Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Oktyabr 2015

BMT Argentina prezidentinin çıxışına dözməyib!

Nə vaxtdandır ki, Hizbullahı terrorist qrupların siyahısında qeyd edirsiniz, halbuki bu təşkilat Livanda bir partiya kimi rəsmi olaraq qəbul edilir
BMT-nin Baş Məclisinin 70-ci iclasında Argentinanın prezidentinin tənqid dolu atəşli çıxışı qəfil surətdə efirdən kəsilib. Suriyadakı böhranlı vəziyyətə, o cümlədən, İran və Hizbullahın İŞİD-lə mübarizəsinə qarşı tam laqeyd və əks münasibət bildirən BMT-nin Təhlükəsizlik Şurası və ona tabe Qərb blokunun mövqeyini şiddətlə pisləyən xanım Kristina Fernandezin canlı yayımı yarımçıq dayandırılıb. Xanım Kristinanın çıxışının ikinci dəfə olaraq bu il də, ardıcıl surətdə yarımçıq kəsilməyi BMT-yə böyük rüsvayçılıq gətirib. O, bu çıxışında terrorizmlə mübarizə və qətnamələrə qarşı ciddi narazılığını, burada BMT-nin haqlı olaraq suçlandığını bildirərək bir çox mühüm məsələlərə toxunub:
“Bir il əvvəlki yığıncağımızda Bəşşar Əsədin rejimini terrorist adlandıraraq bizim fikrimizcə üsyançı ünsür olanları normal müxalifət sanıb, tam himayədarlıq etdiniz. Bu gün isə həmin üsyançıların terrorist olduğu məlum edildikdən sonra onlarla nə kimi mübarizə yolları haqda müzakirəyə başlamışıq, bir halda ki, çoxları radikal idilərsə, indi daha qatı-qəddar ünsürlərə çevrilmişlər.
Nə vaxtdandır ki, Hizbullahı terrorist qrupların siyahısında qeyd edirsiniz, halbuki bu təşkilat Livanda bir partiya kimi rəsmi olaraq qəbul edilir. İranı da, o zaman 1994-cü il Argentinanın paytaxtında İsrail səfirliyində baş verən partlayış hadisəsində ittiham etsəniz də, heç vaxt tədqiqatlar belə bir rabitənin olduğunu göstərmədi. Həmçinin 11 sentyabr hadisəsindən sonra əl-Qaidə ilə mübarizə adı altında İraqla Əfqanıstana yürüş etdiyinizdən uzun illər keçməsinə baxmayaraq hələ də, bu iki ölkə t