Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2015

Qədiri-Xum sekulyarizm üzərindən xətt çəkdi!

Höccətülislam vəlmüslimin Rəcəbi Qədiri-Xum hadisəsi haqqında danışır
Qədiri-Xum hadisəsi İslam dininin dünyəvi, ictimai-siyasi, dövləti mövzularda göstərdiyi yolun mühüm hissəsidir. Cənab Rəhbər Ayətullah Xamenei Qədiri-Xum hadisəsinin ictimai-siyasi məsələləri ilə sekuliyarizmin münasibətləri barədə buyurur: “İslamı ictimai-siyasi məsələlərdən ayırmağa çalışanlar, İslam dinini şəxsi məsələlərlə məhdudlaşdıranlar əslində İslama sekulyar baxırlar. Düşmən və düşmən təbliğatının uzun illər işi bu baxışı müsəlmanlar arasında yaymaq olub. Qədir hadisəsi buna cavabdır.” Höccətülislam vəlmüslimin Mahmud Rəcəbi ilə sekulyarizmin vilayətə qarşı olması mövzusunda söhbətləşirik. Cənab Rəcəbi İmam Xomeyni (r) adına Təhsil və Araşdırma İnstitutunda rəis müavinidir.

Sual: Şiə təfəkküründə Qədir hadisəsinin yerini necə görürsünüz?

Cavab:
İslam ümməti, hətta bəşəriyyətin taleyində çox həssas və mühüm hadisələrdən biri Qədiri-Xum bayramıdır. Qədiri-Xum Həzrət Əlinin (ə) vilayətinin elan olunduğu hadisədir. Qədir hadisəsi İslam tarixinin inkar olunmaz hadisələrindəndir. Əllamə Əmini dəyərli “Əl-Qədir” kitabında bu tarixi hadisə ilə bağlı mötəbər sənədlər toplamışdır. Beləcə Qədiri-Xum hadisəsinə münasibətdə heç bir şübhəyə yer qalmır.
Qədir hadisəsi təkcə şiələrə məxsus deyil. O bütün müsəlman ümmətə aid olan məsələdir. Çünki Qədir İslam dininin bünövrə məsələlərindəndir. Ayə və rəvayətlərdə bu mövzu ilə bağlı təbirlərlə rastlaşırıq. Maidə surəsinin 67-ci ayəsində oxuyuruq: “Ey Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil olanı təbliğ et. Əgər bunu etməsən, risalətini yerinə yetirməmisən. Allah səni insanlardan qoruyacaq. Həqiqətən Allah kafir camaatı düz yola yönəltməz.” Bu mübarək surənin 3-cü ayəsində oxuyuruq: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım. Sizin üçün din olaraq İslamı bəyənib seçdim.” İslamın başqa prinsipləri mövzusunda araşdırmalarda bu təbirlərlə rastlaşmırıq. Kafi kitabında İmam Baqirdən (ə) belə nəql olunur: “İslamın 5 əsası var: namaz, zəkat, oruc, həcc və vilayət...” Hədisin davamında vilayətin əhəmiyyəti bir daha vurğulanır.
Qədir hadisəsi bəzilərinin düşündüyü kimi şiələrə məxsus olan bir hadisə deyil. Onu sadəcə tarixi hadisə də saymaq olmaz. Həmin gün vilayət məsələsi İslam dininin prinsipi olaraq bəyan edilib. Qədir hadisəsi İslam dininin Quran və rəvayətlərdə kökü olan proqramlarındandır. Bu gün bütün müsəlmanlara aiddir. Vilayət məsələsinin elan edilməsi ilə İslam ümmətinin taleyi müəyyənləşdirildi. Qədir hadisəsi dünya müsəlmanları arasında düşüncə və əməldə vəhdət mənbəsi ola bilər.

Sual: Cənab Rəhbər Ayətullah Xamenei söhbətlərindən birində belə buyurur: “İslamı ictimai-siyasi məsələlərdən ayırmağa çalışanlar, İslam dinini şəxsi məsələlərlə məhdudlaşdıranlar əslində İslama sekulyar baxırlar. Düşmən və düşmən təbliğatının uzun illər işi baxışı müsəlmanlar arasında yaymaq olub. Qədir hadisəsi buna cavabdır.” Bəs ictimai-siyasi məsələlərlə Qədir hadisəsi arasında nə əlaqə var?

Cavab:
Sekuliyarizmin dərəcələri, mərtəbələri var. Həzrət Əlinin (ə) Qədir günü təyinatı sekulyarizmin bütün mərtəbə və dərəcələrini rədd etdi. Sekulyarizmin birinci dərəcəsi budur ki, din insanların axirəti üçündür, Allah-bəndə rabitələrini əhatə edir, dünyəvi işlərlə əlaqəsi yoxdur, dünya həyatı üçün proqram irəli sürməyib. Bu baxışa əsasən, İslamın hətta fərdi məsələlərdə göstərişləri yalnız axirətlə bağlıdır. Bu fərdi məsələlər Allaha ibadət çərçivəsindən çıxmır.
Sekulyarizmin ikinci dərəcəsi budur ki, din dünya məsələlərini əhatə etsə də yalnız fərdi məsələlərdə məhdudlaşıb və ictimai məsələlərə müdaxilə etmir. Sekulyarizmin bu mərtəbəsində deyilir ki, dinin ictimai həyatın idarə olunması üçün proqramı yoxdur. Dünya həyatına müdiriyyət ağıl və bəşər təcrübəsinin ixtiyarına verilir.
Sekulyarizmin üçüncü dərəcəsi siyasi məsələlərə, hökumət məsələlərinə aiddir. Bu mərtəbədə olan sekulyarizm iddia edir ki, din siyasətdən ayrıdır. Siyasət dünyaya aid olan bir mövzudur, insan özü bu sahədə proqram hazırlamalıdır və onu icra etməlidir. Dinin hakimiyyət və siyasətlə bağlı proqramı yoxdur və din bu məsələlərə müdaxilə etməməlidir!!
Əvvəlcə Qədir hadisəsi və vilayətin elan olunmasını düzgün təsəvvür edə bilmərik. Əmirəlmöminin Əlinin (ə) Həzrət Peyğəmbər (s) tərəfindən təyinatı şəxsi bir məsələ deyildi. Həzrət Peyğəmbər (s) Allahın göstərişi ilə bu məsələni elan etdi. Hətta İslam hakimi, cəmiyyətə rəhbər olan peyğəmbərin özündən sonra üçün hakim təyin etmək ixtiyarı yoxdur. Özündən sonra üçün hakim təyinatı peyğəmbər tərəfindən elan olunan dini məsələdir. Yəni hakimiyyət və hakim mövzusu dini mövzudur. Bu dinin əsas hissələrindəndir. Hətta Peyğəmbərin (s) bütün risaləti bu mövzu ilə şərtlənir. Peyğəmbər (s) isə dinin bu mühüm prinsipini elan etməyə vəzifəlidir.
Bu mövzu ilə bağlı Peyğəmbər (s) müstəqil şəkildə qərar çıxara bilməz. Bu məsələ dinin digər məsələləri kimi Allah tərəfindən müəyyən olunur. Demək, İslamda dünya işləri, bəşəriyyətin ictimai həyatı, siyasət və hakimiyyət məsələləri barədə proqramlar var.
Əmirəlmömininin (ə) təyinatı dini təlimlərin dünya həyatını əhatə etdiyini göstərir. Bütün ictimai işlər dini müdiriyyət çərçivəsində həyata keçir. Hakimiyyət sistemi bəşəriyyətin dünya və axirət səadəti üçün təyin olunmuş yol xəritəsinin bir hissəsidir. Mərhum Müdərrisin təbirincə bizim dinimiz eynən siyasətimizdir, siyasətimiz eynən dinimizdir. Demək, Həzrət Əlinin (ə) təyinatı bütün sekulyarizmin rədd edilməsidir. Bu təyinat sekulyarlaşdırılmış islamı qəbul etmir, onun bütün dərəcələrinə yox deyir.
İlkin İslam dövründə baş verən hadisələr, Əmirəlmömininin (ə) təyinatı ilə bəzilərinin razılaşmaması sekulyarizmin İslamda başlanğıc nöqtəsi oldu. Həzrət Əlinin (ə) imamət və vilayət məqamından kənarlaşdırılması sekulyarizmin başlanğıcı idi. Həzrətin vilayət məqamına təyin olunması sekulyarizm üzərindən çəkilən xətdir. Xüsusi ilə dinin siyasətdən ayrı olması məsələsi!

Sual: Nə üçün İslam maarifinin icrasında hökumət qurulması zəruridir?

Cavab:
Öncə qeyd etdim ki, əqli dəlillərə və dini baxışa əsasən, Allah-Taala dünya və insanın yaradıcısıdır. İnsanların nəyi varsa Allahdandır. Bu əsasla hakimiyyət hüququ zatən Allaha məxsusdur. Kimsədə zatən hakimiyyət hüququ yoxdur. Mütləq hakimiyyət üçün bir şeyə malik, sahib olmaq lazımdır. İnsanın isə heç nəyi yoxdur, nəyi varsa Allahdandır. Beləcə, hakimiyyət haqqı da Allaha məxsusdur. Təbii ki, Allah-Taala bu hüququ kiməsə həvalə edə bilər. Ağıl və dini baxışa görə hakimiyyət haqqı Allaha məxsusdur və Allahın təyinatı ilə kimlərəsə tapşırıla bilər.
Başqa bir tərəfdən, dini təlimlərə əsasən, yalnız peyğəmbər, peyğəmbərdən sonra məsum imamlar, məsum imamın qeybi dövründə Vilayəti-fəqih ilahi hakimiyyəti təmsil edə bilər. Demək siyasi hakimiyyət hüququ yalnız peyğəmbər, məsum imamlar və Vilayəti-fəqihə aiddir.
Amma dini təlimlərin siyasi hakimiyyətlə şərtlənməsi buna görədir ki, əqli baxımdan cəmiyyətin hakimi olmalıdır. Hakimiyyət və hakimin cəmiyyət üçün faydaları var. Cəmiyyətdə hakimin olmaması hərc-mərcliyə səbəb olur, hakimiyyətin yaranması ilə bir nizam yaranır. Digər tərəfdən, İslam təlimlərində ictimai hökmlər var və bu hökmlər icra olunmalıdır. Həmin hökmləri yalnız hakimiyyət icra edə bilər. Əgər dini hökumət qurulmasa həmin hökmlər icra olunmamış qalacaq. Çünki insanların eqoistliyi, mənfəətpərəstliyi dini hökmlərin icrasına mane olur. Əgər dini hakimiyyət yaranması zəruri olmasaydı Quran və rəvayətlərdə ictimai hökmlər bəyan olunmazdı.
İnsan ictimai varlıqdır, dinlə, xüsusi ilə İslam dini ictimai insanın hidayəti üçün gəlmişdir. Din insanı bütün istiqamətlərdə yönəltmək məqsədi daşıyır. İnsanın fərdi və ictimai yönü orqanik şəkildə bir-birinə bağlıdır. Özünü tənhalığa çəkmiş insan da öz ictimai yönlərini gizləyə bilməz. Ümumiyyətlə insanın tam təcrid olması mümkünsüzdür. İnsanın bütün fəaliyyətlərində ictimai yön var. İslam bu məqsədlə insan üçün ictimai proqram nəzərdə tutub. Əllamə Təbatəbai buyururdu ki, İslam bütün baxımlardan ictimaidir. İctimai bir insan tərbiyə etmək istəyən din təbii ki, bu sahədə proqramlara malikdir.
Ayə və rəvayətlərə nəzər saldıqda görürük ki, kifayət qədər ictimai hökmlər və təlimlər mövcuddur. Dini təlimlərdə həm də hakimiyyətin, hakimin xüsusiyyətlərindən danışılır. Təbii ki, İslam ilahi təlimlərin həyata keçirilməməsi ilə razılaşmır. Buna görə dini mətnlərdə ictimai hökmlər gəlib. Bu hökmlər icra olunmalıdır, həm də onun icraçısı üçün şərtlər nəzərdə tutulub. Bütün bu şərtlər ödəndikdə hakimiyyət qurulması zəruri olur. Müsəlmanlar zalım hakimə üz tutmamalıdır. Demək, cəmiyyətə İslam qanunları hakim olmalıdır.

Sual: Bəziləri bu fikirdədir ki, dini hökumət insanların axirət ehtiyacını təmin etməyə vəzifəli deyil. Başqa sözlə, İslam hökuməti insanları behiştə aparmaq məsuliyyəti daşımır. Bu baxış nə dərəcədə düzgündür?

Cavab:
Ümid edək ki, belə danışan insanlar həmin sözün mahiyyətini anlamır. İslamda cəza qanunları var. Məsələn qisas hökmü var. Qisas hökmü icra olunmalıdır. Onun icrasında cəmiyyəti günahdan çəkindirmək təsiri varmı? Biz həm əqli, həm təcrübi baxımdan deyə bilərik ki, istənilən bir cəza qanununda önləyici, günah və cinayətin qarşısını alan təsir var. Məgər önləyici təsir insanın axirətinə təsir deyilmi?! Əgər bir qanun insanı günahdan çəkindirirsə, onun cəhənnəmə yolunu bağ