Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2013

Oğlan-qız rabitələri

Sual: Günün aktual məsələlərindən olan oğlan-qız rabitələrində (boyfriend  and girlfriend) hələ də mübahisəli nöqtələr çoxdur. Oğlan-qız rabitələri deyəndə məhrəm-naməhrəm məsələlərimi nəzərdə tutulur? Bu fiqhin sualıdır. Bu mövzuda hansı cinsdən olmağın mühümlüyü, subay kişi ilə subay qadın münasibətləri əsas nöqtələrdir.

Doktor Məhəmmədtəqi Kərimi:

Bəzən cəmiyyətin bu mövzuda fikirləri mütəxəssislərin fikirlərindən fərqlənir. Gənclər soruşur ki, oğlan-qız rabitələrində nə problem var?! Cavab budur ki, zəruri həddə və şərtlər daxilində rabitələrdə problem yoxdur. Təəssüf ki, nə hədd, nə də şərt gözlənilir.

Fiqhə görə, qadın naməhrəm kişilərlə yalnız zərurət zamanı ünsiyyətdə olsa yaxşıdır. Mütəxəssislər də oğlan-qız rabitələrində zəruri halları əsas götürürlər. Gəncliksə belə düşünmür. Gənclərin toplumunda elə problemlər var ki, əksər mütəxəssislər bu problemlərdən qəflətdədir.

Öncə qeyd etməliyik ki, oğlan-qız rabitələrində yeni hadisələr qeydə alılnmaqdadır. Bu günkü rabitələr yarım əsirki rabitələrdən köklü şəkildə fərqlənir. Mövzuya öncə tərif vermək, sonra təhlilə başlamaq lazımdır. Öncə qeyd edək ki, bu rabitələrdə əhəmiyyətli olan rabitənin özüdür. Fərq yoxdur ki, rabitə hansı məqsədlə baş tutur. Xəstəxanada gecə növbəsində kişi ilə qadının yanaşı növbə çəkməsindən danışmırıq. İstənilən bir şəraitdə rabitələrin təsirləri mövzumuzdur. Biz adətən bütün sahələri kənara qoyub ictimai yerlər və təhsil ocaqlarını hədəfə alırıq. Hansı ki uyğun rabitələrin yaranması üçün nəzərimizdən qaçan məqamlar çoxdur. Kimsəyə gizli deyil ki, hansı məqsədlə yaranmasından asılı olmayaraq bu rabitələrin cinsi problemlə sonuclanması təhlükəsi var. Cəmiyyətdə də oğlan-qız rabitələri deyəndə təsəvvürə gələn ilk şey cinsi rabitələrdir. Hazırda cinsi azadlıq adı altında qərbi bürümüş oğlan dost-qız dost hadisəsi əslində əxlaqsızlığın tərkib hissəsidir. Əksər mütəxəssislər oğlanın qız, qızın oğlanla dostluğunu normal saymır və bu dostluqda cinsi problem görür.

Ən pisi budur ki, öncə cəmiyyətdə etirazla qarşılanan bir hadisə zaman ötdükcə adiləşir, hətta başlanğıcda ona müxalif olanlar sonradan mövqeyini dəyişdirir. Beynəlxalq Gənclər Təşkilatı bu sahədə bir neçə ciddi araşdırma aparıb. Araşdırmanın nəticələri yalnız mütəxəssislərə açıqlanır. Əslində hadisənin qloballığını nəzərə alsaq bu araşdırmalar cüzi bir işdir. Digər tərəfdən hər şey göz qabağındadır və araşdırmaya ehtiyac yoxdur.

Hadisə düzgün analiz olunmur. Onu yaradan amillər, gücləndirən səbəblər düzgün müəyyənləşdirilmir. Səbəbləri bilmədən tədbir görmək çətindir. Qız dost-oğlan dost hadisəsi artıq şərq ölkələrində də özünü göstərir. Məsullar bu hadisə ilə bağlı hansı tədbirləri planlaşdırırlar?

Əgər oğlan-qız rabitələri nəzarətə götürülməsə gec-tez ailə institutunu əvəz edəcək. Olan-qız dostluğu azad buraxılıbsa artıq tərəflərin ailə qurmağa ehtiyacı yoxdur. Müsəlman ölkələrində bu işi görənlər şəriət baxımından da bəhanə tapırlar. Ailə öz övladına bu dostluq mövzusunda etiraz edəndə övlad son məqsədi açıqlamır və bu dostluğun adi bir dostluq olduğunu iddia edir. Bəlkə də işin başlanğıcında övlad doğrudan da belə düşünür. Yetkinlik yaşına çatmış iki müxalif cinsin bir müddət dostluq edib, hansısa cinsi meyllərdən uzaq qalması qeyri-təbidir. Bu gün uyğun rabitə səbəbindən qərbdə ailə quranlar da 40 ya 40 yaşdan sonra bu işi görür.

Oğlan-qız dostluğunun qlobal və lokal səbəbləri var. Bunun qlobal səbəbi modernizm, açıq cəmiyyətdir. Hər cəmiyyətin özünün də spesfik xüsusiyyətləri var. Ümumi olan isə budur ki, heç bir cəmiyyət və fərd cinsi meyldən məhrum deyil. Gənclik dövrü 18-29 yaş arası sayılır. Bu yaş isə tələbəlik dövrünə təsadüf edir. Universitetə daxil olan gənclər üçün bu dövürdə müəyyən məşğuliyyət var. Təhsil mühitində də oğlan-qız rabitələri hökmən nəzarətdə saxlanılmalıdır. Bəs təhsil ala bilməyən gənclər nə edir? Bu qrup arasında münasibətlər necədir? Mövzu olduqca aktualdır və onun problemli tərəfləri çoxdur. Təəssüf ki, oğlan-qız rabitələrində azadlıq tələbləri ilə çıxış edən təşkilatlar çox olduğu halda, bu rabitələrə nəzarət edəcək təşkilatlar yox dərəcəsindədir. Hamıya aydındır ki, təhsil ocaqlarında, cəmiyyətdə oğlan-qız rabitələri məhdudlaşdırılsa ailə institutu xeyir görəcək. Azad buraxılsa necə, yenə də belə olacaqmı? Bəli, qərəzsiz yanaşsaq etiraf etməliyik ki nəzarətdən çıxmış rabitələrin sonu faciədir.

Unutmamalıyıq ki evdən kənarda valideynlərin övlada nəzarət mexanizmi yoxdur. Gənc evdən çıxdıqdan sonra onu faciəyə aparan yol tam açıq qalır. Təhsil ocaqlarında, iş yerlərində cinslər üçün ayrı fəzaların nəzərdə tutlmasını bəziləri ikrahla qarşılayır. Sual budur ki, gənc təhsil və ya işə nə üçün gedib? Məqsəd fəaliyyət və qazancdır, yoxsa cinsi meyllərin təmini? Qərbdə təhsil ocaqları və iş yerləri daha çox cinsi meyllərin təmininə xidmət edir. Bu problem müsəlman cəmiyyətlərinə də sirayət etməkdədir.

Bəzi təşkilatların görünün və görünməyən fəaliyyətləri var. Bunu texnoloji vasitələrə də aid etmək olar. Bu gün internet və mobil telefonun təsiri müsbətdir, yoxsa mənfi? Bu təsiri nəzarətə götürən varmı? Oğlan-qız rabitələrində bu texnoloji vasitələrin rolu nədir? Əslində bütün bu sualların cavabı aydındır və mübahisəyə yer yoxdur. İstər qərbdə, istərsə də şərqdə oğlan-qız rabitələri adətən internet və ya mobil telefona gedib çıxır. Onları bu rabitələrdən məhrum etmək olarmı? Bu çox çətin bir prosesdir. Əgər məsələnin həllini yalnız cinsi

tərbiyədə axtarsaq problem yerində qalasıdır. Çünki artıq əksər valideynlər övlad üzərində təsir imkanlarına malik olmadıqlarını deyirlər. Elə bir dövr gəlib çatıb ki, övlad valideyni atmağa hazırdır, internet və ya mobil telefonu atmağa yox.

Modern təfəkkür dindar zümrəyə də nüfuz edib. Çünki hamı texnoloji vasitələrdən istifadə edir. İnternetə daxil olan, televiziya ekranı qarşısında əyləşən dindar gənc rastlaşdığı səhnələrin təsirindən sığortalanmayıb. Bu vasitələrdən imtina etməksə artıq inandırıcı görünmür. Düşmən öz işini görür. Onlar gəncləri əxlaq yolundan çıxarmaq üçün texnologiyalar yaradır. Bəziləri iddia edir ki, internetin, mobil rabitənin müsbət tərəfləri var. Bütün vasitələrin müsbət tərəfləri var. Söhbət budur ki, müsbət tərəf çoxdur, yoxsa mənfi? Həzrət Əli (ə) buyurur ki, ağıl yaxşını pisdən seçmək yox, iki pisdən ən pisi, iki yaxşıdan ən yaxşını seçə bilməkdir. Qəbul ediri ki texnoloji vasitələrin faydası var. Məsələ budur ki, həmin vasitələrdən bəşəriyyətə qənim kəsilmiş dairələr daha çox faydalanır.

Müsəlman cəmiyyətdə yaşanan problemlərdən biri budur ki, valideynlə övlad arasında ailənin zərərinə işləyən bir pərdə var. Bunu bəziləri həya, bəziləri ədəb-ərkan sayır. Beləcə, universitetə daxirl olmuş qız ilkin təlimat almadan yola düşür. O əks cinsdən olan müəllim və tələbələrlə necə ünsiyyət qurmalı olduğunu bilmir. Valideyn onu təlimatlandırmır ki, müxalif cinsin ona yaxınlaşmasında çirkin niyyət öndə gəlir. Təsadüfü deyil ki, İslam dinində qadın və qızlara müxalif cinslə ciddi olmaq tapşırılır. Unutmamalıyıq ki insaniyyət sözü ilə yanaşı cinsiyyət sözü də var.

Düşmənin təbliğat istiqamətlərindən biri keçmiş müdiriyyəti inkar etməkdir. Təbii ki, müdiriyyət institutu səhnədən çıxanda bütün baxışlar dəyişir. Bir zaman gənc üçün müdiriyyət mərkəzi ailə olub. Ailə gənci himayə edir, onun ehtiyaclarının təmini ilə məşğul olurdu. Hazırda ailə himayəçi yox, xidmətçi kimi səhnədədir. Hazırkı nəslin ailəyə baxışı əvvəlkilərin baxışından köklü şəkildə fərqlənir. Maraqlıdır ki, keçmiş ailələrin mövzuya baxışı daha real idi. Onlar gənclərin təbii meyillərini daha yaxşı görürdülər. Təəssüf ki, hazırda ailə özü də övlada təlqin edir ki, günün problemləri gənc nəsillə bağlıdır.

Başqa bir təbliğat oğlan-qız rabitələrində özünü daha çox göstərir. Cinsiyyət fərqləri diqqətdən yayındırılır. Qızların belə bir rabitəyə marağı adətən atanın ailədəki məsuliyyətsizliyi ilə bağlıdır. Atanın xaraktercə zəifliyi, bəzən sərtliyi, övladla rabitə qura bilməməsi qızı əks cinslə dostluğa vadar edir.

Digər bir problem cəmiyyətin təbəqələşməsidir. Təbəqələşmə boşanma sayına da təsir göstərir. Gənc oğlan və ya qız özünü başqaları ilə müqayisə edir və bu müqayisə onlarda mövcud vəziyyətdən narazılıq yaradır. Onlar vəziyyəti dəyişmək üçün riskə gedirlər. Bunu ona görə xüsusi vurğulayıram ki oğlan-qız rabitələrinə sövq edən amilləri daha yaxşı tanıyaq. Oğlan-qız rabitələri arasında subay insanların rabitələri çoxluq təşkil edir. Doktor Məhdəvinin təbirincə, qədimdə ailələr arasında maddi duruma görə öyünmək yox idi. Kapitalizm genişləndikcə ailələrin maddi durumu arasındakı fərq böyüdü və təbəqələr yarandı. Maddi durumu yaxşı olanlar bu mövqeyini əldən vermək istəmir. Modern dünyada maddiyat bütün başqa dəyərləri kölgədə qoyub.

Həyatda bütün işlərdə mənafe axtarılması xasiyyəti oğlan-qız rabitələrinə də təsir göstərib. Qız və ya oğlan eyni zamanda bir neçə namizəd nəzərdə tutur və seçim aparır. Modern baxış beləcə ayrıseçkiliyə səbəb olur. Bizim qarşımızda vəzifə durub ki, dəbdəbəli həyata maraq qarşısında sipər çəkək. Ailələr bir tərəfdən modern ənənələrə, digər tərəfdən milli adətlərə maraq göstərir. Amma bu iki yolu yanaşı getmək mümkün deyil. Bu yollar bir-birini təkzib edir.

Təhsil səviyyəsi artdıqca ictimai yaş həddi də artır. Gənclərdə həyat qurma məharəti zəifdir. Bu səbəbdən izdivac yaşı artmışdır. Uyğun hadisə oğlan-qız rabitələrinin də artmasına səbəb olub. Oğlan-qız rabitələrini gücləndirən başqa amillər də var və bu amillərin bir çox nəzərdən qaçırılır. Çeşidlilik istəyi, zəngin həyata maraq yeni həyat tərzi ortaya qoyur. Ənənələri, qanunları pozmaq maraqlı olub. Əgər cəmiyyətdə oğlan-qız dostluğu dəbə düşürsə bu dəbin qarşsında dayanan, ona mane olan bütün ənənələrə yox deyilir. Oğlan-qız rabitələrini təkcə subaylara aid etməsək mövzunun nə dərəcədə əhəmiyyətli olduğu üzə çıxar. Əgər ailəli adamlar da bu rabitələrə maraq göstərərsə təhlükə daha böyük olar. Ailəli insan buna aparan nədir? Romantika! Ekranı az qala 24 saat doldurmuş romantik filmlər insanları əsarət altına alır. Əgər bütün filmlərdə istər ailəli, istər subay insanlar arasında eşq və ya eşqbazlıqdan danışılırsa, bu özünü həyatda göstərir. Bu həyat tərzinə çevrilir və onun ömrü fərqli ola bilər.

Oğlan-qız rabitələrinə, sözün əsl mənasında eşqbazlığa aparan əsas səbəblərdən biri cəmiyyətin monolitliyinin pozulmasıdır. Artıq dünyada insanların tənhalığa çəkilməsi adi hal alıb. İnsanlar bir-birini uzaq görür, dostluq rabitələri zahiri xarakter alır. Qonşunun qonşudan xəbəri yoxdur. Ümumi olaraq deyə bilərik ki, cəmiyyətin vəhdəti pozulub. İnsanları birləşdirən yeganə şey romantik seriallardır. Siyasi və dini baxışlarında böyük fərq olan insanlar romantik bir filmdə birləşirlər. Bu birləşmənin arxasında oğlan-qız dostluğu, qeyri-qanuni əlaqələr, eşqbazlıq dayanır. Qədim dövürdə də rəngarəngliyə maraq olub. Tarixi bir ənənəni necə pozmaq olar? Deyirlər ki, kişilər cinsi münasibətlərdə rəngarəngliyə maraqlıdır. Amma əsas məsələ kişilərin marağı yox, həyat tərzidir. Keçmişdə kişinin bu marağı bir neçə qadınla izdivacla təmin olunurdu. Hazırda bu maraq necə

təmin edilir? Çoxarvadlılığın inkar olunduğu cəmiyyətlərdə bu maraq yaşayır və müxtəlif yollarla təmin olunur. Əgər kişi bir neçə qadınla izdivac edə bilmirsə, əvəzində eşqbazlıqla məşğul olur.

Amillərdən biri də psixoloji amil ola bilər. Cəmiyyətdə elə bir həyat tərzi izdənilir ki, evli xanımların naməhrəm kişilərlə dərdləşməsi üçün münasib şərait yaranır. Yəni qadın üçün dərdini bölüşməyə yeganə tərəf əri olmur. Belə bir vəziyyət həyat tərzinə köklü təsir göstərir.

Əksər sosioloqlar problem olaraq nikah yaşının yuxarı qalxmasını əsas göstərir. Onlar modernləşməni bunun əsas səbəbi sayır. Hansı ki reallıqda qızların izdivac yaşının aşağı getdiyinə şahid oluruq. Bunu təhlil etmək lazımdır. Oğlan-qız rabitələrində ictimai amili gözdən qaçırmaq olmaz.

Əksər ölkələrdə müharibədən sonra əhalinin artımında problem yaranır. Bu problem bütün sahələrə təsir göstərir. Normal izdivaca imkan olmayan cəmiyyətlərdə heç bir sahə amanda deyil. Cəmiyyətdə müharibə nəsli deyilən bir nəsil olur. Onların həyata, problemlərə, gəncliyə, ideallara baxışı fərqlidir. Nəticədə cəmiyyətdə ciddi parçalanma, müxalifət yaranır. Müharibəni görməmiş gənc nəsil üçün müharibə idealları mühüm deyil. Müharibə nəsli isə belə bir münasibətlə heç bir şəkildə barışmaq istəmir. Cəmiyyətin borclu olduğu bir nəslin sərt münasibəti ilə rastlaşmış gənclik romantikadan daha möhkəm yapışır.

Zənnimcə, oğlan-qız münasibətlərində müəyyən proqramlar üzrə tədbir görülsə, vəziyyət müsbətə doğru dəyişə bilər. Hazırda gənclərin yaşlılara nisbəti çoxdur. Təbii ki oğlan-qız rabitələri də artır. Keçmiş nəsil bunun normal qarşılamır. Amma bu münasibət nəyi dəyişir? Çoxluq öz işini görür və kənardan təsir olmadan geri çəkiləsi deyil.

Mövzunu aydınlaşdırmaq üçün bir misal çəkək. Bir zooloq bir neçə siçovulu ayırıb onlara həyat şəraiti yaradır. Siçovulların sayı arsa da, onlarda bir-birinə qarşı aqressivlik də güclənir. Sual olunur ki, bütün həyat şəraiti mövcud olan bir zamanda nə üçün aqressivlik artır? Belə bir nəticə əldə olunur ki, say artdıqca problemlər artır. Say artdıqca həyat şəraiti genişləndirilməsə ağıla gəlməyən problemlərlə üzləşirik. Məqsədim budur ki, humanitar təşkilatlar cəmiyyətin ehtiyaclarını təmin edə bilsə daha az problemlə üzləşərik. Əgər bir ailədə yaşlı insanlarla gənclərin sayında uyğunluq varsa böyük problem yaranmır. Cəmiyyət bir ailədir. Yaşlı nəsil azalır, gənc nəsil artırsa təbii problemlər ortaya çıxır. Rəqabət yaranır, paxıllıq yaranır, cavabını tapmayan suallar artır.

Sual: Sizin nəzərinizcə, bu rabitələr qarşıdakı illərdə azalacaqmı? Məgər bu rabitələr mədəniyyətə çevrilməyib? Mədəniyyətə çevrilən bir ənənəni aradan qaldırmaq olarmı?

Doktor Məhəmmədtəqi Kərimi: Mənim məqsədim bu deyildi. Bu rabitələrin gələcəkdə zəifləyəcəyəini düşünmürəm. Bu rabitələr başqa amillərlə şərtlənib və həmin amillər gücləndikdə bu rabitələr də güclənir. Təbii ki informasiya vasitələri gücləndikdə oğlan-rabitələri də güclənir. Son illər femenist cərəyanlar cinsi azadlıq şüarları ilə müsəlman ölkələrində də çıxış edir. İki mühüm hadisəni ayrıca nəzərdən keçirmək lazımdır. Biri modern təbliğatın zərərləridir. Kosmetika, açıq-saçıqlıq, modabazlıq, pozğun maraqlar feminizmin təsirlərindəndir. Bütün bunlar oğlan-qız dostluğu deyilən əlaqələrə təsir göstərir. İnsanlar araşdırmadan özünə ideal götürür. Həyat tərzi əxlaqsızlıqdan başqa bir şey olmayan müğənnilər ideala çevrilir.

Həyat tərzi, düşüncə ilə təhlil haşiyə məsələyə çevrilib. İddia budur ki, birinin varıdırsa, mənim də olmalıdır.

Sual: Oğlan-qız rabitələrinin hansı nəticələri var?

Doktor Məhəmmədtəqi Kərimi: Modern cəmiyyətdə bu rabitənin ən mühüm nəticəsi onun ictimailəşməsidir. Bu rabitələr artıq cəmiyyətdə oturuşur. Oğlan-qız dostluğu ailə institutunu əvəz etməkdədir. Bu rabitələr o qədər güclənə bilər ki, ailənin yerini tuta bilər. Bəziləri xüsusilə qərbdə ailə institutunun dağıldığını iddia edir. Bəziləri də sadəcə forma dəyişikliyinin baş verdiyini düşünür. Yəni bir zaman ailə qanuni nikahla formalaşan ər-arvad cütlüyü idisə, indi heç bir rəsmiyyəti olmayan oğlan-qız dostluğudur.

Oğlan-qız rabitələrinin güclənməsi nəticəsində gənc nəsil böhran yaşayır, əxlaqi dəyərlər ayaq altına alınır, insanlar arasında etimad hissi aradan qalxır. Əgər ata-ana arasındakı rabitələr oğlan-qız dostluğu səviyyəsində olacaqsa onların övladları da bu yolu gedəcək. Artıq onlardan qanuni nikah gözləməyə dəyməz. Oğlan-qız rabitələri təkcə ailə institutuna yox, dəyərlər kompleksinə zərbədir. Dindar cəmiyyətlərdə oğlan-qız rabitələri dini dəyərlərə qənim kəsilir. Bu rabitələr ailədən daha çox oğlan və qızın psixologiyasına zərbə vurur. Əgər ailə məfhumunu qərb düşüncəsi prizmasından geniş mənada götürsək ailədə baş verən istənilən əxlaqsız hərəkət qınana bilməz. Çünki ailə nəzarəti deyilən bir mexanizm artıq işdən düşüb.

Şəxsiyyət məsələsi də önəmlidir. Dostluq edən oğlan və qız qarşı tərəfi öz mülkü, malı sayır. Bu qarşılıqlı olsa da heç bir tərəf özünü qarşı tərəfinki bilmir. Modern dünyanın tələblərindən biri çeşidlilik, rəngarənglikdir. Oğlan-qız dostluğu qırılanda tərəflər bunun səbəbini araşdırmadan yeni dost ardınca gedir. Modern həyat tərzi

böyük market kimidir. Burada çeşidli mallar satılır. Çeşidlilik istəyi insanların həyatında şüara çevrilib. Mebeli, pərdələri, döşəmələri, çilçirağı dövrü şəkildə dəyişmək həyat amalı səviyyəsində diqqət mərkəzindədir. Çeşidlilik tələbi rabitələrə də sirayət edir. Bu həm kişi, həm də qadınlara aiddir. Modern cəmiyyətdə eyni bir şəxslə uzun müddət cinsi münasibətdə olmaq qeyri-mümkün sayılır. Hər bir fərd yeni dostluqlar ardıncadır.

Sual: Sizin nəzərinizcə bu məsələni sosioloq, yoxsa psixoloq araşdırmalıdır?

Doktor Məhəmmədtəqi Kərimi: Oğlan-qız rabitələrində diqqəti çəkən nöqtələrdən biri bu rabitələrin ümumi bir prosesin tərkib hissəsi olmasıdır. Yəni oğlan-qız rabitələri başlanğıc yox, nəticədir. Mövzu həm sosial, həm də psixolojidir. Sosioloq bunun ictimai səbəblərini araşdırır. Psixoloq isə müəyyənləşdirir ki, nə üçün insan ona yad hadisəni belə asanlıqla qəbul edir? Mənim nəzərimcə, oğlan-qız rabitələri daha çox sosioloqun mövzusudur. Modern təfəkkür ictimai bir hadisədir və sosioloq onun təfərrüatına vara bilər.

Sual: Oğlan-qız rabitələrində hansı stimullar var?

Doktor Məhəmmədtəqi Kərimi: Fərdlər bu hadisəyə fərqli yanaşır. Adətən oğlanlar elə başlanğıcdan cinsi maraqla səhnəyə qədəm qoyur. Qızların əksəriyyəti bu dostluğu izdivac üçün müqəddimə sayır. Belə məqamda ailənin rolu önə gəlir. Qızın düzgün seçim aparması üçün ailədən təsirli mexanizm yoxdur. Bunu da qeyd edək ki, zaman ötdükcə qızların da münasibəti dəyişir. Əgər bir zaman qızlar bu dostluğa izdivac məqsədi ilə qədəm qoyurdusa, hazırda onlar da oğlanlar kimi cinsi meyllərin təmini məqsədini güdürlər.

Sual: Problemin həlli yolu nədir?

Doktor Məhəmmədtəqi Kərimi: Cəmiyyət bu faciəyə müqavimət göstərməlidir. Müsəlman toplumlarda ailə institutu müqavimət üçün güclü qərərgahdır. Müsəlmanlar ailəni müqəddəs sayır və heç bir halda özünü ailəsiz təsəvvür etmir. Son Peyğəmbərin gəlişindən 1400 il ötüb. Bəzi cəmiyyətlərdə qədim dini ənənələr də gözə çarpır. Odla bağlı mərasimlər oda sitayişdən qalıb. Modernizm də İslam ənənələrini aradan qaldırmaqda acizdir. İnsanlar ənənələrdən çətinlikdə əl çəkir. İslamda təkcə dəfn mərasimi bir neçə funksiya daşıyır. Bu mərasim təkcə dünyasının dəyişən insanın dəfni deyil. Mərasimdə din təbliğ olunur, küsülülər barışır. Əlbəttə ki, mənfi hallar da var. Dəbdəbə yarışı, daha zəngin ehsan süfrəsi açmaq mənfi tərəflərdir. Bundan əlavə müsəlman cəmiyyətlərində qohumdan qız almaq ciddi ənənələrdəndir. Bir sözlə, cəmiyyət müqavimət göstərsə modern cinsi rabitə puç büt kimi aşacaq, müqavimət göstərilməsə cinsi meyillərin hökmü altında oğlan-qız rabitələri güclənəcək.

Ailə cinsi əxlaq normalarının zəmanətidir. Qarşıdakı illərdə də müsəlman toplumlarda bu mexanizm işləyəcək. Zənnimcə, 10-15 il bu mexanizmin müqaviməti ortada olacaq. Nə vaxt ailə öz funksiyasını itirsə böyük təhlükə ilə üzləşəcək. Demək istəmirəm ki, oğlan-qız rabitələri səhnədən çıxacaq. Söhbət bu rabitələri nəzarətdə saxlamaqdır.

Oğlan-qız rabitələri modernizmə gedən cəmiyyətin təzahürlərindəndir. Əgər cəmiyyət modernləşsə artıq bu ratitələrə nəzarət imkanı olmayacaq. İstənilən bir halda müsəlman cəmiyyətində ailə institutunun yaşayacağına ümid edirəm. Son statistikaya görə qızların izdivac yaşı aşağı enib. "Qadın olmaq" kitabını mütaliə edirdim. Kitabda qadınlar dörd qrupa bölünüb: Amazon qadın, madonna qadın, məşuqə qadın və ana qadın. Müəllif düşünür ki, istənilən bir qadın bu dörd qrupdan birinə aiddir. Amazon qadın evdən çöldə naməhrəm kişilərlə işləyən qadındır. Qızları elə tərbiyə etməliyik ki, naməhrəmlə ünsiyyətə hazır olsunlar, müqavimət göstərə bilsinlər. Çünki qadının evdən bayırda işləməsi bizim cəmiyyətdə də adi hal alıb. Qadının qarşısında sağlam iki yol var: Ya aşağı yaşda izdivac, ya da işləmək.

Sosial institutlarımız hazırkı şəraitdə cinsi meyllərin təmini yolları üzərində işləməlidir. İslam dini nikah üçün çətinlik yaratmayıb. İki gəncin ailə qurması üçün böyük maddi imkanlara ehtiyac yoxdur. Bundan ötrü nikah oxunması və şahidlərin iştirakı bəs edir. Amma talaq, boşanma üçün iki ədalətli şahid zəruri şərtdir. Yəni boşanmaq evlənməkdən çox çətindir. Cəmiyyət dini təfəkkürdən uzaqlaşdıqda bu zərif nöqtələr də təsirdən düşür.

Oğlan-qız rabitələrindəki problemlərin həlli üçün düzgün ideal təqdim etməliyik. İzdivac yaşı mühüm mövzulardandır. İndi qızlar qədimdəkindən daha gec yetkinləşir. 25 yaşına qədər qızlar özlərini uşaq hiss edir. Bütün bu nöqtələr ciddi sosial partlayışa səbəb ola bilər.

Sual: Düşünürsünüz ki, hədlər müəyyənləşsə evlənmək asan olar?

Doktor Məhəmmədtəqi Kərimi: Ailə övladın yetkinləşmə prosesini nəzarətdə saxlamalı və cinsi yetkinlik zamanını düzgün təyin etməlidir. Yetkinliyə çatmış gənc nə qədər gec ailə qurarsa bu arada problemlər də yaranacaq. Bəzən gənclər narazılıq edir ki, ata-analar onların əsl problemlərini bilmir. Ailə problemləri bilsə övlad ailədən uzaq düşməz. Digər tərəfdən, biz qızlara oğlanlardan daha artıq diqqət yetiririk. Unutmayaq ki, hər iki cinsin tərbiyəsi mühümdür və əlaqəsiz deyil. Təəssüf ki, qızlara nəzarətimiz onların fitrəti yox, cəmiyyətin ənənələri üzərində qurulub. Hindistanda təhsil alan qız elə bir vəziyyətə düşür ki, bunu öncədən təsəvvür etmək mümkünsüzdür. Evdən bayıra çıxan qızın hazırlığı olmadıqda o heç bir müqavimətsiz yeni şəraiti qəbul edir.

Unutmamalıyıq ki, uşaqların tərbiyəsinə körpə vaxtlarda başlamaq lazımdır. Freydin nəzərincə, 5 yaşlı uşaqda cinsiyyət fərqləri özünü göstərir. Demək cinsi tərbiyəni yubatmaq olmaz. Biz bu sahədə vəzifəmizi yerinə yetirə bilmirik. Məsuliyyətin bir hissəsi qadınların üzərinə düşür. Qız övladların iffətə diqqəti anadan daha çox asılıdır. Nə üçün insan öz pis işinə haqq qazandırmaq üçün pis nümunələri misal göstərir? Bu yanlış tərbiyənin nəticəsidir. Əgər gənclər müsbət şəxsiyyətləri ideal seçsələr öz şəxsiyyətlərindəki mənfiliklərdən agah olarlar.

Bir nöqtə də çox mühümdür. Cinsi tərbiyə nəzəriyyəsi olmadan təqvaya çağırış problemi həll etmir. Xüsusilə, açıq-saçıq ailələrdə əxlaqi tövsiyələr yersizdir. Müsəlman cəmiyyətlərini nəzərdə keçirdikdə görürük ki, qədim ailələrdə cinsi tərbiyə nəzəriyyəsi bugünkü ailələrlə müqayisədə daha təsirli olub.

Nur-az/hawzah


1824 بازدید
در حال ارسال اطلاعات...