Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Sentyabr 2015

“...Səmimi qəlbdən hər şeyi Allaha tapşır, qoy, məni Öz dərgahına aparsın!”

"Şəhadətə ləyaqətim çatmadı, ona görə ki, mənim getməyimə ürəkdən razı deyilsən..."
...Şücaət və fədakarlıqda böyük ad-san qazanmışdı. Onun üçün, demək olar, qorxunun mənası yox idi. Cəbhə yoldaşlarının dediyinə görə, çətin anlarda döyüşçülər geri çəkildikdə, o isə heç nəyi nəzərə almadan təkbaşına düşmənə sarı cumar, onlara ağır zərbə endirməmiş geri dönməzdi. Hətta bir dəfə təkfirçi ünsürlərə həmlə edərək bir çoxunu qətlə yetirdikdən sonra neçəsini də, özü ilə əsir gətirmişdi. Son dəfə yaralı vəziyyətdə evə dönüb, anası ilə dərdləşərkən demişdi: “Şəhadətə ləyaqətim çatmadı, ona görə ki, mənim getməyimə ürəkdən razı deyilsən. Səmimi qəlbdən hər şeyi Allaha tapşır, qoy, məni Öz dərgahına aparsın!” Elə belə də, oldu. Anası hər şeyi Allaha tapşırdıqdan sonra daha geri qayıtmadı...
36 yaşlı Məhəmməd Həmidi bu yayın iyulunda Dəməşq-Dəra istiqaməti boyunca hərəkəti zamanı minaya düşərək şəhid olub. Əbu Zeynəb ləqəbli bu igid həzrət Zeynəbin (ə) ziyarətgahının müdafiəsində böyük fədakarlıqlar göstərənlərdən biridir. Onun təkfirçi-terrorist ünsürlərlə mübarizələri və döyüşləri cəbhə yoldaşlarının dilində daim misilsiz qəhrəman kimi dəyərləndirilir... Allah ruhunu şad eləsin!

Nur-az.com/shia-news


1246 بازدید