşünürlər ki, Rusiya və Çin sərhədləri yaxınlığındakı hərbi bazalar onların təhlükəsizliyini təmin edir. Onlar xalqlarına böyük təhlükəsizlik vədi verirlər. Necə böyük yalan! Əgər bu gün böyük masştablı müharibə başlasa qitələrarası raketlər okeanların üzərindən aşıb Amerikanın başına ələnəcək. Oyanmaq vaxtıdır. Amerika və Avropa ölkələrinin imperialist müharibələrini, üçüncü dünya müharibəsinə aparan prosesi dayandırmaq lazımdır.
Bu işə necə başlamaq olar? Liviya tam dağıdılıb, Suriya və İraq alov içindədir. Ukrayna sürətlə silahlanır. Amerika İranla həqiqi sülhə nail ola biləcəkmi? İsrailin mənafelərindən çıxış edən Amerika öz mənafelərini təmin edə biləcəkmi? İsrail təcavüzkar ölkədir və Amerikanı da öz arxasınca çəkir. Hərbi cinayətkar olan Ariel Şaron Amerikaya görə nigarançılıq keçirən sionistlərə demişdi ki, biz Amerikanın cilovunu çəkərik!! Nə etmək olar? Daha böyük zərərlərin qarşısını nə vaxt alacağıq?

Ceyms Pyatras

Vilayet.nur-az.com
<