Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Sentyabr 2015

Avropada xalq müqaviməti formalaşırmı?

Amerikalı jurnalist Kris Hecesin bu mövzuda şərhi
Britaniyada Korbin, Yunanistanda Siriza, İspaniyada Podemos firqə hərəkatları Avropa coğrafiyasında yeni xalq hərəkatları sayıla bilər. Bu hərəkatlar neoliberalizmin xarabalıqları altından, qloballaşma kampaniyasından baş çıxarmış, Amerika və onun müttəfiqlərinə işləyən beynəlxalq bankçılığa qarşı etiraz sayıla bilər.
Doğrudan da, Avropada xalq hərəkatı formalaşa bilərmi? Dünya miqyasında inhisarçılığa, şirkətlərin hakimiyyətinə qarşı qiyam nümunəsi sayıla biləcək bir etiraz Britaniyada fəhlə (leyborist) partiyasına rəhbər seçilmiş Ceremi Korbinin apardığı fəaliyyətlər sayıla bilər. O uzun müddət ölkə və dünyada imperializmin siyasətlərinə qarşı çıxıb. Amma sosial baxışlara malik olan bu şəxs öz siyasətlərini fəhlə partiyasının imkanları çərçivəsində həyata keçirir. Amma neoliberalizmə qarşı ciddi hərəkatlardan biri Ceremi Korbinin başçılıq etdiyi hərəkatdır.
Mən artıq Fələstini satan və İsrail lobbisini himayə edənlərin müdafiəsində durmuram. Dünyanı əzən hərbi maşınla mübarizədən imtina edən, irqçiliyə çıxmayan siyasətçiləri dəstəkləmirəm. Fələstin məsələsi bir xalqa aid olan məsələ deyil, Amerikanın dünya miqyasında apardığı imperialist siyasətlərin bir hissəsidir. Əgər siz müharibə sponsorları, İsrail lobbisinə qarşı çıxsanız əslində inhisarçılıqla Amerikanı süquta aparan şirkətlərə qarşı dayanmış olacaqsınız. Bu etiraz əlçatmaz arzu səviyyəsində çətindir. Bu arzuya çatmaq üçün mübarizə aparırıq.
Korbin Həmas və Hizbullahla dioloqları himayə edirdi. Başqa təşkilatların da başçılarını parlamentdə görüşlərə çağırırdı. Tələb edirdi ki, İsrail başçıları Fələstin xalqına qarşı apardığı vəhşi və cinayətkar siyasətlərə görə mühakimə olunsun. O bu məqsədlə İsrailə qarşı sanksiyalar layihəsini müdafiə edirdi. Bu ölkəyə silah satışına qadağa qoyulmasını istəyirdi. O Britaniyanın NATO-dan çıxmasını istəyir. Korbin açıq bildirir ki, İngiltərə əsgərlərinin dünyanın müxtəlif ölkələrində əlinə silah almalarına məcbur edən heç bir şərait yoxdur. İraqa hücuma qarşı ən böyük müxaliflərdən biri Korbin idi. Hətta müharibənin dayandırılması üçün koalisiyanın yaradıcılarından olmuşdu. Amerikanın Üsamə bin Ladeni məhv etmək proqramına qarşı çıxaraq bu şəxsin həbs edilib mühakimə olunmasını tələb edirdi. Britaniya təyyarələrinin Suriyanı bombalama əməliyyatına qoşulmasını da pisləmişdi. O bütün ölkələrdə atom silahının ləğv olunmasını tələb edir. Britaniyanın Suriyanın daxili işlərinə qarışmasına etiraz edir, İŞİD-ı himayə edən Səudiyyə Ərəbistanına təzyiq göstərilməsini tələb edir. Korbin İraq və Əfqanistanda gərginliyə son qoymaq üçün müxtəlif cinahların rəhbərləri ilə danışırıq aparılmasını təklif edir.
Korbin yazır: Yaxın Şərqdə insan haqlarının taptanmaması üçün Qərb hərbi müdaxilələri dayandırmalıdır. Bu məntəqədə siyasi həll yolu tapılmalıdır. NATO-nun bombardımanları heç bir nəticə verməyəcək. İŞİD tərəfindən minlərlə insanın vəhşicəsinə qətlə yetirilməsi Buş-Bleyer anti-terror kompaniyasının nəticələridir. Bu proses 2001-ci ildən gedir. Anti-terror kampaniyasının nəticəsi mülki insanların qətliamı, onların öz doğma yurdundan didərgin düşməsi ilə nəticələndi. Bu müharibələrdə qazanan yalnız silah istehsalçıları, inhisarlardır...
Korbin deyir ki, ilk addımda varlı təbəqələrin vergilərini iki qat artıracaq. Böyük şirkətlərə vergi güzəştləri ləğv ediləcək. O yoxsul təbəqənin himayə olunması üçün belə tədbirlər planı nəzərdə tutur. Korbin Britaniya bankından tələb edib ki, məskən, enerji və digər sahələrdə sərmayə yatırımlarını artırsın. İstənilən qeyri-qanuni, təbiət qanunlarına zidd yolla neft kimi sərvətlərə sahib olmaq Korbin tərəfindən rədd olunur. O sağlam enerji, günəş və külək enerjisindən istifadə üçün dünya miqyasında layihələr həyata keçirilməsini istəyir.
Fəhlə partiyası sabiq Baş nazir Toni Bleyer və Braonun vaxtında inhisar neoliberalizminə qarşı nəinki bir iş görmədi, hətta bu inhisarın təsiri altında oldu. Korbin öz partiyasında qiyamçı simaya çevirilib. 1997-2010-cu illərdə parlament üzvü olaraq inhisarçılığa qarşı layihələrə etiraz edib. Bleyer Korbinə nifrətini gizlətmir. O deyib ki, Fəhlə partiyası Baş Nazir seçkilərində Korbini himayə etsə, bu böhranla müşayiət olunacaq. Korbin 2003-cü ildə İraqa hücum zamanı Bleyeri hərbi cinayətkar adlandırıb. Bu gün Bleyer həmin ittihamların cavabını verir.
Korbin 40 illik siyasi fəaliyyətində Britaniyada krallıq nizamının ləğvini tələb edib. O enerji şirkətlərini milliləşdirmək, poçt və dəmir yolu şirkətlərini xüsusi sərmayələrin əsarətindən azad etmək istəyir. O deyir ki, ikinci dünya müharibəsindən sonra dövlətin pulu ilə ərsəyə gələn enerji infrastrukturları bu gün ağla gəlməyən aşağı qiymətə inhisarların ixtiyarına verilib.
Korbinin təkliflərindən biri də Britaniyanın Avropa Birliyini tərk etməsidir. Bu birliyin ağır böhran yaşayan yunan xalqına təzyiqlərini pisləyənlərdən biri də odur.
Korbin milli təhsil xidmətinin təşkili üçün təkliflərlə çıxış edir. O şirkətlərin vergisini artırmaq hesabına bütün ölkədə milli təhsilə nail olmaq istəyir. Təhsil sisteminin özündə ayrıseçiliklər, bəzi kolleclərin vergidən azad olunması Korbinin etirazı ilə qarşılaşan hadisələrdəndir. Korbin dövlətin incəsənətə sərmayə qoymasını himayə edir. Xüsusi bir bəyanatda elan edib ki, incəsənət bir qrup yox, hamının olmalıdı. Bütün insanlarda yaradıcılıq istedadı var.
İncəsənət adamları Amerikada da və Britaniyada olduğu kimi ağır durumdadır. Aktiyorlar, sənətçilər, musiqiçilər, heykəltəraşlar, rəssamlar, yazıçılar, şairlər, hətta jurnalistlər gündəlik dolanışıq xərcini çıxarmağa çətinlik çəkir. Onların öz yaradıcılığını səhnəyə gətirmək imkanları çox məhduddur. Məşhur teatırların auditoriyası da məhduddur, daha çox əyləncə xarakterli əsərlər səhnəyə çıxarılır. İncəsənətlə müharibə aparılması Amerikanın tənəzzülünün səbəblərindəndir. Bugünkü durum bizi ziyalılıq mirasından məhrum edib. Bütün təhsil sistemi, ideoloji sistem elə qurulub ki, amerikalıya necə düşünmək yox, nə barədə düşünmək təlqin olunur. Vətəndaş inhisarın təsiri altında olan hakimiyyətin ortaya qoyduğu ideologiya üçün bir vasitədir. Amerikada həqiqi sənətə, ədəbiyyata meydan yoxdur, pul qazanan incəsənət və ədəbiyyat inhisarların maraqlarını təmsil edən kiçik bir qrup insanı əhatə edir.
Korbin öz bəyanatında yazır: Siyasi məqsəd daşıyan qənaət proqramları incəsənət sahəsinə ayrılan köməkləri ləğv edir. 1980-ci illərdə, Marqarit Teççerin hakimiyyətdə olduğu zamandan həqiqi sənət və yaradıcılıq məhvə sürüklənir, yalnız əyləncə xarakterli sənət və ədəbiyyat səhnəyə yol tapır.
Korbin vəd edir ki, informasiya vasitələrinə dövlət yardımının azaldılmasını dayandıracaq. Korbin başa düşüb ki, inhisarların himayə etdiyi, pul yatırdığı informasiya şəbəkələri həqiqətə xidmət edə bilməz. Yalnız dövlət büdcəsindən maliyələşən və xüsusi dairələrdən asılı olmayan şəbəkələr həqiqəti deyə bilər. Hazırda Amerikanın əksər tanınmış informasiya şəbəkələri inhisarların quluna çevirilib.
Korbin yazır: Mən informasiya şəbəkələrin dövlət tərəfindən maliyələşdirilməsinin tərəfdarıyam və Amerikanın getdiyi yolu getməkdən qorxuram. Amerikada yeni yaradılmış və inhisarçı arxası olmayan bir şəbəkənin səhnədə olan şəbəkələrlə rəqabət imkanı sıfra bərabərdir. Mən Fəhlə partiyasının milli maraqları himayə edən informasiya şəbəkələrini dəstəkləməsini istəyirəm. Hakimiyyət əlimizə düşdüyü zaman informasiya, incəsənət və yaradıcılıqla bağlı bütün sahələrdə köklü dəyişikliklər aparacağıq.
Korbin 20 yaşından bir fermada işləyib və heyvanlara necə işgəncə verildiyini görərək vegeterianlığı, bitkilərlə qidalanma həyat tərzini seçib. Korbin heyvanların da hüquqlarını müdafiə edən britaniyalılardandır. Onun avtomibili yoxdur, velosibetdən istifadə edir. Parlament üzvlərinin də qənaətə keçib kiçik büdcə ilə yaşamasını istəyir. Korbin nigeriyalı yazıçı Sinua Açebeni sevir, onun əsərlərini oxuyur. Dünyada istibdad və istismarın zavallı vəziyyətə gətirdiyi insanlar barədəki əsərlər Korbinin diqqətini cəlb edir.
Korbin həm də Qərbdə qadınların istismarına qarşıdır. O müxtəlif adlar altında qadınların müəyyən mərkəzlərə toplanmasının müxalifidir və bunu aradan qaldıracağını vəd edir. Cinsi təcavüzə qarşı layihələr həyata keçirmək Korbinin arzularındandır. Korbinin Fəhlə partiyasında sədr seçilməsi indinin özündə böyük təzyiqlərlə müşayiət olunur. Böyük inhisarçı himayədarı olan qüvvələr Korbinin Baş Nazir postunu tutmasına mane olmağa çalışır. Korbinin seçilməsinə etiraz əlaməti olaraq tanınmış şəxsiyyətlər partiyadakı fəaliyyətlərini dayandırıb. Hazırda Baş Nazir Devid Kameron Twitter səhifəsində yazıb: Fəhlə partiyası hazırda bizim milli təhlükəsizliyimizə, iqtisadi təhlükəsizliyimizə, ailə inistitutumuza qarşı bir nömrəli təhlükədir.
Korbin Yunanıstanda Aleksis Sipras kimi, İspaniyada Podemos Solçu partiyası kimi ölkənin uzun illər məhkum olduğu şəraiti dəyişməyə səy göstərən bir qüvvədir. Korbin ciddi nəzarət mexanizminə malik qloballaşma maşınının, neoliberalizmin divarlarından aşmağa müvvəffəq olmuşdur. Biz bu hərəkatı Amerikada gücləndirməliyik. Amma ən böyük imperiyada yaşadığımızdan ən böyük məsuliyyət daşıdığımızı dərk etmirik. Olsun ki, Valstrit kimi aksiyalardan keçməklə qalib gələ bilməyək. Amma bu bizim yeganə çıxış yolumuzdur. Demokratiyanın, ekalogiyanın, insan haqlarının qlobal səviyyədə məhvinə aparan bu sistemə qarşı mübarizə tarixi vəzifədir. Bizə qarşı olanlar qalib gəlsə heç bir gələcəyimiz olmayacaq.
... Amerikalı jurnalist Kris Heces 20 ilə yaxındır ki, Mərkəzi Amerika, Yaxın Şərq, Afrika, Balkanlarda çalışır. Onun fəaliyyət dairəsinə 50-dən çox ölkə daxildir. O tanınmış nəşriyyələrdə çalışıb, 15 il The New York Times-in xarici müxbiri olub.

Vilayet.nur-az.com


916 بازدید
در حال ارسال اطلاعات...