Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Oktyabr 2015

Şəhidlər ağasının məqsədi öz sözlərində

Həzrət (ə) demək istəyir ki, indiyədək nə oldusa, dözüləsi idi, lakin indi söhbət İslam dininin və quruluşunun özündən gedir
Həzrət İmam Hüseynin (ə) məqsədi onun bir çox sözlərində bəyan olunmuşdur. Şəhidlər ağası Mədinədən Kərbəlaya qədər getdiyi yolun müxtəlif mənzillərində bəzi şəxslərə cavabda, yaxud öz müraciətlərində müxtəlif ibarələrlə bu mühüm vəzifəyə işarə vurmuşdur.
Mədinə şəhərinin hakimi olan Vəlid gecə vaxtı imamı çağırıb dedi ki, Müaviyə dünyadan köçmüşdür, siz Yezidə beyət etməlisiniz. Həzrət ona buyurdu ki, qalsın sabaha, gedək fikirləşək, görək biz xəlifə olmalıyıq, yoxsa Yezid. Ertəsi gün Mərvan həzrəti Mədinənin küçələrində görüb dedi ki, Əbu Abdullah, sən özünü ölümə verirsən, nə üçün xəlifəyə beyət etmirs