Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2015

Allahın qələbə vədəsi yaxındır!

Ayətullah Sistani bütün döyüşçülərə bir qədər də, dözməyi, mücahidlər arasında qardaşlığı qorumağı tövsiyə edib
Ayətullah Seyid Əli Sistaninin rəsmi nümayəndəsi Məkki Safinin döyüş məntəqəsindəki könüllü xalq qüvvələrinin vəziyyəti ilə yaxından tanış olmaq qəsdilə Səlahəddin vilayətinin Biyci şəhərinə baş çəkdiyi bildirilir. Onun bu səfərdə həmin qüvvələrə, xüsusilə “Əli Əkbər (ə) batalyonları”na Ali Mərcəiyyətin xüsusi ismarışını yetirdiyi xəbər verilir. Cənab Safinin dediyinə görə, Ayətullah Sistani bütün döyüşçülərə bir qədər də, dözməyi, mücahidlər arasında qardaşlığı qorumağı, hərbi qüvvələr arasında əməkdaşlıq və yekdilliyi hifz etməyi, hər yerdə xalqın əmlakını qorumağı və qələbənin yaxın olduğunu bildirib... O, həmçinin məntəqədəki qüvvələrlə yaxından görüşərək onlara səmimi minnətdarlığını bildirib.
Ötən gün İraqın baş naziri Heydər əl-İbadi də, Səlahəddin vilayətinin qalan digər məntəqələrini İŞİD-in ünsürlərindən təmizlənməsi istiqamətində “Rəsulullah uğrunda” əməliyyatın ikinci mərhələsinin başlandığını elan edib.

Nur-az.com/shia-news


1729 بازدید
در حال ارسال اطلاعات...