Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Oktyabr 2015

“Amerikaya ölüm” sınanmış şüardır

Nə üçün Obama İranın “Amerikaya ölüm” şüarından bu qədər narahatdır?
İran xalqının iftixar yaradan anti-imperialist tarixi

“Hizbullah xətti” nəşriyyəsinin yazılarından

ABŞ prezidenti Barak Obama BMT-nin iclasında dedi: “İran xalqının qürur doğuran tarixi var. Amma “Amerikaya ölüm” şüarı onlara məşğulluq və rahatlıq gətirmir. Əgər İran başqa bir yol seçsə, bu yol regionun, İran xalqının və dünyanın təhlükəsizliyi üçün faydalı olacaq.” Maraqlıdır ki, nə üçün Obama İranın “Amerikaya ölüm” şüarından bu qədər narahatdır? Bu suala İmam Xomeyni (r) cavab verib: “Biz bütün şüarlarımızı meydanda göstərmişik.”
1. “Amerikaya ölüm” şüarı İran xalqının tarixi yaddaşından götürülmüş şüardır. Bunun səbəbi Amerikanın imperialist rəftarları, bu rəftarların hazırki dövrdə də davam etməsidir. Kapitulyasiya qanunu, İranın sərnişin təyyarəsinin vurulması, neftin milliləşməsinə qarşı qiyam, hətta son müzakirələrin bir faydası bu olub ki, Amerikanın İran xalqına və İslama düşmən olduğu üzə çıxıb... Amerikaya ölüm şüarını İran xalqına öyrədən olmayıb... Bu şüar məzlum, əzilən xalqların ürək sözüdür!
2. Əgər Amerikaya ölüm şüarı təsirsizsə, öz işini görmürsə, nə üçün Amerika təsirsiz saydığı bir şüarı aradan qaldırmağa çalışır? Bəlkə bunun səbəbi bu gün həmin şüarın daha çox ölkələrdə dilə gətirilməsidir? Bəlkə dünya imperializmi onun buynuzunu sındırmış İran xalqını və İran xalqının qəhrəmanlığından ilhamlanmış millətləri şübhəyə salmaq istəyir? Casus şəbəkəsi işini görən Amerika səfirliyinin ələ keçirilməsi, Misir hadisələri göstərdi ki, ölkə daxilindəki istibdadı müdafiə edən xarici qüvvə ilə mübarizə aparmadan təkcə bu istibdadla mübarizə aparmaq faydasızdır... Bütün bunları son dövrdə baş vermiş inqilablarda gördük. Buna görə də qərbpərəstlər Amerikanı bəzəməyə, dünya imperializminin cinayətlərini ört-basdır etməyə çalışır. Bu cərəyanın iki məqsədi var. Biri İmam Xomeyninin (r) prinsiplərini təhrif etməkdir. Onlar İmamın sözlərini öz istədikləri kimi yozmaqla meyarı dəyişmək istəyir. İkincisi, anti-imperialist düşüncəni aradan qaldırmaqdır. Əgər bu cərəyan öz məqsədinə çatsa, haqla-batil, ədalətlə zülm arasındakı fərq diqqətdən itəcək. Bu zaman Amerika çox rahatlıqla ölkələrə nüfuz edib, xalqlara hakim ola biləcək.
3. Obama iddia edir ki, Amerikaya ölüm şüarı İranın təhlükəsizliyini artırmır. Bu sözün nə dərəcədə doğru olduğunu bilmək üçün Amerikaya ölüm şüarı səsləndirməyən məntəqə ölkələrinin vəziyyətinə baxmaq lazımdır. Bütün bunlar Obamanın sözünün nə dərəcədə həqiqi olduğunu göstərir. Əminliklə deyə bilərik ki, bu gün İranı region və dünya ilə müqayisədə qibtə olunası təhlükəsizliyinin əsas bir səsəbi Amerikaya ölüm şüarıdır. Bu şüarın sədaları işğalçı sionist rejimin sərhədlərinə də çatıb. Amerikaya ölüm şüarı nəinki İranın təhlükəsizliyini, hətta bir çox xalqların təhlükəsizliyini gücləndirib. Amerika müxtəlif bəhanələrlə, demokratiyanın bərpası bəhanəsi ilə ölkələrə təcavüz edir. Müqavimət cəbhəsini möhkəmləndirən İranın Amerikaya ölüm şüarı olub. Onları narahat edən İranın nüfuzunun artmasıdır. İran İslam Respublikasının məsulları diqqətli olmalıdırlar ki, ötəri hadisələr, tələsikliklər ölkənin strateji xəttinə zərbə vurmasın. Anti-imperialist ruhiyyəsini, müqavimət cəbhəsinin ruhiyyəsini qorumaq lazımdır. Onlar həqiqi istinad nöqtəsini kənara qoyub xəyali bir nöqtəyə ümid etməməlidirlər.
4. Obama deyir ki, Amerikaya ölüm şüarı sizə məşğulluq yaratmır. O buna oxşar sözləri 2 il öncə İran iqtisadiyyatından danışarkən deyib. Əlbəttə bu sözlərdən çox ötməmiş Amerika büdcəsində yaranan problemlərlə bağlı 16-17 gün Amerika dövləti tətilə çıxdı, 800 min işçi məcburi ezamiyyətə göndərildi. Bu gün Amerika əhalisinin 47 faizi ağır borc içindədir, heç bir sərvətə malik deyil. Amerikanın 400 varlı ailəsi, onun 62 faiz əhalisinin sərvəti qədər sərvətə malikdir. Belə bir vəziyyətdə olan ölkənin prezidenti hansı əsasla İranın iqtisadiyyatından danışır?! Düzünə qalsa, xalq başa düşüb ki, iqtisadiyyatda yaranan çətinliklərin səbəbi Amerikaya ölüm şüarına bir müddət əməl edilməməsidir. Biz hələ ki, nəzəri və əməli baxımdan xaricdən asılılığı dayandıra bilməmişik. Əgər 20 il öncə neftdən asılılıqla bağlı xəbərdarlıqlara əhəmiyyət versəydik. Bu vəziyyət yaranmazdı. O zaman bu sözü ciddiyə almamaq əvəzinə, neftdən asılı olmayan iqtisadiyyatı dirçəltmək yolu tutulsaydı, bugünkü problemlər yaşanmazdı. Bizim iqtisadi problemlərimizin səbəbləri Amerikaya ölüm şüarı deyil. Bu şüara əməl etməməyimiz iqtisadi problem yaradıb. Amerikaya ölüm şüarını meydanda tətbiqinə nail olsaq iqtisadi problemlər də aradan qalxacaq.

Vilayet.nur-az.com


1143 بازدید