Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2015

"Vəzifə təhdidlə boyundan düşmür!"

Şəhidlər ağası bu təhlükələri bilə-bilə ilahi vəzifəni yerinə yetirməyə qərar verdi.
Şəraitin yaranması və münasib fürsətin vücuda gəlməsi vəzifəni yerinə yetirmək yolunda təhlükə və təhdidin olmaması demək deyil. İmam Hüseynin (ə) hərəkəti onun üçün, ailəsi və dostları üçün müxtəlif təhlükələrlə dolu idi.
Məgər hakimiyyət başında duran şəxsin müxalif insanlara təhlükə yaratmaması mümkündür?! Hər halda, bu bir müharibədir. Siz onu hakimiyyət taxtından salmaq istəyirsinizsə, o oturub tamaşa edəcək?! Bəllidir ki, o da sizə zərbə vuracaq. Deməli, təhlükə var. Bəli, İmam Hüseyn (ə) də belə bir vəziyyət qarşısında qalmışdı. Deməli, o vəzifəni yerinə yetirməli idi; şərait münasibdir və heç bir üzr yoxdur. Odur ki, Abdullah ibn Cəfər, Məhəmməd ibn Hənəfiyyə və Abdull