Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Sentyabr 2015

Şəfaət nədir ki, siz ona inanırsınız?

Quran nəzərindən mütləq, yəni heç bir qeyd-şərt olmadan nəzərdə tutulan şəfaət rədd olunur
Cavab:

Şəfaət İslamın danılmaz əqidə üsullarından biridir ki, bütün İslam firqələri və məzhəbləri Quran ayələrinə və rəvayətlərinə istinad edərək onu qəbul etmişlər. Amma şəfaətin nəticəsi ilə əlaqədar müəyyən ixtilaflar nəzərə çarpır. Şəfaətin həqiqəti bundan ibarətdir ki, Allah dərgahında müəyyən yüksək məqama malik olan, hörmətə layiq görülən bir insan Mütəal Allahdan digər bir insanın günahlarının bağışlanmasına və ya onun dərəcəsinin yüksəldilməsinə vasitəçi olsun. Rəsuli Əkrəm (s) buyurur:
“Mənə beş şey əta olunmuşdur... Və mənə şəfaət (etmə məqamı) əta olunmuşdur ki, onu da öz ümmətim üçün ehtiyat saxlamışam.” (“Musnədi Əhməd”, 1-ci cild, səh.301; “Səhih Buxari”, 1-ci cild, səh.91, (Misir çapı). )

Şəfaətin məhdudiyyəti

Quran nəzərindən mütləq, yəni heç bir qeyd-şərt olmadan nəzərdə tutulan şəfaət rədd olunur. Şəfaət yalnız aşağıdakı hallarda təsirlidir:
1. Şəfaət edən şəxs Allah tərəfindən şəfaət etməyə icazəli olsun. Yalnız o kəslər şəfaət edə bilər ki, Allah dərgahına mənəvi yaxınlıqdan əlavə, Onun tərəfindən də icazəli olsunlar. Quranda bu barədə buyurulur:
“Şəfaətə heç kəs malik olmaz. Yalnız o kəs malik olar ki, Rəhman Allahın yanında əhd almış olsun” (“Məryəm” surəsi, ayə.87.)
Digər bir ayədə buyurulur:
“Qiyamət günündə bir kəsin başqasının barəsindəki şəfaəti qəbul olunmaz. Yalnız o kəs üçün qəbul olunar ki, Allah ona izn versin və onun danışığından razı olsun.” (“Taha” surəsi, ayə.109.)
2. Şəfaət olunan şəxs də şəfaətçinin vasitəsi ilə ilahi feyzi almaq ləyaqətinə malik olsun. Yəni onun Allahla imani əlaqəsi, şəfaətçi ilə ruhi bağlılığı kəsilməmiş olsun. Deməli Allahla heç bir iman rabitəsinə malik olmayan kafirlərə, bəzi günahkar müsəlmanlara, o cümlədən şəfaətçi ilə ruhi bağlılığa malik olmayan namazsız, adam öldürən və s. kimi şəxslərə şəfaət olunmaz. Belə ki, Quranda namaz qılmayan və qiyamət gününü inkar edənlər barəsində buyurulur:
“Şəfaətçilərin şəfaətinin onlara heç bir faydası olmaz.” (“Muddəsir” surəsi, ayə.48.)
Zalımlar barəsində buyurulur:
“Zalımlar üçün heç bir xoşluq, şəfaəti qəbul olunacaq bir şəfaətçi olmayacaqdır” (“Mömin” surəsi, ayə.18.)

Şəfaətin fəlsəfəsi

Şəfaət də tövbə kimi günahdan, azğınlıq yolunun yarısından qayıdaraq bu əməlləri tərk etmək istəyənlər üçün ümid yoludur ki, ömrün qalan hissəsini Allaha itaətlə keçirmək fikrinə gəlsinlər. Çünki günahkar bir insan heç vaxt məhdud bir şəraitdə (bütün şəraitlərdə yox) şəfaətçinin şəfaətinə nail olacağını hiss edərsə bu həddi-hüdudu qorumağa və ondan kənara çıxmamağa çalışar.


1176 بازدید
در حال ارسال اطلاعات...