Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2014

İki dirhəmin sirri

Həzrət Peyğəmbərin (s) səhabələrindən olan Səd çox kasıb idi. O bütün namazlarını Peyğəmbərin (s) arxasında qılardı.
Həzrət Peyğəmbər (s) onun fəqir olmasından çox narahat idi. Bir gün ona vəd verir ki, əgər əlimə pul gəlsə sənin bu vəziyyətdən çıxmağına köməklik edəcəm. Bir müddət keçir, amma puldan xəbər olmur. Sədin bu vəziyyətinə Peyğəmbər (s) daha da narahat olur. Bu vaxt Cəbrail nazil olur. Özü ilə iki dirhəm gətirib Peyğəmbərə ərz edir: Allah-Taala buyurur: “Biz sənin Sədin fəqir olmasına görə narahatlığından xəbərdarıq. Əgər istəyirsənsə Səd bu vəziyyətdən çıxsın bu iki dirhəmi ona ver və de ki, alver etsin.”
Həzrət Peyğəmbər (s) iki dirhəmi alır və günorta namazı qılmaq üçün evdən çıxır. O həzrət, Sədi onu məscidin hücrələrinin birində gözlədiyini görür.
Buyurdu: “Ticarətlə məşğul ola bilərsən?”
Ərz etdi: “Allaha and olsun ki, ticarət üçün pulum yoxdur.”
Peyğəmbər (s) iki dirhəmi ona verib buyurdu: “Bu iki dirhəmi əlində sərmayə et və alverlə məşğul ol.”
Səd pulu Peyğmbərdən alır və namaz qılmaq üçün məscidə gedir. Beləliklə, Səd alverlə məşğul olmağa başlayır. Allah-Taala onun ticarətinə bərəkət əta edir. Bir dirhəmə aldığını, iki dirhəmə satırdı. Günbəgün sərmayəsi artırdı. Belə ki, məscidin dükanını alır və öz mallarını orada satmağa başlayır. Başı o qədər ticarətə qarışır ki, Bilal azan verəndə daha namaza tələsmirdi. Baxmayaraq ki, maddi vəziyyəti pis olanda azandan qabaq namaza hazırlaşardı.
Həzrət Peyğəmbər (s) buyurdu: “Ey Səd, başın dünya malına yaman qarışıb, daha dini vəzifəni yerinə yetirmirsən.”
Dedi: “Nə edim, mallarımı xarab edə bilmərəm. İstəyirəm ki, satılan malların pulunu yığım və o biri tərəfdən də dükan üçün aldığım malların pulunu verib götürməliyəm.”
Peyğəmbər (s), Sədin düşdüyü bu hala çox narahat olur. Bu an Cəbrail nazil olub ərz edir: Allah-Taala buyurur: “Sənin narahatlığından agahıq. Səd üçün hansı halı rəva bilirsən?”
Həzrət Peyğəmbər (s) dedi: “Keçmiş halı (fəqirlik) onun üçün yaxşı idi.”
Cəbrail dedi: “Bəli, insanın dünyaya bağlılığı onu axirətdən qafil edir. İndi ona verdiyin iki dirhəmi geri al.”
Peyğəmbər (s) Sədin yanına gedib buyurdu: “Sənə verdiyim iki dirhəmi qaytarmırsan?”
Ərz etdi: 200 dirhəm də istəsəniz verərəm.
Buyurdu: “Xeyr, aldığın iki dirhəmi istəyirəm.”
Səd iki dirhəmi Peyğəmbərə (s) qaytarır. Çox  keçmir ki, Sədin maddi vəziyyəti əvvəlki vəziyyətə qayıdır.

Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov


1268 بازدید
در حال ارسال اطلاعات...