Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Sentyabr 2015

Dünya səni aldatmır, sən dünyaya aldanırsan

Dünya onunla sədaqətli olana qarşı sədaqətlidir, onu dərk edən üçün sağlamlıq mənbəyidir
Dünya insanlıq məktəbidir!
Dünya, insan üçün axirətə nisbətdə hazırlıq və təkmilləşmə məktəbidir. Dünya axirətə nisbətdə bir gənc üçün məktəb və universitet dövrü kimidir. Dünya doğrudan da məktəb və tərbiyə ocağıdır.
Nəhcül-bəlağənin qısa kəlmələr bölməsində deyilir ki, bir nəfər həzrət Əlinin (ə) yanına gəlir və dünyanı pisləməyə başlayaraq «dünya zalımdır, dünya insanı aldadır, dünya cinayətkar və hoqqabazdır» və bu kimi sözlər deyərək, gileylənməyə başlayır. Həmin şəxs böyük şəxsiyyətlərin dünyanı məzəmmət etdiklərini eşidib elə bilirmiş ki, dünyanı məzəmmət etməkdən məqsəd, onun həqiqətini məzəmmət etməkdir və dünya