Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2015

Məhərrəm - Allah yolunda mücahidliyin öyrədildiyi ay

Allah yolunda mücahidliyin ən üstün məxluqlardan olan həzrət İmam Hüseyn (ə) tərəfindən öyrədildiyi ay olan məhərrəm ayı ərəfəsindəyik
Allah yolunda mücahidliyin ən üstün məxluqlardan olan həzrət İmam Hüseyn (ə) tərəfindən öyrədildiyi ay olan məhərrəm ayı ərəfəsindəyik. Ümidvarıq ki, biz onun yaxşı ardıcıllarından və şagirdlərindən olaq, bu zamanda boynumuza düşən vəzifələrə uyğun olaraq o həzrətə ardıcıllıq və davamçılıq borcumuzu yerinə yetirək, onun Allah dinini, İslamı və müsəlman ümmətini müdafiə etmək yolunda böyük mücahidlik və fədakarlıq göstərdiyi, Allahın razılığını qazanmaqdan başqa bir şeyə göz dikmədiyi kimi, biz də bu yola qədəm qoyaq, bizim də niyyətimiz və məqsədimiz meyarlardan anladığımıza və təyin etdiyimizə uyğun şəkildə Allahın razılığını qazanmaq olsun.

Məhərrəm - fədakarlıq və şəhadət ayı
İmam Hüseyn (ə) ayı, fədakarlıq və şəhadət ayı, ən üstün əxlaqi keyfiyyətlərin aşkara çıxması ayı olan bu ayın sayəsində möhkəm, əsaslı və xalqın müxtəlif təbəqələrinin ehtiyac duyduğu mətləblərlə cəmiyyətimizi və xalqımızı yüksəliş və təkamülə bir addım da yaxınlaşdırıb Allahın razılığını qazana biləsiniz.

Ayətullah Seyid Əli Xamenei