Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Oktyabr 2015

Bir amerikalının cənazəsi neçəyədir?

Amerika təkcə son əlli il ərzində dünyanın müxtəlif məntəqələrində törətdiyi terror aktları və cinayətlərə görə, ölkənin bütün var-dövlət və büdcəsini xəsarət versin
Niyə İran pulunu ödəməlidir?

İran İslam İnqilabının qələbəsinin ilkin illərində Livanın cənubunda Hizbullah neçə amerikalını böyük məharətlə o dünyaya vasil edir. Bu əməliyyatlar artdıqca, nəhayət, Amerika və İsrail naümid olaraq Livanın cənubundan geri çəkilməli olurlar və bu ərəfələrdə Hizbullah böyük müvəffəqiyyətlər qazanır.
Maraqlıdır ki, bu hadisənin üzərindən illər ötdükdən sonra hadisədə ölənlərin valideynləri Amerikanın məhkəmə orqanlarına şikayət edərək onların xəsarətini tələb ediblər. Kimdən? İrandan! Niyə? Çünki İran Hizbullahın hamisidir, Hizbullah terrorist təşkilatı sayılır, ona görə də, İran xəsarət ödəməlidir!
Bu gülünc iddiaya baxmayaraq şikayət edilən məhkəmə orqanlarında hadisə ilə əlaqədar akt açılıb və akt üzrə Konqresin Nümayəndələr Palatası da, protokol tənzimləyərək 43 milyard dollar məbləğində xəsarətin hal-hazırda İranın beynəlxalq hesablarında dondurulmuş büdcəsindən çıxılmasını irəli sürüblər.

Qarşıya çıxan suallar:
1. Bir amerikalı vətəndaşın cənazəsi neçəyə hesablanıb ki, kompensasiya üçün bu qədər böyük məbləğ təyin edilib?
2. Əgər bu qiymət doğrudursa, onda gərək Amerika öz dəniz donanmasının o zaman raketlə vurduğu İran sərnişin təyyarəsinin xəsarətinə görə, 200 milyard dollar zərər ödəməlidir. İndiyə qədər ödəyibmi? Xeyr!
3. Əgər Amerika doğrudan da, zərər ödəmə prinsipinə mötəqiddirsə, onda İraq və Əfqanıstana təcavüz edərək minlərlə insanı qətliam və didərgin saldığına görə ödəməli olacaq xəsarətin miqdarını hesablamaq heç mümkünmü?! Bu ölkələrə gecə-gündüz Amerikanın su, quru və hava qoşunlarından yağdırılan bombaların vurduğu xəsarəti hansı orqan və məhkəmədə tələb etmək olar?
4. Yarım əsrə yaxındır ki, qondarma İsrail rejimi Amerika və İngilisin himayəsi altında Fələstin millətinin başına olmazın zülm, işgəncə, terror, didərgin salma,