Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Oktyabr 2015

İman, şücaət, bilik!

Cənab Rəhbərin Noşəhrdə Hərbi-dəniz Akademiyasında çıxışı
Bismillahir-Rəhmanir-Rəhim

Siz əziz gəncləri təbrik edirəm. İran İslam Respublikasının hərbi təhsil ocaqlarında müvəffəqiyyətli təhsilinizin mükafatı İmam Zaman (əc) ordusunun zabiti rütbəsini almağınızdır. Eləcə də rütbə alıb bu yola qədəm qoyan əziz gənclərə mübarək olsun deyirəm. Orduda, SEPAH-da, bütün silahlı qüvvələrdə bugünkü zabitlərin gənc siması İslam Respublikasının gələcəyinə müjdə verir.
Qurban və Qədiri-Xum bayramları günlərini yaşayırıq. Amma günümüzün cahilləri bu bayramı qanlı Mina hadisələri ilə bizim üçün əzaya çevirdilər. Ümid edirik ki, Allah-Taala İran xalqı və müsəlman xalqlardan bu fədakarlıqları, bu qurbanları qəbul edəcək. İslam ümmətinin qarşısındakı üfüq inşallah günbəgün aydınlaşacaq.
İran İslam Respublikasının ordusunda əməl meydanına daxil olan siz əziz gənclər haqqında deyiləsi söz çoxdur. Silahlı bir qüvvənin xülasə şəkildə yada salınacaq üstün cəhəti onun imanı, şücaəti və biliyidir. Bir silahlı qüvvənin mahiyyətində bu üç xüsusiyyət ən mühüm xüsusiyyətlərdəndir. Əgər şücaət olmasa silahlı qüvvə təhlükəli zamanlarda vəzifəsini yerinə yetirə bilməz. Buna qadir olmaz. Əgər iman olmasa orduda ruhiyyə zəifləyər. Bugünkü hərbi texnologiyalara baxın. Onu işlədən üçün heç bir qorxu yoxdur. Təyyarəyə əyləşir, havaya qalxıb məzlum Yəmən xalqının başına, bazarlara, məscidlərə, toy mərasimlərinə, əzadarlıq mərasimlərinə, alış-veriş yerlərinə mərmi ələyir. Əgər iman qüvvəsi, Allaha etiqad olmasa onun üçün fərqi yoxdur ki, ölüm saçan mərmiləri kimin başına endirir. Onun üçün fərqi yoxdur ki, ixtiyarındakı vasitə ilə kiminlə vuruşur. İnsanın kimliyi, ləyaqəti həmin təhlükə meydanında özünü göstərir. Məzlumlar, köməksiz insanlara qarşı əllərində silah qəhrəmandırlar. Amma öz güclərini göstərməli olduqları tarixi məqamlarda meydanda yoxdurlar. Qarşı tərəf köməksiz, zəif insan olanda şücaətə gəlirlər, təyyarələr, raketlər, ölüm saçan başqa silahlarla hücuma keçirlər. Biz kütləvi qırğın silahlarına, o cümlədən nüvə silahına, kimyəvi silaha müxalifik. Hamı bilir ki, Əmirəlmöminin (ə) döyüşlərdə qarşısında dayananların hətta gələcəyini nəzərə alır, sonra qılıncını endirirdi. Hər şeyi nəzərə almaqla bu işi görürdü. Amma iman olmayanda, şücaət olmayanda bugünkü səhnəni görürük. Əgər elm yoxsa əldəki silahlar şeytanların silahları qarşısında küt olacaq. Müasir silah lazımdır. Siz gəncsiniz, gözümüzün nurusunuz, bizim əzizimizsiniz, gələcək də sizindir. Bu məmləkət də sizin məmləkətdir. Nə qədər bacarırsınızsa bu əsas xüsusiyyətləri özünüzdə gücləndirin. İmanınızı, şücaətinizi, ixtiralarınızı, elminizi, araşdırmalarınızı qüvvətləndirin. Bu ordu da sizindir. Bir müddət sonra onun sükanı sizin ixtiyarınızda olacaq. Hərə bir nöqtədə, bir bölmədə bu işi görəcək.
Akademiyanın bu gün meydana rəhbərlik edən hörmətli komandanının hesabatı gözəl idi. Mənim də bir başqa şəkildə hesabatım var. Altı hərbi akademiya və məktəb xoşbəxtlikdən öz işini yaxşı görür, fəaliyyətləri uğurludur. Bu insanı sevindirir, amma heç bir halda kifayətlənmək olmaz. Mənim sözüm möhtərəm məsullaradır. İti gözlə eybləri, iradları, çatışmazlıqları tapın, bu təhsil ocaqlarını ali bir səviyyəyə çatdırın. Bu əziz gəncləri, bu məktəblərdə təhsil alanları və özünüzü gələcək üçün hazırlayın. Bacardığınız qədər iman, mənəviyyat, elm, ali ruhiyyəyə sahib olun.
Bu gün İran İslam Respublikasının ordusunda həm ağır döyüş texnikası, həm də təbliğat müharibəsi vasitələri var. Şeytani güclərin hökmü altında olan dünyada elələri iş başındadır ki, onlar üçün əsas maddiyyat, nəfs istəkləri, pul, dəbdəbəli həyatdır. Belə bir dünyada allahpərəst insanlar üçün təhlükə var. Hazır olmaq lazımdır, təchizatlı olmaq zəruridir. Əgər İran İslam Respublikası və onun şücaətli, inqilabçı xalqı imkan versəydi dünyanın qəsbkar gücləri onları özlərinə qatardılar. Əgər xalqımız öz kimliyini qorumasaydı, ona əhəmiyyət verməsəydi həmin güclər onu düşmən saymazdı. Zalımlar, zor əhli ona tabe olmağımızı istəyir. Kim tabe olmasa onunla düşmənçilik edirlər. Buna görə hazır olmaq lazımdır.
Siz silahlı qüvvələrin, istər ordu, istər SEPAH, istər BƏSİC, istərsə də qalan qüvvələrin hazırlığı buna görə deyil ki, döyüşdə düşmənə qalib gələsiniz. Onun digər bir mənası budur ki, məmləkət düşmənin pis niyyətindən amanda qalır. Siz hazır olanda, təchizatlı olanda, iman, elm, şücaətlə silahlananda düşmən sizə doğru pis niyyətlə addım atmağa cürət etmir. Bəli, hədə-qorxu gəlir, dili işləyir. Amma İran xalqı 40 ilə yaxın müddətdə göstərdi ki, güclüdür, iqtidarlıdır, şəxsiyyətlidir, gövhərli və covhərlidir, möhkəm dayanıb. 8 illik müqəddəs müdafiə bir nümunə oldu.
Mənim əzizlərim, müqəddəs maharibədə baş verənləri ustadlardan, o dövrü görənlərdən eşitmisiniz. Gedin həmin ərazilərə baxın. Hərbi baxımdan əməliyyat planlarını, fədakar addımları nəzərdən keçirin. Görün nələr olub. İran xalqı özünə əbədi bir şəxsiyyət qazanıb. Demək, silahlı qüvvələrin iqtidarı həm də önləyici əhəmiyyətə malikdir. Bu gün böyük kapitalist dünyada, böyük şirkət sahibləri, supergüclər elm və təbliğat vasitələri ilə silahlanaraq dünya siyasətinə zor göstərir, hökmranlıq edirlər. Hansı xalq öz ayağı üstə durmaq, müstəqil olmaq istəyirsə onu hədəfə alırlar. Bəzi ölkələr duruş gətirir, bəzi ölkələr qismən bu işi görür, bəziləri sadəcə dözür. Bəziləri də buna tap gətirmir. İran İslam Respublikası göstərdi ki, dözümlüdür, agahdır, bəsirətlidir, öz şəxsiyyətinə hörməti var və şəriətə ehtiramı var. Dünya imperializminin qarşısında dayanmaq bəşəriyyətə ehtiramdır. Ona qarşı çıxmaq bütün xalqlara, bütün insanlara ehtiramdır. Bəli, diş qıcıdırlar. Amma mömin insanların möhkəm yumruğu onları geri çəkilməyə vadar edir. Həmişə belə olub. Bundan sonra da belə olacaq.
Minadakı son hadisələr barədə də bir neçə cümlə deyim. Bu hadisə iki baxımdan bizim üçün əza, müsibət oldu. Bir tərəfdən yüzlərlə əziz hacımız məzlumcasına, təşnə halda dünyasını dəyişdi. Onların ailələri arzulayırdı ki, əzizləri həcdən qayıtsın, onları ağuşlarına alsınlar. İndi onların cənazələrini qəbul etməli olublar. Bu böyük müsibətdir. Hələ də həlak olanların bir qismindən xəbər yoxdur. Bu sırada da bir neçə yüz insan olması mümkündür. Bu millətin sözün həqiqi mənasında bir müsibətidir. İkinci nöqtə İslam dünyasına aiddir. Bizə verilən məlumata görə, İslam dünyasından, müxtəlif ölkələrdən 5 mindən artıq insan həlak olub. Həcc əmin-amanlıq yeridir. Quran buyurur ki, kəbə evini İslam ümmətinin toplantısı üçün məhəl, əmin-aman yer qərar verdik. Kəbə əmin-aman olmalıdır. Hanı əmin-amanlıq?! Həcc mərasiminin gedişində insanların həyatını itirməsi əmin-amanlıq, təhlükəsizlikdir?!
Bu məsələ araşdırılmalıdır. Mən hadisənin səbəbləri barədə araşdırmasız mühakimə yürütmək istəmirəm. İslam dünyasından, o cümlədən bizim ölkəmizdən kimlərsə oraya getməli, hadisə yerində araşdırma aparmalıdır. Aydınlaşdırmalıdırlar ki, hadisənin səbəbi nədir. Bu qətidir. Bu bir qrup yaralı qarşısında hər bir dövlət, hər bir millət, hər bir həkim, hər bir tibb işçisi, mənəviyyatlı insanın vəzifəsidir. Buna əməl olunmayıb. Xəstəxanalarda, konteynerlərdə xəstələrin vəziyyəti nəzərə alınmayıb, üzülmüş, susuz adamlara diqqət göstərilməyib. Bu gün də həlak olanların cəsədinin öz ölkəsinə göndərilməsində problemlər var. Ölkəmizin məsulları bu işlə məşğuldur. Onlar fəaliyyət göstərib, çalışıblar. Bu fəaliyyətlər davam etdirilməlidir. Amma Ərəbistanın məsulları öz vəzifəsinə əməl etmir. Bəzən əksinə, vəzifələrinə zidd mövqe tuturlar.
Əgər ölkəmiz, millətimiz əziyyət verən ünsürlər qarşısında dayansa, reaksiya göstərsə onların vəziyyəti yaxşı olmayacaq. Bu günə qədər təmkinli davranmışıq. Müxtəlif hadisələr zamanı səbirli olmuşuq. İran İslam Respublikasının imkanları çoxlarından genişdir. Bizim gücümüz, imkanlarımız çoxlarından böyükdür. Bilirlər ki, İran İslam Respublikası ilə qarşı-qarşıya gəlsələr ona rəqib olmaq gücündə deyillər. Biz İslam əxlaqına, İslam ümmətinin qardaşlığına hörmət olaraq dayanmışıq. Buna reaksiya göstərə bilərdik. Əgər reaksiya göstərəsi olsaq, bu çox sərt olacaq.
İran xalqını sınağa çəkdilər. 8 illik müharibədə şərq və qərbin zorluları əl-ələ verib bir xəbis ünsürü himayə etdilər. Hamısı bundan zərbə aldı. Həmin ünsür özü sillə yedi. Onu müdafiə edənlərin hamısı sillə yedilər. İranı tanıdılar. Əgər tanımadılarsa tanısınlar.
Bu gün 10 minlərlə əzizimiz Məkkə və Mədinədədir, həcc mərasimlərindədir. Onlara qarşı zərrəcə hörmətsizlik edilsə bu bizim reaksiyamıza səbəb olacaq. Həlak olmuş əzizlərimizin cəsədlərinə münasibətdə vəzifələrini yerinə yetirməsələr biz cavab verməli olacağıq. Diqqətli olsunlar, vəzifələrini yerinə yetirsinlər. Əlbəttə ki, iş bununla başa çatmır, qaranlıq nöqtələr aydınlaşdırılmalıdır. İran İslam Respublikası zülm əhli deyil, zülmü də qəbul etmir. Biz kimsəyə zülm etmirik, kiminsə də zülmünə boyun əymirik. Biz bütün insanları, müsəlman və qeyri-müsəlmanların hüquqlarını tanıyırıq. Onların haqqı var və biz onların hüquqlarını pozmarıq. Amma kimsə İran xalqının, İran İslam Respublikasının hüquqlarına əl uzatsa, onunla necə rəftar edəcəyimizi bilirik. Sərt rəftar edəcəyik. Həmd olsun Allaha bunun üçün güc var. İran xalqı güclü xalqdır. İran İslam Respublikası möhkəm, sabit iqtidara malikdir. Özümüzü müdafiə edə bilərik.
Əziz gənclər! Ləyaqət, əzəmət, islami şəxsiyyət, iranlı kimlik səhnəsi elə bir səhnədir ki, bu səhnədə şücaət, fədakarlıq, elm, dərin iman lazımdır. Özünüzü hazırlayın. Bu sözlər bütün gənclərə ünvanlanıb. Amma daha çox silahlı qüvvələrdə olan siz gənclər bu sözləri dinləməlisiz. Özünüzü hazırlamalısınız. Möhkəm olun, sözün həqiqi mənasında sipər olun. İşarə olunub ki, silahlı qüvvələr məmləkət, millət üçün sığınacaqdır. Sözün həqiqi mənasında onu düşməndən qoruyan bir divardır.
Pərvərdigara! Bütün İran xalqı, bütün gənclər, bu əziz cavanlar, bütün silahlı qüvvələrimiz üzərinə öz lütf və mərhəmətini, hidayətini nazil et.

Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatuh.

Vilayet.nur-az.com


1248 بازدید
در حال ارسال اطلاعات...