Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Sentyabr 2015

Müsəlmanların bayramı yasa çevrildi...

Minada baş vermiş faciə ilə bağlı 3 günlük matəm elan edildi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Minada baş vermiş və Allah evinin müsafirlərindən böyük bir kəsiminin həyatını itirməsinə səbəb olmuş müsibət dolu hadisənin ardınca rəsmi müraciət etmişdir. Ali Məqamlı Rəhbər öz müraciətində bu kədərli hadisədən zərər çəkmiş insanlarla həmdərd olduğunu ifadə edir, ölənlərin yaxınlarına başsağlığı verərək aşağıdakıları vurğulayır: “Səudiyyə hökuməti bu xoşagəlməz hadisədə daşıdığı ağır məsuliyyəti qəbul etməli, haqq və insafa riayət edərək tələb olunan bütün qaydalara əməl etməli, eyni zamanda bu faciəyə səriştəsiz idarəetmə və düzgün olmayan tədbirlərin səbəb olduğu da diqqətdən yayınmamalıdır”.

Müraciətdə həmçinin ölkədə 3 günlük ümummilli matəmin elan olunduğu da bildirilir:

Ali Məqamlı Rəhbərin müraciətinin tam mətni aşağıdakından ibarətdir:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

انا لله و انا الیه راجعون


Bu gün Minada baş vermiş və Allah evinin müsafirlərindən, müxtəlif ölkələrdən Rəbbinə doğru mühacirət edən möminlərdən böyük bir qisminin ölümünə səbəb olmuş faciəli hadisə İslam dünyasını sonsuz kədərə boğaraq müsəlmanların bayramını yasa çevirmişdir. Vətənimizdə də həcc ziyarətinə getmiş yaxınlarını səbirsizliklə gözləyən onlarla ailə indi onlara matəm təşkil edir. Mən də öz növbəmdə bu faciəli hadisə ilə əlaqədar olaraq, müsibətə qərq olmuş insanlarla həmdər olan, kədər dolu bir qəlblə Həzrət Rəsuli-Əzəmin (səlləllahu əleyhi və alih) pak ruhuna və əsl müsibətin yiyəsi olan Həzrət Mehdi Sahibəzzamanın (ruhlarımız ona fəda olsun!) müqəddəs hüzuruna, vəfat edən insanların bütün İslam dünyasında, xüsusilə də əziz İranımızda olan yaxınlarına, bu faciəli hadisənin yasını tutan hər kəsə başsağlığlı verir, bağışlayan, mərhəmətli və şəkur Allahdan bu əziz qonaqlarına xüsusi rəhmətlə nəzər salmasını, sevgi və mərhəmət dolu dərgahından yaralılara və xəsarət alanlara tez bir zamanda şəfalar verməsini diləyir və xatırladıram:

1. Nümayəndəliyimizin və Həcc Təşkilatının rəsmiləri ölənlərin şəxsiyyətinin müəyyən olunması, yaralıların müalicəsi və ölkəyə göndərilməsi, informasiyanın operativ surətdə ötürülməsi istiqamətində bu gün bütün günü göstərdikləri gərgin səyləri davam etdirsinlər və bacaran hər kəs onlara əlindən gələn köməyi etsin.

2. Başqa ölkələrdən gəlmiş hacılara da mümkün olan hər cür köməyi göstərərək İslam qardaşlığı haqqını yerinə yetirsinlər.

3. Səudiyyə hökuməti bu xoşagəlməz hadisədə daşıdığı ağır məsuliyyəti qəbul etməli, haqq və insafa riayət edərək bütün zəruri tədbirləri həyata keçirməlidir. Belə bir faciəli hadisəyə səriştəsiz idarəçilik və düzgün olmayan tədbirlərin səbəb olduğu da diqqətdən yayınmamalıdır.

4. Qurani-Kərimin aşağıdakı nurlu ayəsi bu hadisə nəticəsində həlak olmuş insanlara şamil olacaq, inşallah:

و من یخرج من بیته مهاجرا الی الله و رسوله ثم یدرکه الموت فقد وقع اجره علی الله


“Allah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik (bolluq) tapar”.

Bu, onların yaxınları üçün böyük bir təsəllidir. Onlar təvaf və səyi yerinə yetirdikdən, Ərəfat və Məşərdə bərəkət dolu saatlar keçirdikdən sonra, həcc ayinlərini yerinə yetirdikləri bir halda Məbudun görüşünə tələsmişlər və inşallah, bir olan Allahın xüsusi lütf və mərhəməti ilə əhatə olunacaqlar. Yaslı insanlara bir daha başsağlığı verərək ölkədə 3 günlük ümumi matəm elan edirəm.

Saleh bəndələrə Allahın salamı olsun.

Seyid Əli Xamenei
2 mehr 1394

Leader.ir


1310 بازدید
در حال ارسال اطلاعات...