Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2015

Yumşaq müharibənin məqsədi

Amerika İranla yumşaq müharibəyə böyük büdcə ayırdı
Yumşaq güc - “Soft Power”
Bu terimini ədəbiyyata Joseph S.Nye, JR (Jozep Nay) gətirib. Onun Yumşaq Güc (“Soft Power”) adlı kitabında sözə verdiyi definisya təxmini belədir: bir ölkənin digər bir ölkəyə iqtisadi, hərbi güc ilə təzyiq etmədən, daha çox cəlbedici olmaqla təsir edib, arzuolunan nəticəyə nail olmasına “yumşaq güc üsulu” deyilir. Jozep Nay, bir ölkənin yumşaq gücə sahib olması üçün ona lazım olan resursları (dəyərləri) üç yerə bölür:
1) Həmin ölkənin mədəniyyəti (başqa ölkələrə cəlbedici olmaq),
2) Siyasi dəyərləri (həm daxildə, həm də xaricdə tətbiqoluna bilməsi imkanının böyüklüyü və digər ölkələr üçün cəzbedici olması)
3) Xarici siyasəti (yəni bu siyasətin legitim olması və mənəvi üstünlük daşıması)
Mədəni dəyər kimi Jozep, yüksək mədəniyyəti (incəsənət, bədii ədəbiyyat, təhsil) və kütləvi mədəniyyəti, yəni əyləncəni bir-birindən ayırır. Jozepin düşüncəsinə görə, o ölkə dünyada uğur qazanır ki, onun mədəni olaraq daşıdığı dəyərlər və maraqlar digər ölkələr üçün tətbiqoluna bilən və ən əsası cəzbedici gəlir. Bu mədəniyyətə sahib olan toplumların digərlərini təsir dairəsinə salmaq və onlardan istədiyi nəticələri almaq imkanı çox böyükdür.

* * *

Amerika diplomatiyası İran və bir sıra ölkələrə qarşı yumşaq müharibə aparmaq üçün 1 milyard 833 milyon dollar büdcə ayırdı. Bu məbləğ ilk növbədə İranda həyat tərzini dəyişmək istiqamətində xərclənəcək. Peyk şəbəkələrinin yayımı, veb-saytlar və veb-bloklar açılması, informasiya şəbəkələri üçün qrantlar bu büdcəyə daxildir. Fars informasiya agentliyi Məşriq informasiya şəbəkəsinə istinadən yazır ki, Amerika hərbi və iqtisadi müharibələr aparmaqdan yorulub, yumşaq müharibəyə büdcə ayırır.
Amerika öz yumşaq gücünü, iqtidarını gücləndirmək, cari ildə dünya üzərində öz nüfuzunu artırmaq üçün 1 milyard 833 milyon dollar büdcə ayırmışdır. Bu büdcə təkcə xalq diplomatiyasının inkişafına xərclənməyəcək. Ağ Ev bu büdcəni dünyanın əksər nöqtələrində açıq şəkildə xərcləmək fikrindədir. Təbii ki, qeyri-rəsmi məxfi bir büdcə də var. Həmin büdcə kəşfiyyat orqanları tərəfindən yumşaq nüfuz məqsədi ilə istifadə olunur. Belə məlumatlar heç vaxt kütləvi informasiya vasitələrinə çıxmır. Bir qrup isə xalq diplomatiyasını genişləndirmək məsuliyyəti daşıyır. Xalq diplomatiyası üçün nə qədər büdcə ayrıldığı barədə də dəqiq məlumat yoxdur.
Amerikanın xalq diplomatiyası dediyi layihə başqa ölkələrdə ictimai fikir formalaşdırmaq, Amerikaya rəğbət yaratmaq istiqamətində sərf olunur. Amerika ümumi doplomatiyasının müşavirə komissiyasının (ACPD) son hesabatı ümumi diplomatiya, peyk şəbəkələrinin beynəlxalq səviyyədə proqramlarına ayrılmış büdəcinin necə xərclənəcəyi barədə təsəvvür yaradır. Amerika təbliğat mərkəzinin müdiriyyəti (BBG) və Xarici İşlər Nazirliyi dünya boyu ideoloji və mədəniyyət dəyişiklikləri istiqamətində layihələrə malikdir və həmin hesabatda bu barədə danışılır.
Amerika ümumi doplomatiya müşavirə komissiyası Amerika Konqresi tərəfindən 1948-ci ildə təsis olunub və 2 partiya tərəfindən idarə olunur. Bu komissiyanın vəzifəsi Amerika dövlətinin xalq diplomatiyası və dünyada siyasi proseslərə təsir istiqamətində fəaəliyyətlərdə təkliflər, layihələr və proqamlar hazırlamaqdır. 2013-ci ilin əvvəllərində komissiyaya daha bir vəzifə həvalə olunub və bu vəzifə xalq diplomatiyası və beynəlxalq informasiya fəaliyyətləri istiqamətində hesabat hazırlamaqdır.
Hazırda Amerikanın xarici siyasətində xalq diplomatiyası və bu sahədə layihələr geniş yer alır. Bu diplomatiya insan haqlarının müdafiəsi, terrorla mübarizə, siyasi quruluşların dəyişdirilməsi, ictimai dəyərlərə təsir, Amerikanın mənafelərinə uyğun çeviriliş və inqilablara yardım işləri görür.
Hesabatın bir hissəsi İrana aiddir. Əslində Amerika dövlət qurumları yumşaq müharibə vasitəsi ilə ilk növbədə İran cəmiyyətindəki dəyərləri və həyat tərzini dəyişmək barədə düşünür. Komissiyanın hesabatına əsasən 3 radio-televiziya şəbəkəsi bu mühüm və strateji vəzifəni yerinə yetirir. Bunlardan biri Amerikanın Səsi radiosunun fars bölməsidir. Bu radionun büdcəsi 15 milyon 133 min dollardır. Bu şəbəkə peyk kanallarında radio və televiziya verilişləri yayımlayır, veb-saytlar işlədir, sosial şəbəkələrə layihə verir. Bu şəbəkənin radio verilişləri gündə 14 saat, televiziya verilişləri ümumən həftədə 168 saatdır.
Amerikanın Səsi şəbəkəsinin fars bölməsinin əsas işi İran cəmiyyəti ilə birbaşa rabitə qurmaqdır. Amerika sosial araşdırma mərkəzlərinin məlumatına görə İran cəmiyyətinin 24 faizi Amerikanın Səsinə qulaq asır. Şəbəkə İran cəmiyyəti ilə əlaqə qurmaq üçün bütün vasitələrdən faydalanır. Şəbəkədə İranda baş verən bütün hadisələrə münasibət bildirilir, Amerikanın mənafelərinə uyğun ictimai münasibət formalaşdırılır. Eyni zamanda Amerika həyat tərzi təbliğ olunur. Şəbəkənin proqramlarında İran gəncləri üçün də layihələr həyata keçirilir.
Hesabatda Radio Fərda şəbəkəsinin də adı çəkilir. Bu şəbəkənin büdcəsi 6 milyon 967 min dollardır. Bu şəbəkə radio, televiziya, veb-sayt, mobil şəbəkə, müxtəlif informasiya şəbəkələrində həftədə 168 saatlıq proqram nəzərdə tutur. Radio Fərda və Amerikanın Səsi şəbəkələrinin işi İrana qarşı yumşaq müharibənin yalnız bir hissəsidir.
Hesabatda bildirilir ki, Radio Fərda 24 saat fars dilində veriliş aparan peyk şəbəkəsidir. Bu radionun əsas proqramlarında ümumi xəbərlər, təhlillər, İran daxilində və xaricdə baş verən hadisələrlə bağlı şərhlər yer alır. Eyni zamanda şəbəkədə pop musiqi yayımlanır, İrandan qaçmış sənətçilər, siyasətçilər və müxaliflərdən müsahibə alınır. 2014-ci ildə RadioFərdanın veb-saytına 11 milyon 500 min səhifə yerləşdirilib. Hazırda Radio Fərdanın facebook səhifəsində 1 milyon 30 min izləyicisi var. Hesabatın sonunda iddia olunur ki, veb-saytın izləyicilərinin üçdə ikisi İranda yaşayanlardır. Şəbəkənin əsas proqramlarından biri Fərşid Mənafinin apardığı “Pəs Fərda” proqramıdır. Digər proqramlarda da İranın daxili məsələləri ilə bağlı verilişlər yer alır.
Radio Fərda peyk şəbəkəsində həm də “Xəbərlə səhər yeməyi” adı altında veriliş yayımlayır. Bu veriliş Amerikanın Səsi vasitəsi ilə də yayımlanır. Bu xidmət öz televiziya şəbəkəsini bu il 5 dəqiqəlik 7 xəbərlə işə salıb. Səhər saat 8-də başlayan bu xəbərlər saatın əvvəlində efirə gedir.
Amerika dəyərləri, Amerika həyat tərzinin təbliğatı ümumi diplomatiya işlərində birinci yerdə dayanır. Komissiyanın hesabatında yer alan mövzulardan biri də İran daxilində milli qarşıdurma yaratmaq məqsədi ilə Amerikanın Səsinin azərbaycan dilində yayımlanmasıdır. Bu proqramın illik büdcəsi 646 min dollardır. Bu verilişlər radio, televiziya, veb-sayt və mobil şəbəkə vasitəsi ilə yayımlanır. Radio verilişləri 2 saat 20 dəqiqə, televiziya verilişləri 4 saat 20 dəqiqə (həftədə) yer alır.
Hesabatda bildirilir ki, bu xidmət azərbaycan informasiya məkanında özünü ciddi xəbər şəbəkəsi kimi göstərib. Amerikanın-Səsi Azərbaycanda siyasət, iqtisadiyyat, texnologiya, tibb, cəmiyyət, mədəniyyət sahəsində xəbərlər yayır. Qlobal baxış, Amerikadakı araşdırmalar proqramın əsas xəttini təşkil edir. Amerikanın Səsinin Azərbaycan proqramı həm də İranda yaşayan azəri dillilər üçün nəzərdə tutulub. Gündəlik proqramı 2 müsahibə, xəbər və məlumatlar təşkil edir. Təsviri xəbərlər 5-6 dəqiqə çəkir. Tele-şoular 6-8 dəqiqə davam edir.
Növbəti il üçün büdcənin artırılacağı və 1 milyard 906 milyon dollara çatdırılacağı nəzərdə tutulur. Cənab Rəhbər Ayətullah Xamenei radio-televiziya şəbəkəsinin idarə heyəti ilə görüşdüyü zaman bildirdi ki, yumşaq müharibə təkcə İrana aid deyil. Amma İran əsas hədəfdir. Cənab Rəhbər buyurdu: “Bütün radio-televiziya verilişləri, mətbuat İran xalqına qarşı bir cəbhədir, yumşaq müharibənin məqsədi dolayi yolla cəmiyyətin düşüncəsinə təsirdir.”
Hesabatın mündərəcatına baxdıqda aydın olur ki, amerikalılar İran gəncinə xüsusi diqqət ayırır. Gənc rəhbərlər barədə, ingilis dilinin tədrisi istiqamətində, elmi proqramlar, o cümlədən idman və əyləncə proqramları İran gəncliyinə nüfuz üçündür. Hesabatdakı mündəricatda başqa ölkələrlə bağlı bəndlər də var. Bütün bunlar Amerikanın bütün dünyaya hakimlik iddiasında olduğunu göstərir.
Hesabatın mündəricatı
Amerika Xarici İşlər Nazirliyinin tövsiyələri;
Təbliğat Mərkəzi İdarə heyətinin tövsiyələri;
Xalq Diplomatiyası, qəddar ifratçılıqla mübarizə;
Rusiyanın Avropa və Mərkəzi Asiyaya təsiri ilə mübarizə;
Afrika, Cənub-Şərqi Asiya və Amerikada gənc rəhbərlərin tanıtdırılması;
Afrikanın Gənc Rəhbərlər layihəsi;
Mərkəzi Asiyanın Gənc Rəhbərlər layihəsi;
Amerikanın Gənc Rəhbərləri layihəsi;
Ümumi diplomatiyanın araşdırılması və dəyərləndirilməsi;
Xarici İşlər Nazirliyində ümumi diplomatiya personelinin vəzifələri;
Amerika atmosferinin təbliği, amerikalıların xarici vətəndaşlarla əlaqələri;
Afrikada Amerikanın Səsi proqramı;
Vaşinqtona aid fəaliyyətlər;
Ümumi diplomatiya sahəsində siyasətlər, proqramlar və qurumlar;
Mədəni-maarif İşləri Şurası;
Siyasi şöbə;
Mədəniyyət İrsi Mərkəzi;
Universitet Proqramları Mərkəzi;
İngilis dili proqramları;
Fulbrayt (qrant) proqramı;
İdeoloji və Peşəkar Təcrübələrin Mübadiləsi;
Gənclərə aid proqramlar;
Peşəkar Mütəxəssislər Bölməsi;
İdeoloji proqramlar bölməsi;
İdman proqramları;
Beynəlxalq görüşlər proqramı;
Xüsusi sektorda mübadilələr;
Ümumi İşlər Şurası;
Beynəlxalq İnformasiya Sahəsində Həmkarlıqlar İdarəsi;
Rəqəmsal Həmkarlıqlar Sahəsində Müdiriyyət;
Onlayn cavab mərkəzləri;
Təsviri Xidmət İdarəsi;
Natiqlər İdarəsi;
Mətbuat Münasibətlərinə Baxan İdarə;
Strateji Proqramlaşdırma İdarəsi;
Beynəlxalq İnformasiya Proqramları Şurası;
Proqramlar, istehsal, ünvanlar;
Anti-Terror Strateji Fəaliyyətlər Mərkəzi;
Taktiki Proqramlar Üzrə Diplomatik Korpus;
Sabitlik və Münaqişə Əməliyyatları Şurası;
Anti-Terror Şurası;
Demokratiya, İnsan Haqları və Məşğulluq Şurası;
Ticarət və İqtisadiyyat İşləri Şurası;
Qanunun Tətbiqi, Narkotika ilə Beynəlxalq Mübarizə Şurası;
Araşdırma və İnformasiya Şurası;
Beynəlxalq Təşkilatlar Şurası;
Beynəlxalq Təhlükəsizlik Şurası;
Elmi və Təcrübi Beynəlxalq Fəaliyyətlər Şurası;
Hərbi-Siyasi İşlər Şurası;
Ekalogiya, sığınacaq, mühacirət şurası;
Təbliğat Mərkəzinin İdarə Heyəti;
2014-ci ilin büdcəsi;
Araşdırma və dəyərləndirmələr;
Anti-senzura fəaliyyətləri;
Asiya Azad Radiosunun Texnoloji Mənbəsi;
Hazırlıq fəaliyyətləri;
Afrikada Amerikanın Xalq Diplomatiyası;
Afrika Səhralarında Faəliyyətlər;
Afrika Məntəqəsində ölkə-ölkə profayl (bir ölkə haqqında strateji məlumatların fasiləsiz yenilənməsi);
Hədəf Ölkələri: Keniya, Cənubi-Afrika;
Şərqi-Asiya və Okeaniya məntəqəsində Ümumi Diplomatiya;
Şərqi-Asiya və Okeaniyada ölkə-ölkə profayl;
Avropa və Avrasiya məntəqəsində Amerikan