Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2015

"Vəzifə təhdidlə boyundan düşmür!"

Şəhidlər ağası bu təhlükələri bilə-bilə ilahi vəzifəni yerinə yetirməyə qərar verdi.
Şəraitin yaranması və münasib fürsətin vücuda gəlməsi vəzifəni yerinə yetirmək yolunda təhlükə və təhdidin olmaması demək deyil. İmam Hüseynin (ə) hərəkəti onun üçün, ailəsi və dostları üçün müxtəlif təhlükələrlə dolu idi.
Məgər hakimiyyət başında duran şəxsin müxalif insanlara təhlükə yaratmaması mümkündür?! Hər halda, bu bir müharibədir. Siz onu hakimiyyət taxtından salmaq istəyirsinizsə, o oturub tamaşa edəcək?! Bəllidir ki, o da sizə zərbə vuracaq. Deməli, təhlükə var. Bəli, İmam Hüseyn (ə) də belə bir vəziyyət qarşısında qalmışdı. Deməli, o vəzifəni yerinə yetirməli idi; şərait münasibdir və heç bir üzr yoxdur. Odur ki, Abdullah ibn Cəfər, Məhəmməd ibn Hənəfiyyə və Abdullah ibn Abbas - bunlar avam deyildilər, hamısı dinşünas, arif, alim və ağıllı insanlar idilər - İmam Hüseynə (ə) “ağa, təhlükəlidir, getməyin” - dedikdə bildirmək istəyirdilər ki, vəzifəni yerinə yetirmək üçün təhlükə yarandıqda o vəzifə boyundan düşür. Onlar anlamırdılar ki, bu vəzifə təhlükə ilə boyundan düşən vəzifə deyil. Bu vəzifə həmişə təhlükəlidir. Ola bilərmi insan zahirən elə iqtidarlı bir hakimiyyətin əleyhinə qiyam etsin və təhlükə olmasın?! Məgər belə bir şey mümkündür?! Bu vəzifə həmişə təhlükəlidir.
Şəhidlər ağası bu təhlükələri bilə-bilə ilahi vəzifəni yerinə yetirməyə qərar verdi. Şərait elə idi ki, bu addım onun şəhidliyi ilə nəticələndi. Halbuki başqa bir şəraitdə zalım hökumətin devrilməsi və ilahi hökumətin qurulması ilə nəticələnməsi də mümkündür. Hər halda, nəticə fərqinin bu vəzifənin vacib olmasına heç bir təsiri yoxdur.
<