Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Oktyabr 2015

İŞİD-lə mübarizəyə Amerika 10 il, Rusiya isə 4 ay təyin edib!

Amerika bu mübarizəyə on il zaman sərf ediləcəyini bildirdiyi halda Rusiya isə dörd aya məsələyə xətm verəcəyini planlaşdırıb
Rusiyanın ərəbcə yayılan mühüm xəbər portallarından “rusiya al-yaum” (Россия сегодня) Amerikanın terrorizmlə, o cümlədən, Suriya və İraqda İŞİD-lə mübarizəsinə dair təyin etdiyi vaxtın Rusiyanın nəzərdə tutduğu zamanla müstəsna təfavütünə toxunaraq qeyd edib ki, Amerika bu mübarizəyə on il zaman sərf ediləcəyini bildirdiyi halda Rusiya isə dörd aya məsələyə xətm verəcəyini planlaşdırıb. Amerikanın başçılığı ilə təşkil edilən koalisiyanın İraq və Suriyada İŞİD-lə mübarizəsindən bir il keçməsinə baxmayaraq nə İŞİD-in təşkilatçılığında cüzi bir nöqsan yaranıb, nə də ki, onun vüsətində bir təxir görünüb. Halbuki Rusiyanın hava hücumlarından neçə saat sonra terrorist qrupların arasına böyük vəlvələ və çaxnaşma düşüb. Artıq indiyədək Qərb, Türkiyə və bir sıra ərəb ölkələrinin tam himayə etdiyi əl-Nüsrət cəbhəsi, əl-Fəth cəbhəsi, Əhrar əl-Şam və s. terrorist qrupları İdlibdən çıxaraq Türkiyə sərhədlərinə doğru üz tutublar və çoxları da, yerləşdiyi şəhərləri tərk edərək yenidən İraqın sərhədlərinə doğru yürüşə başlayıblar. Bu isə Rusiyanın həmin ünsürlərlə qəti və ciddi mübarizə mövqeyindən xəbər verir. Hal-hazırda ekspertlərin nəzərincə də, yeni başlanan plan və proseslərin nəticəsi etibarilə terrorist qrupları ağır zərbələrə məruz qalacaq, İraq və Türkiyə sərhədlərindən rabitə qolları kəsilməklə əl-ayaqları yığışdırılacaq. Suriyanın siyasi icmalçılarının fikrincə, tezliklə terrorist qrupların öz daxilindən parçalanması qətidir, belə ki, hər tərəfdən əlaqələrinin qırıldığı surətdə təslimolma ehtimalı çox da, uzaq deyildir və artıq bəzilərinin təslimolma halları müşahidə olunmağa başlayıb. Hətta bir çox terrorist komandir və başçıları Suriya didərginləri arasında Avropaya qaçmağa üz qoyublar və onların hegemonluq arzuları məhvə doğrudur. Bu işdə Rusiya, Suriya, İran və İraqın müştərək həmkarlığı rahat başa gəlməsə də, artıq ilkin saatlarında öz nəticəsini doğrultmaq üzrədir. Bir çox siyasi ekspertlər bu müştərək həmkarlığa dair ümumi planı belə təsvir edirlər:

1. Terrorist qrupların bütün siyasi, ictimai və yardım rabitələrinə ciddi nəzarət yetirilərək regiondakı hərbi məntəqə və mövqeləri tam hədəfə alınacaq.
2. Sərhədyanı rabitə və təchiz imkanları tamamilə kəsiləcək.
3. Təlim mərkəzləri və silah-sursat anbarları məhv ediləcək.
4. Qruplar məntəqə üzrə mühasirəyə alınaraq gizli rabitələri qırılacaq.
5. Müttəfiq qoşunların hücum və əməliyyatlarının ardıcıllığı təşkil ediləcək.


Nur-az.com/alalam


1318 بازدید
در حال ارسال اطلاعات...