Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2015

Rəngarəng süfrələrin təhlükəsi

Din alimləri düşmənin hiylə və fəndlərini öyrənməlidir!
Ruhani və din xadimləri hər yerdə az-çox xalqın düşüncə mənbəyi və psixoloji dayağı olmuşlar. Onlar hansı böyük hadisədə rəhbər və qabaqcıl olmuşlarsa, təhlükələr qarşısında xalqın ön sıralarında hərəkət etmişlərsə, onlarla xalq arasındakı düşüncə rabitəsi artmış, insanlara təsir gücləri çoxalmışdır. Bu, İslam oyanışı hərəkatına faydalı olduğu qədər həm də ümmətin düşmənlərinə, İslama ədavət bəsləyənlərə və İslam dəyərlərinin hakimiyyətinə qarşı çıxanlara problem yaradır. Onlar dini mərkəzlərin düşüncə qaynaqlığını almağa və onların əvəzinə yeni qütblər təqdim etməyə çalışırlar. Təcrübədən bilirlər ki, onlarla milli prinsip və dəyərlər üzərindən asanlıqla bazarlıq etmək olar. Təqvalı və məsuliyyətli din xadimləri ilə isə bu mümkün deyil.
Bu, din alimlərinin vəzifəsini daha ağırlaşdırır. Onlar düşmənin hiylə və fəndlərini öyrənməli, çox diqqət və sayıqlıqla təsir yolunu tam bağlamalı və onu nakam qoymalıdırlar. Rəngarəng dünya süfrələrində əyləşmək ən təhlükəli məsələdir. Pul və güc sahiblərinin bəxşişinə bulaşmaq, ehtiras və hakimiyyət tağutları ilə duz-çörək kəsmək xalqdan ayıran, onun inam və etimadını yox edən ən təhlükəli amildir. Zəif insanları hakim qüvvələrə doğru çağıran mənəmlik və vəzifə həvəsi fəsad və azğınlığa səbəb olan amildir. Quranın bu ayəsini həmişə yadda saxlamalısınız: "Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edərik. (Ən gözəl) aqibət ancaq təqvalılara məxsusdur!" (Qəsəs, 83)

Ayətullah Xamenei

Vilayet.nur-az