Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Sentyabr 2015

Dünya çətinlikləri axirət çətinlikləri ilə müqayisədə çox əhəmiyyətsizdir

Əbədi əzab haqqında düşünməyən insan şübhəsiz ki, dünya işlərini çək-çevir edəcək
Ağıl insanı qarşıdakı çətinlikləri aradan qaldırmağa çağırır. Adi məişət problemlərinin həllinə xeyli vaxt ayırıb əbədi həyat səadətinin təmini üçün tədbir görməmək ağıla uyğun deyil. Dünya ləzzətləri ardınca qaçan insan qarşıdakı müdhiş təhlükənin nə qədər əhəmiyyətli olduğunu anlamır.
Rəvayətdə deyilir ki, boynum zəncirlənib azad olmaq istəyirəm. Amma boynumdakı ağır yük imkan vermir; nəzarətçilər məni bədbəxtliyə sürükləyir.
Bəli, batdığımız günahlar boynumuzda yük olub. Bu yükdən azad olmağa çalışmayanın cəhdi, qəm-qüssəsi yanlış istiqamətə yönəlib. 
Hədis: «Sübh əzabdan qurtulmaq fikri ilə oyanmayan şəxs mühüm bir məsələni yüngül sayıb. Böyük bilməli olduğunu kiçik bilib. Allahdan kiçik bir xeyir istəyib».
Əbədi əzab haqqında düşünməyən insan şübhəsiz ki, dünya işlərini çək-çevir edəcək. Əbədi əzaba diqqət yönəltməyən kəs qurtuluş üçün tədbir də tökəsi deyil.
Ağıl tələb edir ki, insan axirətə inandığı qədər çalışmalıdır. Çünki dünya çətinlikləri axirət çətinlikləri ilə müqayisədə çox əhəmiyyətsizdir. Axirət əzabını düşünən insana dünya ağrıları çox asan gəlir. Əlbəttə ki, imanı güclü olan bəndələr bu işdə daha çox səy göstərərlər.


1048 بازدید