Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Sentyabr 2015

Haram yemək haqqında hədislər

Haram mal qazanan şəxsin həcci və ümrəsi (Allah dərgahında) qəbul deyil
1. İmam Baqir (ə) buyurur: «Heç bir ibadət, qarını haram yeməkdən qorumaq və iffətli olmaq kimi fəzilətli deyil».
2. İmam Səccad (ə) buyurur: «Qarnının sənin boynunda olan haqqı budur ki, onu haram yeməklərə qab etməyəsən».
3. O həzrət başqa bir hədisdə buyurur: «Allaha iman gətirdikdən sonra, heç bir ibadət Allah dərgahında qarını haramdan qorumaq və iffətli olmaq qədər xoşa gələn deyil».
4. İslam Peyğəmbəri (s) buyurur: «Özümdən sonra ümmətim haqqında üç şeydən qorxuram: Allaha iman gətirdikdən sonra dindən çıxmaq, çaxnaşmalarda yolunu azmaq və qarnın və cinsi istəklərin qeyri-qanuni (haram) yolla doydurulması.»
5. O həzrət başqa bir hədisdə buyurur:
«Haram mal qazanan şəxsin həcci və ümrəsi (Allah dərgahında) qəbul d