Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2015

SEPAH hər an Ali-Səuda qəfil və ağır zərbə endirməyə hazırdır!

SEPAH Ali-Səuda qəfil və ağır zərbə endirməyə hazırdır və Ali Məqamlı Rəhbərin əmrini gözləyir
İran İslam Respublikası SEPAH korpusu baş komandanı general-mayor Məhəmmədəli Cəfəri bildirib ki, Ali Rəhbərin son qəti mövqeyinə uyğun olaraq SEPAH Minada törədilən ağır faciəyə, o cümlədən, canını əldən verən yüzlərlə vətəndaşımızın haqqının yerdə qalmamasına cavab olaraq Ali-Səuda qəfil və ağır zərbə endirməyə hazırdır və onun əmrini gözləyir. SEPAH müsəlmanların, həmçinin xalqımızın izzət və şərəfi naminə zərurət tələb etdiyi halda zaman və məkanından asılı olmayaraq böyük qətiyyət və yenilməzliklə Ali-Səudun qəddar və nadan hakimlərinə möhkəm zərbə endirəcək və onlardan kəskin intiqam alacaq. Bütün dünya müsəlmanları artıq Əbu Ləhəb sifətli Ali-Səudun xəyanət və irticasından, məzlum Yəmən xalqına amansız divanından, saysız-hesabsız suriyalını didərgin salmasından, bəhreynlilərə qan uddurmasından, İraqda firqələr arasına fitnə salmağından, o cümlədən, regionda terrorizmi yetişdirməyindən cana doyub və tezliklə onlar bu qəzəbin odunda mum kimi əriyəcəklər.


Nur-az.com/shia-news


1207 بازدید